Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

 42
“Şəbnamə” (1892-1906/11, türkcə), “Nasiri” (1893), “Maarif” 
(1896), “Əlhədid” (1897), “Ədəb” (1898), “Kamal” (1901), 
“Gəncineyi-fünün” (1902) və b. mətbuat orqanları da fəaliyyət 
göstərmişdir. 
Lakin maraqlıdır ki, Qacarlar dövlətində  əhalinin çox-
luğunun və hakim sülalənin ana dili olan türk dilinin 
mövqeyinin gücləndirilməsi və saflaşdırılması  məsələsi XX 
əsrin əvvəllərinə qədər ön planda olmamışdır. Bu dövrə qədər 
şifahi nitqdə türk dili üstünlük təşkil etsə  də, yazılı nitqdə 
(mətbuat, yazılı  sənədlər və s.) əsasən fars dilindən istifadə 
ənənəsi olmuşdur. Yalnız məşrutə inqilabı dövründən yazılı 
nitqdə türk dilindən istifadə genişlənmiş, o cümlədən türkdilli 
mətbuat  formalaşmışdır. 
 Qacarlar  dövlətində türk dilinin mövqeyinin güc-
ləndirilməsi istiqamətində
 
böyük maarifçi M.H.Rüşdiy-yənin
 
xüsusi xidmətləri olmuşdur. O, ərəb qrafikasını türk dili 
əsasında təkmilləşdirmiş, “Ana dili”, “Vətən dili” adlı  dərs-
liklər də hazırlamışdır

Yuxarıda qeyd etdiyimiz kimi ilk yeni 
tipli (eyni zamanda türkdilli) məktəb də 1888-ci ildə 
M.H.Rüşdiyyə tərəfindən yaradılmışdır.  
1890-cı illərin  əvvəllərində Qacarlar dövlətində  tənbəki 
emalı  və ticarətinin ingilis kapitalisti Tolbotun inhisarına 
verilməsinə (9 mart, 1891) qarşı tənbəki üsyanı baş vermişdir. 
Tehran, Təbriz,  İsfahan və b. şəhərlərdə kütləvi etiraz aksiya-
ları keçirən üsyançılar 1891-ci ilin dekabrında ölkədə popiros 
çəkməyi haram elan etmiş, 1892-ci il, yanvarın 4-də  şah 
sarayına hücum etmişlər.  Nəticədə Müzəffərəddin şah Tolbotla 
bağlanan müqaviləni ləğv etməyə  məcbur olmuşdur (5 yanvar, 
1892-ci il). Bu üsyan xarici imperialist qüvvələrə qarşı müba-
rizənin güclənməsində mühüm mərhələ olmuşdur.  
 Məşrutə (konstitusiya) hərəkatı XX əsrin başlanğıcında 
Qacarlar dövlətində konstitusiyalı monarxiyanı bərqərar etmək, 
eyni zamanda ölkəni xarici imperialist dövlətlərdən asılılıqdan 
azad etmək uğrunda mübarizə aparan burjua-demokratik və 
milli hərəkat kimi meydana çıxmışdır. Bu hərəkat Qacarlar 


 43
dövlətində türk dilinin mövqeyinin güclənməsində xüsusi rol 
oynamışdır.  
I rus inqilabının (1905-07) başlaması Qacarlar dövlətində 
də rejimdən narazı qüvvələrin inqilabi hərəkata başlamasına öz 
təsirini göstərir və bu dövrdə rejimə qarşı siyasi təşkilatlar 
formalaşmağa başlayır. Bu təşkilatlardan aparıcı yer tutanı 
1905-ci ildə Quzey Azərbaycan sosial-demokratlarının (N.Nə-
rimanov və b.) iştirakı ilə Güneydən olan inqilabçılar 
tərəfindən Bakıda yaradılan “İctimaiyyunəl-amiyyun”
 
(sosial-
demokrat)
 
partiyası (qısa olaraq “Mücahid” partiyası) 
olmuşdur. Bu partiyanın fəal funksionerləri olan Əli Müsyo 
(1879-1910), Hacı  Əli Davafuruş (1871-1912), Hacı  Rəsul 
Sədəqyani (1879-?) və b. tərəfindən Təbrizdə yaradılmış “gizli 
mərkəz” inqilabda həlledici rol oynamışdır. 
  
1905-ci ilin dekabrında Tehran, Təbriz, Kirman, Şiraz və 
b.  şəhərlərdə ilk kütləvi nümayişlər baş verir. Davamlı etiraz 
aksiyalarının bütün ölkəni bürüməsi nəticəsində 1906-cı il, 
avqustun 5-də Müzəffərəddin Şah konstitusiya haqqında, 9-da 
isə  məclisə seçkilər haqqında fərman verir. İnqilabçı qüvvələr 
tərəfindən əyalət əncümənləri formalaşdırılır. Bu əncümənlərdə 
məclis üçün nümayəndələr seçilir. Təbrizdə olan vəliəhd 
Məhəmmədəli Mirzə isə islahatlar ilə razılaşmır.  
1906-cı il, dekabrın 30-da Müzəffərəddin  Şah konsti-
tusiyanın birinci hissəsini qəbul edir. Onun vəfatından sonra 
1907-ci ilin yanvarın 19-da taxta çıxan Məhəmmədəli  şah 
konstitusiyanı qəbul etmir. Həmin il, fevralın 8-də Təbrizdə ilk 
silahlı üsyan baş verir. İnqilabçılar tərəfindən formalaşdırılmış 
məclisin konstitusiyanın ikinci hissəsini qəbul etmək tələbini 
şah hakimiyyəti qəbul etmir. Aprel-iyun aylarında inqilabçılar  
tərəfindən silahlı  dəstələr yaradılır və ölkədə  vətəndaş 
müharibəsi başlayır.  İnqilabçıların güclü təzyiqi nəticəsində 
1907-ci ilin  oktyabrın 7-də Məhəmmədəli şah konstitusiyanın 
ikinci hissəsini təsdiq etməyə  məcbur olur. Lakin şah gizli 
əksinqilabi fəaliyyətini dayandırmır. 


 44
1908-ci il, iyunun 23-də  şah ölkədə olan rus (kazak) 
qoşunlarının dəstəyi ilə  əksinqilabi çevriliş edir. Məclis dağı-
dılır, konstitusiya ləğv edilir. Bir çox vilayətlərdəki əncümənlər 
də dağıdılır.  
Ərdəbil və Meşkindən başqa digər Azərbaycan vilayət-
lərində isə inqilabçılar öz hakimiyyətlərini saxlaya bilirlər. 
Belə ki, Səttarxan (1867-1914)  və Bağırxanın (1861-1917) 
fədai dəstələrinin  əksinqilabçılarla qəhrəmancasına döyüşməsi 
nəticəsində inqilabçılar ilin sonuna qədər Təbrizdə  və digər 
Azərbaycan  əyalətlərində hakimiyyəti tam ələ alırlar və 
demokratik islahatlar keçirirlər. Üsyançılar həmçinin  İsfahan, 
Rəşt, Buşəhr və Bəndər-Abbasda hakimiyyəti ələ alırlar.  
1909-cu ilin yanvarın axırlarından Təbriz  şəhəri yenidən 
şah qoşunları  tərəfindən mühasirəyə alınır. Aprelin sonlarında 
çar qoşunları  Cənubi Azərbaycan  ərazilərinə, o cümlədən 
Təbrizə yeridilir. Şah qoşunları buradan çıxır.  İnqilabçılar çar 
qoşunlarına müqavimət göstərmir. Fədai dəstələri çar qoşunları 
tərəfindən tərkisilah olunmağa başlayır. 
Çar qoşunlarının Azərbaycan vilayətlərində olmasından 
istifadə edən  İsfahan və Gilan inqilabçıları Tehrana hücum 
edir. 1909-cu il, iyulun əvvəlində  Məhəmmədəli  şah devrilir, 
onun 14 yaşlı  oğlu  Əhməd  şah taxtda oturdulur. Keçmiş 
parlament nümayəndələrindən, nazirlərdən, varlı tacirlərdən, 
nüfuzlu ruhanilərdən ibarət “Ali məclis” (“Fövqəladə  şura”) 
yaradılır. Konstitusiya bərpa edilir. Azərbaycan vilayətlərində 
də  əncümən hakimiyyəti möhkəmlənir. Lakin Tehranda 
Sepəhdarın başçılığı ilə yaradılmış hökumət  İngiltərə  və 
Rusiyanın təzyiq və  hədələri nəticəsində mücahid və  fədai 
dəstələrinin tərkisilah olunmasına çalışır.   
Bu dövrdə inqilabçı qüvvələr arasında da təşkilati ayrılma 
baş verir. Liberal qüvvələr tərəfindən “Etidaliyyun” partiyası, 
radikal demokratik qüvvələr tərəfindən isə  İran Demokrat 
Partiyası (İDP) yaradılır. İDP-nin yaradılması və fəaliyyətində 
Şimali Azərbaycandan olan ziyalıların  (M.Ə.Rəsulzadə və b.) 
xüsusi xidmətləri olmuşdur.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə