Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

 36
Qloballaşmanı bu mənada qəbul etsək, o heç də mütərəqqi bir 
proses və ya ideya kimi qəbul edilə bilməz. Bu ideyada 
anarxizmin (dövlət hakimiyyətinin istehsalçıların birliyi ilə 
əvəz olunması) və kosmopolitizmin (dünyada milli dövlət və 
milli mədəniyyət sərhədlərinin götürülməsi) ideyalarına 
yaxınlıq da görmək olar.  
Qloballaşmanın qaçılmaz proses olması da hələ ki, özünü 
doğrultmayıb. Belə ki, bu gün dünyanın idarə olunmasında 
dövlət hakimiyyətləri həlledici mövqeyini saxlayır və  hətta 
dünya və milli iqtisadiyyatların idarə olunmasında da hakim 
mövqeyə malikdir. Bu baxımdan qloballaşmanın sadəcə 
transmilli korporasiyaların mənafeyinə (onların dövlət təsi-
rindən azad olmasına) xidmət edən bir ideya kimi ortaya 
atıldığını da ehtimal etmək olar. Həmçinin, bu ideyanı Anar-
xizmin və kosmopolitizmin bəzi ideyalarını birləşdirib başqa 
adla dünya ictimaiyyətinə  təqdim olunması kimi də qiymət-
ləndirmək olar.        
Bütün bunlarla yanaşı qlobalizm xüsusən son illər  bir 
mütərəqqi ideologiya kimi də izah olunur və bu ideologiyanın  
əsas ideyası kimi müxtəlif sahələrdə (hüquqi, iqtisadi, texnoloji 
və s.) dünya ölkələrinin vahid sistemə keçməsiylə  əlaqələrin 
inkişafına stimul yaratmaq, bununla da bütün ölkələrin sürətli 
inkişafına, bəşəri problemlərin həllinə nail olmaqdır.  Əslində 
ilk baxışdan bu həqiqətən də mütərəqqidir. Lakin unutmaq 
olmaz ki, dünya dövlətlərinin bir qismi xeyli inkişaf etmiş milli 
dövlətlərdir, digər qismi isə, onlardan xeyli geri qalır və bir 
çoxlarında milli problemlər həll olunmamış, milli dövlətlər 
formalaşmamışdır. Bu şəraitdə vahid sistemə keçmə  əslində 
inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrdəki 
sistemə keçməsi deməkdir. “Avropalaşma”, “qərbləşmə” 
ifadələri də bu baxımdan meydana çıxmışdır. Qərbin inkişaf 
etmiş ölkələrindəki sistem isə  qərb ölkələrinin milli-tarixi 
ənənələrinə və yerli xüsusiyyətlərinə uyğun formalaşmışdır. Bu 
cür qloballaşma isə tam mənada müstəqil milli dövlət 
qurmamış xalqların güclü dövlətlərin təsiri altına düşməsinə və 


 37
müstəmləkəyə çevrilməsinə, milli varlıqlarını itirmək təhlükəsi 
ilə qarşılaşmasına səbəb ola bilər. Ona görə də qloballaşmada 
milli-tarixi ənənələrin və yerli xüsusiyyətlərin nəzərə alınması, 
inkişaf etməkdə olan ölkələrdə xalqların öz milli varlıqlarını 
qoruyub saxlaması, milli kültürlərinin mövqeyini möhkəmlən-
dirməsi və inkişaf etdirməsi, onların güclü dövlətlərdən siyasi 
və iqtisadi asılılığa düşmələrinə mümkün qədər yol verilmə-
məsi zəruri şərt olmalıdır.  
Bəzən nəinki iqtisadiyyat, hüquq və təhsil sisteminin,  hət-
ta dilin, adət-ənənələrin, incəsənətin qloballaşmasından danışı-
lır. Bu qloballaşma adı altında assimilyasiya siyasətidir. Belə 
ki, bu cür qloballaşma inkişaf etməkdə olan ölkələrin xalqları-
nın inkişaf etmiş ölkələrin xalqlarının dilində danışması, adət 
ənənəsinə keçməsi, incəsənətini qəbul etməsi və nəticədə milli 
varlığını itirməsi deməkdir

Bu siyasətə qarşı ciddi müqavimət 
göstərmək vacibdir. Bəzən adət-ənənələrin qloballaşmasını 
guya  Şərq xalqlarının adət-ənənələrinin mədəni inkişafa mane 
olması ilə  əsaslandırmağa çalışırlar. Bu yanlış fikrə inanan 
xalqlar güclü dövlətlərin imperialist siyasətinin qurbanı olmağa 
məhkumdurlar. Bu məsələlərə kitabın II və III bölmələrində 
(səh. 151-175, 199-203, 241-267 və s.) baha geniş toxunacağıq. 
 
 
3. Türk millətçiliyinin yaranması və inkişafı  
 
Türk millətçiliyinin yaranmasının  
tarixi şəraiti 
 
Milli ideologiya kimi türk millətçiliyinin formalaşmağa 
başlaması  əksər tədqiqatlarda XIX əsrin ikinci yarısından 
götürülür. Bu, həmin dövrdə  müasirləşmə  və  milliləşmə ide-
yalarının meydana çıxması ilə bağlıdır. 
Öncə qeyd etdiyimiz kimi milli ideologiyaların yaran-
masının tarixi şəraiti kapitalist münasibətlərinin meydana 
çıxması ilə ETT-nin və kapitalın hakim mövqeyə keçməsi, 


 38
kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin, 
həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin 
güclənməsi müqabilində müstəmləkədə olan xalqların öz milli 
varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz müs-
təqilliyini itirmək təhlükəsi ilə qarşılaşması olmuşdur.  Milli 
ideyalar və  hərəkatlar bir çox hallarda ilk olaraq burjua-
demokratik və ya sosial-demokrat hərəkatlarının daxilində 
formalaşmışdır.  Çünki, bu hərəkatlar daha öncə yaranmış, 
müasirləşmə  və milli azadlıq ideyalarını  əsasən müdafiə 
etmişlər.  Məhz milli azadlıq probleminin həllini daha ön 
planda görən qüvvələr həmin hərəkatlardan ayrılaraq milli 
azadlıq hərəkatlarını  və milli təmayüllü ideologiyaları 
formalaşdırmışlar.   
XIX əsrin ortalarına qədər artıq bu proses Qərbi Avropada 
müəyyən qədər getmiş, bəzi imperiyalar zəifləmiş və dağılmış, 
milli dövlətlər formalaşmışdı. Bu proses həmin dövrdə  də 
davam edir, həmçinin burjua-demokratik və sosialist inqilabları 
baş verirdi. Adətən bu proseslərin  Şərqdə daha sonra baş 
verməsi milli ideologiyanın Şərqə, o cümlədən türk xalqlarına 
məhz “Qərbdən gəlməsi” kimi qiymətləndirilir. (1.9, 1.26, 1.79 
və s.). Lakin bunu birmənalı olaraq demək olmaz. Sadəcə 
olaraq, bu dövrdə  Qərbdə  və  Şərqdə olan mövcud reallıqlar 
milli ideyaların meydana çıxmasına bir zərurət yaratmış  və 
təkanverici amil rolunu oynamışdır. 
XIX  əsrin ortalarında feodal münasibətlərindən çıxmamış 
iki böyük türk dövləti – Osmanlı  və Qacarlar dövlətləri 
mövcud idi. Digər türk xalqlarının  əksəriyyəti, o cümlədən 
Şimalı Azərbaycan türkləri isə kapitalıst münasibətlərinin 
formalaşmaqda və inkişaf etməkdə olduğu, milli ayrıseçkilik və 
şovinist siyasət yeridən çar Rusiyasının tərkibində idi. 
Qanunauyğun olaraq Osmanlı və Qacarlar dövlətlərində siyasi 
hərəkatlar  əsasən Qərbi Avropanı nümunə götürən  müasir-
ləşmə (əsasən burjua-demokratik hərəkatı fonunda) ideyalarına 
(konstitusiya qəbulu, hüquqi-demokratik islahatlar, ETT, 
sənayeləşmə  və s.) əsaslanmışdır. Milli ideya isə  əsasən ana 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə