Microsoft Word esh mitci doc


daha da artırması milli azadlıq hərəkatlarının yaranmasına



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

 30
daha da artırması milli azadlıq hərəkatlarının yaranmasına 
təkan vermişdir. 
Türk xalqlarında, o cümlədən Azərbaycanda baş vermiş bu 
tarixi proseslər haqqında  kitabın “Türk millətçiliyinin yaran-
ması və inkişafı” bölümündə daha geniş danışacağıq. 
Milli ideologiyalarda milli mənəvi dəyərlərin (MMD) 
insanların həyatında və  cəmiyyətin inkişafında rolu yüksək 
qiymətləndirilir və  həmin dəyərlərin qorunub yaşadılması  və 
yüksəldilməsi, bu dəyərlərə söykənən milli dövlətlərin qu-
rulması, milli şüurun formalaşdırılması və milli münasibətlərin 
tənzimlənməsinin cəmiyyətin digər problemlərinin (iqtisadi, 
hüquqi, dini və s.) də  həllinə  şərait yaradacağı, onu asan-
laşdıracağı  əsaslandırılır. Həmçinin, millətlərin bərabərliyi 
prinsipini gözləməklə milli ideologiyanın yalnız bir millətin 
yox, bütün millətlərin, bütövlükdə  bəşəriyyətin xoşbəxtliyinə 
yönəldiyi  əsaslandırılır. Milli ideoloqumuz M.Ə.Rəsulzadənin 
“İnsanlara hürriyyət, millətlərə istiqlal” deyimi bu prinsipi 
çox gözəl ifadə edir. Əslində millətlərin bərabərliyinin 
gözlənilməməsi bir prinsip kimi ideologiya anlayışına ziddir. 
Belə ki, bu bir millətin digərlərindən üstünlüyü, onlar üzərində 
hakimiyyəti (şovinizm) milli haqlara və ictimai ədalətə ziddir. 
İdeologiyanın isə, öncə qeyd etdiyimiz kimi məhz  ədaləti 
bərqərar etməyə yönəldildiyi  əsaslandırılmazsa o öz əhəmiy-
yətini, mənasını itirər, sistemsizlik və ziddiyyət yaranar. 
Bəzən səhvən millətçiliyi  şovinizmlə eyniləşdirirlər.  Əs-
lində isə onlar biri-birinə zidd anlayışlardır. Belə ki, millətçilik 
millətlərin bərabərliyi, milli varlığın qorunması ideyasına 
əsaslandığı halda, şovinizm bir millətin üstünlüyü və digərləri 
üzərində hakimiyyəti ideyasına  əsaslanmaqla digər millətlərin 
varlığına qarşı yönəlir. Ona görə  də,  şovinizm ifadəsi 
ideologiyanı yox, milli haqlara qarşı yönəlmiş bir mürtəce 
siyasəti ifadə edir. 
Beləliklə, müasir dövrdə milli ideologiyanın  əsas prin-
sipləri milli varlığı (əsas ünsürləri – dil, folklor, tarix) qoruyub 
saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru inkişaf etdir-


 31
mək, nəticədə  hər bir millətin rifahını  və inkişafını  təmin 
edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır. 
Göründüyü kimi, müstəqil, güclü və inkişaf etmiş milli dövlətə 
nail olmaq milli ideologiyanın  əsas hədəfidir. Lakin xüsusi 
hallarda milli azadlıq hərəkatlarının, o cümlədən milli ide-
ologiyanın hədəfi tam müstəqil dövlət yox, milli-ərazi və ya 
milli-mədəni muxtariyyət də ola bilər. Bu hal əsasən azsaylı 
xalqlar üçün xarakterikdir. Eyni zamanda azsaylı olmayan 
xalqlar da yaxın hədəf kimi və ya digər səbəblərdən həmin 
hədəfləri qəbul edə bilərlər.  
Əgər bir millətin bir neçə dövləti mövcuddursa, bu zaman 
milli ideologiyanın  ən böyük hədəfi bu dövlətlərin kültürəl, 
siyasi, iqtisadi, hərbi və b. sahələrdə birliyi ola bilər. 
Milli ideologiyalarda iqtisadi, hüquqi, fəlsəfi və s. görüşlər 
müxtəlif ola bilər. Bu ilk növbədə milli xüsusiyyətlərdən, yerli 
şəraitdən, dövrdən, ideoloqların fərdi görüşlərindən və s. ası-
lıdır. Kitabın növbəti bölməsində milli ideologiyamız olan türk 
millətçiliyin çağdaş dövrümüz üçün görüşlər sistemini geniş 
araşdıracağıq.   
Tarixi təcrübə göstərir ki, milli problemləri həll etmədən 
digər problemlərin həllindən və  ədalətli cəmiyyət quruculu-
ğundan danışmaq yersizdir. Bu gün türk xalqlarının, o cümlə-
dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var 
və ilk növbədə bu problemlər həll olunmalıdır. Ona görə  də 
çağdaş dövrümüzdə inkişafımız üçün məhz milli ideologiya 
prinsiplərini qəbul etmək məqsədəuyğundur.  
Müstəqil milli dövlət qurulduqdan sonra isə həmin dövlət-
də milli ideologiya öz yerini başqa təmayüllü ideologiyalara 
verə bilər. Bu normal, qanunauyğun bir haldır. Belə ki, cəmiy-
yətdə milli problemlər müəyyən qədər həll olunduqdan sonra 
digər problemlər (iqtisadi, hüquqi və s.) daha ön plana keçə 
bilər. 
Hazırda dünyanın  ən nüfuzlu beynəlxalq təşkilatı olan 
BMT-nin sənədlərində milli varlığın, o cümlədən MMD-in 
qorunması, xalqların öz müqəddəratını  təyin etməsi, milli 


 32
azlıqların hüquqları, milli ayrıseçkiliyin yolverilməzliyi və b. 
prinsiplər öz əksini tapmışdır. Məhz milli təmayüllü ideolo-
giyalarda əsas yer tutan bu prinsiplərin belə mötəbər təşkilatın 
sənədlərində  təsbit olunmasını  bəşəriyyətin  ən böyük nailiy-
yətlərindən biri hesab etmək olar. 
 
 
Qarışıq və ümumi təmayüllü  
ideologiyalar 
 
Müasir dövrdə mövcud olan və tarixən yaranmış elə 
ideologiyalar vardır ki, onları hansısa bir təmayülə aid etmək 
olmaz. Belə ki, onlar bir yox, bir neçə təmayül (milli-iqtisadi, 
iqtisadi-hüquqi, dini-milli və s.) üzərində  formalaşır. Bu 
ideologiyaları məhz qarışıq təmayüllü ideologiyalara aid etmək 
olar. Məsələn, yuxarıda hüquq təmayüllü ideologiyalara aid 
etdiyimiz Anarxizmdə hüquqi təmayüllə yanaşı iqtisadi 
təmayül də kifayət qədər geniş yer tutduğundan onu hüquqi-
iqtisadi təmayüllü ideologiya da adlandırmaq olar.  
Elə ideologiyalar da vardır ki, onlar üçün ümumiyyətlə 
hansısa təmayül müəyyən etmək mümkün deyil və bütün 
sahələrlə bağlı  məsələlərə eyni dərəcədə  əhəmiyyət verir.  
Məhz belə ideologiyaları ümumi təmayüllü ideologiyalara aid 
etmək olar. Bu ideologiyalara konservatizmi  (mühafizəkar-
lığı),   kosmopolitizmi və son dövrlər beynəlxalq aləmdə daha 
çox müzakirə edilən qlobalizmi misal göstərmək olar. 
Avropa dillərində  işlədilən konservatizm termini latınca 
“konservo” sözündəndir, mənası “qoruyuram”, “mühafizə edi-
rəm” deməkdir. Müsəlman aləmində həmin sözün ərəb mənşəli 
qarşılığı kimi “mühafizəkarlıq” termini də işlədilir. 
 Ümumiyyətlə, siyasi ədəbiyyatda mühafizəkarlıq termini 
iki mənada – dar və geniş mənalarda işlədilir. 
Dar mənada mühafizəkarlıq hər hansı ideologiyanın, si-
yasi hərəkatın və ya şəxsin mövcud ənənələrə (siyasi, iqtisadi, 
hüquqi, milli və s.) münasibətini  əks etdirir. Yəni, mövcud 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə