Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   7   8   9   10   11   12   13   14   ...   94

 33
ənənələrin saxlanılmasını müdafiə edən ideologiyanın, siyasi 
hərəkatın və ya şəxsin mövqeyi mühafizəkar mövqe kimi 
qiymətləndirilir. Başqa sözlə, mühafizəkarlıq islahatçılığın 
alternativi kimi çıxış edir. Burada unutmaq olmaz ki, eyni bir 
ideologiya dövrdən və yerli xüsusiyyətlərdən asılı olaraq mü-
hafizəkar və ya islahatçı mövqedə ola bilər. Hətta ideologiya 
mövcud cəmiyyətin  ənənələrinin bəzilərinə (məsələn, milli 
ənənələrə) münasibətdə mühafizəkar (onların saxlanılmasının 
tərəfdarı), bəzilərinə (məsələn, siyasi ənənələrinə) münasibətdə 
isə islahatçı (onların dəyişdirilməsinin tərəfdarı) ola bilər. Bu 
mənada mühafizəkarlıq və islahatçılıq ideologiyanın, siyasi 
hərəkatın və ya şəxsin konkret vaxtda, konkret dəyişikliyə 
münasibətini əks etdirir.  
Mühafizəkarlıq ifadəsi dar mənada hər cür yeniliyin, in-
kişafın əleyhinə olan, köhnəliyi və geriliyi müdafiə edən mür-
təce bir dünyagörüşü mənasında da işlədilir. Köhnə qaydaların 
toxunulmazlığını mütləq zərurət kimi qəbul edən mühafizə-
karlıq “təbii mühafizəkarlıq” və ya “ənənəçilik” adlandırılır.   
Geniş  mənada mühafizəkarlıq  ifadəsi bir ideologiyanı 
ifadə edir. Bu ideologiya kifayət qədər ziddiyyətli məqamlar və 
fikir müxtəlifliyi ilə müşahidə olunur. Mühafizəkarlıq Böyük 
Fransa  İnqilabından (1789-1794) sonra bu inqilaba müxalif 
(zadəgan sinfinin mənafeyini müdafiə edən) ideya-siyasi 
cərəyan kimi meydana çıxmış, sonradan isə inkişaf etdirilərək 
ideologiya halına salınmışdır.  Əsas ideoloqları kimi E.Berk, 
D.Bell, E.Benfild, N.Qleyzer, M.Haydegger və b. qeyd olunur 
(1.37).  
Bu ideologiyada ictimai dəyişikliklərə  və islahatlara mü-
nasibət xüsusi yer tutur. Belə ki, mühafizəkarlıqda hər bir 
ictimai dəyişiklikdə  və islahatda tarixən formalaşmış hüquqi-
siyasi və milli ənənələrin nəzərə alınması, buradakı varislik 
əlaqələrinin gözlənilməsi zəruri sayılır və  kəskin inqilabi 
dəyişikliklər inkar edilir. O cümlədən, cəmiyyətdəki qeyri-
siyasi (dövlət qanunları ilə müəyyən olunmayan) bir çox 
ənənəvi təsisatlar (təbii surətdə  qərarlaşmış iyerarxiya, ailə, 


 34
din, mülkiyyət və s. ənənələr) ali dəyərlər kimi qiymətlən-
dirilir. Oxşar ideyalar milli ideologiyalarda da olduğundan 
mühafizəkarlıq milli ideologiyaya yaxınlığı ilə seçilir. Əsas 
fərq isə ondan ibarətdir ki, milli ideologiyalarda yalnız milli 
ənənələrin qorunub saxlanılması  əsas götürülür, dövlət ida-
rəçiliyindəki  ənənələrdə (siyasi ənənələrdə) inqilabi dəyişik-
liklər isə inkar olunmur.  
Mühafizəkarlığın hüquqi görüşlərində azadlıq anlayışına 
münasibət xüsusi yer tutur. Burada qeyri-məhdud fərdi azadlıq 
inkar edilir, lakin fərdiyyətçilik (“konservativ fərdiyyətçilik”) 
də inkar olunmur.  Bu məsələdə də qeyri-siyasi institutlar, yəni, 
tarixən, təbii surətdə formalaşmış adət-ənənələr, qayda-qanun 
və onlardan doğan “təbii hüquqlar” əsas götürülür ki, bunun da 
fərdiyyətçilik və kollektivizm arasında balans yaratdığı  və 
məhz ədaləti və “əsl azadlığ”ı təmin etdiyi qeyd olunur. Siyasi 
təsisatların, yəni dövlətin isə əsasən insanların təhlükəsizliyini, 
qayda-qanunu və sabitliyi təmin etməli olduğu göstərilir. 
Göründüyü kimi burada Liberalizmin bəzi prinsiplərinə (dövlət 
hakimiyyətinin məhdudluğu, spontan qayda-qanun və s.) 
oxşarlıq da var. Təsadüfi deyil ki, Mühafizəkarlıq bir müddət 
Klassik Liberalizmlə eyniləşdirilmişdir. Ümumiyyətlə bir çox 
məsələlərdə Mühafizəkarlıq ikili xarakter daşıyır. Mühafizə-
karlığı  bəzən Liberalizmlə Sosializm arasında orta mövqeli 
ideologiya kimi də qiymətləndirirlər. Lakin mühafizəkarlığı 
bəzən tamam başqa ideyalarla da izah etmişlər (bax, 1.37).  
İlk dövrlərdə mühafizəkarlar iqtisadi məsələlərdə dövlətin 
(daha doğrusu, kral-zadəgan sinfinin) güclü mövqeyə malik 
olmasını  zəruri saysalar da, müasir dövrdə mühafizəkarlığın 
(neokonservatizmin) iqtisadi görüşləri liberal xarakterlidir, yəni 
azad bazar sistemi müdafiə olunur.  
Mühafizəkarlıq xeyli dərəcədə biri-birindən fərqlənən 
daxili cərəyanlara malikdir. Buraya “neokonservatizm”, “ənə-
nəvi mühafizəkarlıq”, “yeni sağlar” və s. aiddir. Onlar içə-
risində neokonservatizm müasir dövrə xüsusi yer tutur. Neo-
konservatizm əsasən klassik liberalizmin ideyalarına söykənir. 


 35
Neokonservatizmdə iqtisadi görüşlər (F.A.Hayek (1899-1992) 
və b.) neoklassik iqtisadi görüşlərin davamı olmaqla keyns-
çiliyə qarşı yönəlmişdir.  
Ümumi təmayüllü ideologiyalara aid olan daha bir 
ideologiya – kosmopolitizm  hərfi mənada “dünya vətəndaş-
lığı” (yunanca “kosmo”+“polites”) deməkdir. Bu ideologiyanın 
əsas ideyası bütün dövlət və millət sərhədlərini aradan 
qaldırmaq, dünyada vahid dövlət, vahid vətən və vahid millət 
formalaşdırmaq yolu ilə  bəşəri problemləri həll etməkdir. 
Lakin buna nail olmaq üçün bir millət tərəfindən digər 
millətlərin assimilyasiya olunmasının zəruriliyi bu ideologi-
yanın mürtəce xarakter almasına gətirib çıxarır. Tarixən bir çox 
imperialist dövlətlər öz imperialist və  şovinist siyasətlərinə 
bəraət qazandırmaq üçün kosmopolitizmin ideyalarından 
istifadə etmişlər.  
Qlobalizmi  bir ideologiya kimi nəzərdən keçirməzdən 
öncə  “qloballaşma” ifadəsinə  və qloballaşma prosesinin 
mahiyyətinə  nəzər yetirək. Qloballaşma ifadəsinin kökündə 
latınca “globus” – “kürə” (Yer kürəsi) sözü dayanır, fran-
sızcada isə “global” sözü “ümumi” mənasında işlədilir. Bu 
baxımdan “qlobalizm”  və  “qloballaşma” ifadələrini  “kü-
rəsəlləşmə”  “dünyəviləşmə”, “bütün yer kürəsinə, dünyaya 
məxsus olma”, “beynəlmiləlləşmə” mənasında qəbul etmək 
olar. Bu ifadə termin kimi XX əsrin 80-90-cı illərində dünya 
iqtisadiyyatında transmilli korporasiyaların və dünya bazarının 
mövqeyinin güclənməsi ilə əlaqədar olaraq meydana çıxmışdır. 
Belə ki, qloballaşma dünya dövlətlərinə kapital qoyan nəhəng 
transmilli korporasiyaların həmin dövlətləri öz təsiri altına 
salması  və  tədricən bütövlükdə dünya dövlətlərinin ida-
rəçiliyinin dünya miqyaslı  istehsalçıların əlinə keçməsi prosesi 
kimi qəbul olunmuş  və bu prosesin qaçılmazlığı  əsas-
landırılmışdır. Yəni, qloballaşma dünya siyasi idarəçiliyinin 
dünya iqtisadi idarəçiliyi ilə əvəz olunması, milli dövlətlərin və 
milli mədəniyyətlərin tədricən öz əhəmiyyətini itirməsi ilə 
özünü göstərən qaçılmaz proses kimi qiymətləndirilmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə