Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
  1   2   3   4   5   6   7   8   9   ...   94


ŞİRVANİ  ƏDİLLİ 
 
 
 
 
 
 
 
 
 
 
TÜRKLÜK 
ÇAĞDAŞLIQ 
İSLAM 
 
 
 
 
 
 
 
 
“Türküstan” kitabxanası 


  2
 
 
 
 
Redaktor:  
 
Fil.e.n., dos.
 Aydın Qasımlı (Mədətoğlu)
 
 
 
 
 
 
 
 
 
Ədilli Şirvani   
Milli  ideologiyamız: Türklük, Çağdaşlıq, İslam. Redak-
tor və ön sözün müəllifi fil.e.n., dos. A.M.Qasımlı. Bakı,       
“Elm və təhsil” – 2013, 288 səh. 
 
 
Kitabda ideologiya anlayışı və tarixən yaranmış ideologiyalar, o cüm-
lədən milli ideologiyamız olan türk millətçiliyinin yaranması  və inkişafı 
haqqında  ətraflı  məlumat verilmiş, çağdaş dövrümüz üçün milli ideolo-
giyamızın müxtəlif məsələləri sistem şəklində araşdırılmış, milli mənəvi də-
yərlərimizi qoruyub-yaşatmaq və yüksəltmək problemləri və onların ictimai 
əhəmiyyəti haqqında geniş söhbət açılmışdır. Kitab geniş oxucu kütləsi 
üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
Bakı – 2013 


  3
ÖN SÖZ 
 
Azərbaycan xalqının milli ideologiyası ilə bağlı bir sıra 
tədqiqat  əsərləri yazılsa da, hələlik ideoloji məsələlərdə möv-
cud olan boşluqlar tam doldurulmadığından məsələnin tədqiqi 
öz aktuallığını qoruyub saxlamaqdadır.  İndiyə  qədər bu prob-
lemin həlli ilə bağlı edilən cəhdlər demək olar ki, öz məntiqi 
sonluğuna tam çatmamışdır. Əksinə, bununla bağlı cəmiyyətin 
müxtəlif təbəqələrində daha geniş şəkildə muzakirələr aparılır, 
problemin həlli istiqamətində yeni-yeni mülahizələr, fikirlər 
irəli sürülür, yeni-yeni tədqiqat  əsərləri yazılıb çap edilir. 
İndiyə  qədər milli ideologiya probleminə  həsr olunmuş  əsər-
lərdə bu problemə kompleks şəkildə yanaşılmamış, yalnız 
problemin bəzi aspektləri məhdud və ya ziddiyyətli şəkildə təd-
qiqat obyektinə çevrilmişdir. Bu mövzuya həsr edilmiş  əsər-
lərdən biri də Şirvani Ədillinin “Milli ideologiyamız: Türklük, 
Çağdaşlıq, İslam” adlı tədqiqat əsəridir. 
Müəllif özünəqədərki tədqiqatlardan fərqli olaraq məsələyə 
hərtərəfli yanaşmış, öz məqsədini qısa  şəkildə  şərh etdikdən 
sonra ideologiya anlayışından, indiyəqədərki mövcud ideo-
logiyaların təsnifatından, tarixən yaranmış iqtisadi, hüquqi, 
dini, milli, qarışıq və ümumi təmayüllü ideologiyalardan, on-
ların məqsəd və vəzifələrindən qısa şəkildə söz açmış, Qacar və 
Osmanlı dövlətlərində milli ideyaların formalaşmasından, 
Atatürkün başçılığı altında Türkiyədə aparılmış  milli  istiqlal     
hərəkatından, Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-
1920-ci illər) aparılan milli-demokratik islahatlardan, Sovet 
hakimiyyəti dövründə Quzey Azərbaycanda başlanmış milli 
hərəkatdan, müstəqillikdən sonra Azərbaycan Respublikasında 
millətçilik və Bütöv Azərbaycan ideyasından, türk millət-
çiliyində üçlü (Türklük, Müasirlik, İslam) sistemdən, türk 
millətçiliyinin hazırkı səviyyəsindən ətraflı bəhs etmiş və belə 
bir məntiqi nəticəyə  gəlmişdir ki, ideologiya – ictimai prob-
lemlərin həllinə  və inkişafa yönəldiyi  əsaslandırılan fəlsəfi, 
iqtisadi, siyasi, hüquqi, dini, əxlaqi və s. görüşlərin və ideya-


  4
ların bütöv sistemi olduğundan milli ideologiyamız da bu 
əsasda formalaşmalıdır. 
Müəllif çağdaş milli ideologiyamızın  əsas məsələlərindən 
olan millət və  vətən anlayışından, milli mənəvi dəyərlərdən
elmi-texniki tərəqqinin üstünlüklərindən, milli şüur, milli döv-
lət, milli siyasət və milli hədəflərdən, iqtisadi inkişaf prob-
lemlərindən, dövlət, hüquq və hüquq sistemi, hüquqi dövlət
demokratiya və azadlıq anlayışlarından, insan hüquq və azad-
lığı problemindən, fəlsəfi və dini məsələlərdən bəhs etmiş  və 
belə bir ümumi nəticələrə  gəlmişdir ki, Millət – vahid dilə, 
folklora və tarixə malik ən böyük insanlar toplusu, Vətən – 
millətin tarixən üzərində yaşadığı, maddi və  mənəvi dəyərlər 
yaratdığı və dövlət qurduğu ərazi, Milli şüur – milli ideyalara 
əsaslanan ictimai şüur forması, Milli dövlət – millətin milli mə-
nəvi dəyərləri olan dilinə, folkloruna və tarixinə söykənən, 
onun tarixi ərazisində qurulmuş və milli mənafeləri təmsil edən 
dövlət, Milli siyasət – milli ideologiyaya əsaslanan, milli məsə-
lələrin həllinə yönələn siyasət, Din – ictimai şüur forması  və 
inama  əsaslanan dünyagörüş, Demokratiya – vətəndaşların 
dövlət idarəçiliyində  bərabərhüquqlu iştirakının təmin edildiyi 
hakimiyyət forması olduğundan Milli İdeologiyamız bütün 
bunları nəzərə alaraq formalaşmalıdır.  
Müəllif  əsərində  həmçinin türk milli varlığının  əsas 
ünsürləri olan Türk dili, onun yaranması və inkişafı tarixindən, 
Türk dilinin bəzi fonetik, qrammatik və leksik özəlliklərindən, 
Türk xalqlarının ortaq ədəbi dil problemindən, Türk tarixi, 
onun təhrif olunmuş  bəzi məqamları  və Türk dövlətçilik 
tarixinin ümumi xronologiyasından, Türk folklorundan – xalq 
ədəbiyyatı, xalq musiqisi, xalq adət-ənənələri və digər folklor 
ünsürlərindən yığcam  şəkildə  bəhs etmiş  və belə bir nəticəyə 
gəlmişdir ki, türk xalqlarının etnik və dövlətçilik tarixi, 
folkloru, yazılı  və  şifahi  ədəbiyyatı, vahid bir millətin – Türk 
millətinin mənəvi dəyərləri olduğundan onlar vahid əsasda da 
öyrənilməli və öyrədilməli, milli ideologiyamız bunlara əsasən 
formalaşmalıdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə