Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   9   10   11   12   13   14   15   16   ...   94

 39
dilinin saflaşdırılması  və mövqeyinin gücləndirilməsi, xarici 
kapitaldan asılılığa son qoyulması ideyası ilə məhdudlaşmışdır. 
Çünki, müstəqil dövlət mövcud idi və əsas problem inkişaf 
etmiş Qərbi Avropa ilə ayaqlaşmaq idi.  
Rusiya tərkibində olan türk xalqlarının vəziyyəti isə fərqli 
idi. Bu türk xalqlarının müasirləşmə ilə yanaşı  milli azadlıq 
problemi, yəni milli dövlətə sahib olma problemi də var idi. 
Ona görə  də burada milli ideyalar milli azadlığı da ehtiva 
etməklə daha geniş məzmun daşımış, milli azadlıq məsələsinin 
ön plana keçməsi ilə milli azadlıq hərəkatlarının burjua-
demokratik və sosial-demokrat hərəkatlarından ayrılması baş 
vermişdir.  
    
 
Qacarlar dövlətində milli ideyaların 
 formalaşması 
 
Qacarlar dövlətində milli ideyaların formalaşmasında XIX 
əsrin ortalarında “Babilər”,  əsrin sonlarında  maarifçilik,  XX 
əsırin  əvvəllərində isə  Məşrutə   Xiyabani  hərəkatları 
mühüm rol oynamışdır.  
Adı  çəkilən hərəkatlara qədər isə ölkədə müasirləşmə 
meyli hələ XIX əsrin  əvvəllərində  vəliəhd, hərbi komandan, 
böyük türk sərkərdəsi Abbas Mirzə Qacar Qovanlının (1788-
1833) yenilikçi islahatları ilə baş vermişdir. O, Osmanlı sultanı 
III Sultan Səlimin (h.d: 1789-1807) islahatlarından nümunə 
götürərək Avropa standartları ilə nizami ordu qurmuş, bunun 
üçün Avropadan hərbi mütəxəssislər cəlb etmiş, yeni hərbi 
texnika istehsal edən zavod açdırmış,  hərbi sahədə Avropada 
yazılmış kitabların ölkəyə  gətirilməsi və  tərcüməsini təşkil 
etmişdir. Abbas Mirzə  həmçinin, ölkədə ilk dəfə qurğuşun 
basması ilə  işləyən mətbəə açdırmış, qəzet və kitablar nəşr 
etdirmiş, təhsil almaq üçün gənclərin Avropa ölkələrinə 
göndərilməsini təşkil etmişdir (1.41). Bu da gələcəkdə yenilikçi 


 40
fikrin formalaşması  və  qərbmeylli inkişaf üçün mühüm əsas 
yaratmışdır.  
“Babilər” hərəkatı 1848-52 illərdə sosial-iqtisadi ədalət-
sizliklərə, feodal istismarçılığına və dövlətin xarici kapitaldan 
asılılığına qarşı yönəlmiş, bərabərliyi təbliğ edən dini 
təmayüllü hərəkat olmuşdur.  
Hərəkatın ideoloji əsası Seyid Əli Məhəmməd Babın 
(1819-1850) dini təlimi olmuşdur. S.Ə.Məhəmməd qatı  şiə 
təriqəti olan “şeyxilər” təriqətinin başçısı Seyid Kazımın 
ölümündən (1843) sonra təriqətə rəhbərlik etmiş, 1844-cü ildə 
“Bab” (ərəbcə “qapı”) adını  qəbul etmiş,  hətta 1847-ci ildə 
özünü zühur edəcək 12-ci imamın – Mehdinin təmsilçisi elan 
etmişdir. Bundan sonra o, həbs olunmuş, həbsxanada “Bəyan” 
əsərini yazmaqla “Babilik” təriqətinin  əsasını qoymuşdur. O, 
bu  əsərdə islam dininə münasibətdə islahatçı mövqedən çıxış 
etmiş, bir çox burjua-demokratik xarakterli ideyalar irəli 
sürmüşdür. S.M.Bab şahın  əmri ilə  Təbrizdə güllələnmişdir. 
Onun  şagirdləri sonradan babilik əsasında “Bəhailik” təlimini 
yaratmışlar. Bu təlim isə babiliklə kosmopolit ideyaları 
birləşdirmişdir.  
Babilərin birinci üsyanı Mazandaranda (sentyabr,1848), 
ikinci üsyanı  Zəncanda (iyun-dekabr, 1848), üçüncü üsyanı 
Neyrizdə (iyun, 1848) baş vermiş, hər üç üsyan şah qoşunları 
tərəfindən yatırılmışdır. 1852-ci ildə üsyançılar tərəfindən 
Nəsrəddin  şaha edilən uğursuz sui-qəsd cəhdindən sonra 
hərəkata və üsyanlara son qoyulmuşdur. 
Babi üsyanları dövründə Qacarlar dövlətində baş nazir 
olmuş Mirzə  Məhəmməd Tağı xan (“Əmiri-Nizam”, “Əmir-
Kəbir”) (1808-1852) hərbi, iqtisadi və  mədəni inkişafa 
yönəlmiş bir çox tədbirləri ilə yadda qalmışdır. O, ordunu 
yenidən qurmuş, ticarət və sənətkarlığın inkişafına çalışmış, bir 
sıra dövlət manufakturaları yaratmış, ilk dəfə  qəzet nəşr 
etdirmiş (1851-ci ildə “Ruznameyi-Vaqeyi-İttifaqiyyə” qəzeti), 
əyan uşaqları üçün ilk dünyəvi məktəb açdırmışdır. M.M.Tağı 
xan şahın əmri ilə Kaşana sürgün edilərək öldürülmüşdür. 


 41
XIX  əsrin sonlarında qeyri-bərabər müqavilələr nəti-
cəsində xarici kapitalın təsiri altında olan Qacarlar dövlətində 
sosial-iqtisadi inkişaf zəif gedir, əhalinin sosial vəziyyəti 
ağırlaşır, kəsbkarlıq çoxalırdı. Bu dövrdə hakimiyyətə qarşı 
etirazlar güclənir, eyni zamanda maarifçilik və demokratik 
ideyalar inkişaf edirdi.   
Qacarlar dövlətində
 
XIX  əsrin ikinci yarısı – XX əsrin 
başlanğıcında mütərəqqi düşüncəli yazarlar və maarifçi 
şəxsiyyətlər (M.Xalxali (1823-1901), M.Y.Müstəşarüddövlə 
(1823-1895),
 
H.M.Şükuhi (1829-1896), M.Mülküm xan 
(1833-1908),  Ə.Talıbov  (1834-1911), M.C.Qaracadaği 
(1835-1883),
 
Z.Marağayi  (1838-1910), C.Əfqani  (1838-
1897),  M.Ə.Ləli (1845-1907), M.H.Rüşdiyyə  (1851-1944), 
A.Kirmani  (1854-1896),  Ə.Səfərov,  R.Sərraf (?-1907), 
M.A.Təbrizi (?-1915), M.Ə.Möcüz (1873-1934), M.Tərbiyət
 
(1877-1940), H.Tağızadə (1878-1970), S.Səlmasi (1883-1909) 
C.Bağçaban (1886-1966) və b.)
 
yetişmişdir ki, onlar geriliyi 
tənqid etmiş, dövlətin xarici kapitaldan asılılığını pisləmiş, 
elmin, təhsilin və milli sənayenin inkişaf etdirilməsinin zə-
ruriliyini təbliğ etmiş, konstitusiyalı dövlət idarəçiliyini 
müdafiə etmiş  və b. yenilikçi ideyalarla çıxış etmişlər. Bu 
ideyalar ölkədə milli-demokratik hərəkatların,
 
o cümlədən 
məşrutə inqilabının baş verməsində mühüm rol oynamışdır. 
XIX  əsrin ikinci yarısında Qacarlar dövlətində nisbətən 
müasir tipli təhsil ocaqları da açılmışdır. Bunlara Təbrizdə 
açılmış “Mədrəseyi-Nasiri” (1869), Təbriz Dövlət Məktəbi – 
“Darülfünün” (1875), Təbriz Dövlət Mədrəsəsi (1877), 
Urmiyada Ali Tibb məktəbi (1878) və b. aiddir. İlk yeni üsullu 
(“üsuli-cədid”) məktəb isə böyük maarifçi, dildə türkçülük 
yönündə mühüm xidmətlər göstərmiş Mirzə  Həsən Rüşdiyyə 
tərəfindən 1888-ci ildə  Təbrizdə açılmış “Dəbestan” adlı  
türkdilli məktəb olmuşdur. M.H.Rüşdiyyə sonradan Tehranda 
da belə məktəb açmışdır.    
Həmin dövrdə “Ruznameyi-Vaqeyi-İttifaqiyyə” (1951), 
“Azərbaycan” (1858), “Təbriz” (1879), “Mədəniyyət” (1884), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə