Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   11   12   13   14   15   16   17   18   ...   94

 45
1909-cu il, noyabrın 15-də Azərbaycan nümayəndələrinin 
də  iştirakı ilə açılan ikinci məclisdə Sepəhdar hökumətinin 
mücahid və  fədai dəstələrinin tərkisilah edilməsi təklifi 
dəstəklənir. 
1910-cu ilin aprelində Daxili İşlər Naziri Sərdar  Əsəd 
tərəfindən Tehrana çağırılmış  Səttarxanın 100 nəfərlik fədai 
dəstəsinə qarşı daşnak Yefremin silahlı  dəstələri tərəfindən 
xaincəsinə hücum təşkil edilir. Səttarxan yaralanır. Səttarxan 
və Bağırxan Tehrandan buraxılmır. Lakin bu da inqilabı  qıra 
bilmir və inqilabçı qüvvələrin, o cümlədən vilayət  əncümən-
lərinin hakimiyyəti öz fəaliyyətini davam etdirir.   
Bundan bərk narahat olan imperialist İngiltərə  və Rusiya 
1911-ci ilin iyulunda keçmiş  şah Məhəmmədəlini ölkəyə 
qaytarır. Avqustun 24-də  əksinqilabi qüvvələr Təbrizə hücüm 
təşkil edir. Oktyabrın  əvvəllərinədək davam edən ağır 
döyüşlərdən sonra hücum inqilab fədailəri tərəfindən dəf edilir. 
Ölkənin digər bölgələrində  də  əksinqilabçı qüvvələr 
məğlubiyyətə  uğradılır. Məhəmmədəli ölkəni son dəfə  tərk 
edərək Rusiyaya qayıdır.  
Keçmiş  şahın hakimiyyətini bərpa etmək cəhdi baş 
tutmayan Çar Rusiyası başqa yola əl atır. Rusiya səfirliyi 1911-
ci il, noyabrın 29-da  Amerikalı maliyyə müşavirinin ölkədən 
çıxarılması və başqa tələblərlə məclisə ültimatum verir. Məclis 
ültimatumu rədd edir. Dekabrın 25-də hökumətin silahlı 
dəstələri məclisi dağıdır. Yerlərdəki ciddi etirazlara 
baxmayaraq Samsamüssəltənə hökuməti ültimatumu qəbul 
edir. Məşrutə inqilabı süquta uğradılır və inqilabın nailiyyətləri 
ləğv edilir.  
Dekabrın 20-26-da külli miqdarda çar qoşunları  Təbriz 
üzərinə hücuma keçir. Fədai dəstələri güc fərqini nəzərə alıb 
müqaviməti dayandırır. Şəhər çar qoşunlarının nəzarətinə keçir. 
1912-ci ilin əvvəllərində ölkədə olan çar və ingilis qoşunları 
tərəfindən digər vilayətlərdə  də inqilab mərkəzləri dağıdılır, 
inqilabçılara divan tutulur və inqilabın nəticələri ləğv edilir. 


 46
Məşrutə inqilabı dövründə ölkədə türk dilinin mövqeyi 
xeyli güclənmiş, türkdilli məktəblərin və türkdilli mətbuat 
orqanlarının
 
(“Azərbaycan”,
 
“Ədalət”,
 
“Ana dili”, “Məzəli”, 
“Zənbur”, “Həşərat-ol-ərz”, “Naleyi-millət”, “Molla Nəsrəd-
din” və s.) sayı artmışdır.
 
Lakin təzadlı məqam ondan ibarətdir 
ki, hərəkatın aparıcı qüvvəsi Azərbaycan türkləri, o cümlədən 
türk dilinin mövqeyinin yüksəldilməsi tərəfdarı olan ziyalılar 
olmasına baxmayaraq 1906-cı ildə  qəbul olunmuş kons-
titusiyada dövlətin rəsmi dili kimi fars dili qeyd olunmuşdur. 
Bunun səbəbi kimi, konstitusiyanın məhz ingilislərin təsiri 
altında yazılması göstərilir (3.107). Hər halda bu məsələnin 
daha dərindən araşdırılmasına ehtiyac var.
 
Məşrutə  hərəkatı yatırıldıqdan sonra imperialist qüvvələr-
dən asılı irtica hakimiyyəti yenidən bərqərar olur, demokratik 
təşkilatların və mətbuatın fəaliyyəti dayandırılır. Eyni zamanda 
imperialist qüvvələrin dəstəyi ilə dövlət idarəçiliyində farsların 
mövqeyi tədricən güclənməyə başlayır.  
Birinci Dünya Müharibəsində (1914-18) bitərəf mövqe 
tutan Qacarlar dövlətinin ərazisində rus (şimal ərazilərində) və 
ingilis (cənub  ərazilərində) qoşunları yerləşdirilir, Güney 
Azərbaycan  ərazisi isə müharibə aparan tərəflərin döyüş 
meydanına çevrilir. 1917-ci ilin fevralında Rusiyada burjua-
demokratik inqilabının baş verməsi və rus qoşunlarının Güney 
Azərbaycan  ərazisindən çıxması  İran-Qacar dövlətinə öz 
təsirini göstərir və burada keçmiş  məşrutəçi  Ş.M.Xiyabaninin 
(1879-1920) başçılığı altında milli-demokratik hərəkat yenidən 
baş qaldırır.  
Xiyabani hərəkatı  məşrutə  hərəkatının milli-demokratik 
ideyalarını davam etdirmişdir. 1917-ci il, avqustun 24-də  İran 
Demokratik Partiyasının (İDP) Azərbaycan əyalət komitəsinin 
konfransında  Ş.M.Xiyabaninin başçılığı ilə müstəqil Azərbay-
can Demokratik Firqəsi (ADF) yaradılır. Bir neçə ay sonra 
(fevral, 1918) firqənin Bakı təşkilatı da yaradılmışdı.  1917-ci 
ilin aprelindən  İDP-nin Azərbaycan  əyalət komitəsinin orqanı 
kimi fəaliyyətə başlayan “Təcəddüd” qəzeti ADF-nin ideyala-


 47
rını  təbliğ etməyə başlayır. Firqə  İran-Qacar dövlətinin 
demokratik  əsaslarla qurulması, konstitusiyali idarəetmənin 
bərpası, türk dilinin mövqeyinin gücləndirilməsi, Azərbaycana 
muxtariyyət verilməsi, ölkənin müstəmləkə  vəziyyətindən 
çixarılması və s. mütərəqqi ideyalar uğrunda mübarizə aparırdı. 
1917-ci ilin sonunda kütləvi etirazlar nəticəsində Vüsu-
qüddövlə hökuməti istefa verir. Lakin 1918-ci ilin əvvəllərində 
ölkə  ərazisinə (Zəncan, Miyanə, Xoy və Urmiyaya) yeridilən 
əlavə ingilis qoşunlarının dəstəyi ilə Vüsuqüddövlə hökuməti 
yenidən bərpa edilir.  
1918-ci ilin axırlarında bütün Cənubi Azərbaycan əraziləri 
ingilis qoşunlarının tam nəzarəti altına keçir. 1919-cu il, 
avqustun 9-da bağlanan  İngiltərə-İran müqaviləsinə görə  İran 
rəsmən İngiltərənin siyasi-iqtisadi asılılığına düşür. Əhməd şah 
müqaviləni imzalamaqdan imtina edir. Müqaviləyə qarşı xalq 
kütlələrinin etirazı güclənir. Etirazların mərkəzində yenə  də 
Azərbaycan və buradakı aparıcı  təşkilat olan ADF dayanırdı. 
1919-cu ilin oktyabrında Təbrizdə üsyan baş verir, vali 
şəhərdən qovulur. Davam edən kütləvi etiraz aksiyaları nəticə-
sində 1920-ci ilin əvvəllərində ingilis qoşunları  Təbrizdən 
çıxarılır. Həmin il, aprelin 7-də  Təbrizdə  təslimçi Vüsu-
qüddövlə hökumətinə qarşı ADF-nin silahlı üsyanı qalib gəlir. 
ADF-nin fəal üzvlərindən  İctimai  İdarə Heyəti (İİH) təşkil 
edilir. 1920-ci il, iyunun 23-də Xiyabaninin başçılığı altında 
İİH  əsasında Milli Hökumət (MH) yaradılır. Azərbaycan 
“Azadıstan” adlandırılır. Bu vaxta qədər ADF konstitusiyalı 
monarxiya tərəfdarı olsa da, yaradılmış MH artıq şah rejimini 
ləğv etmək,  İranı müstəqil və demokratik bir respublikaya 
çevirməyə çalışırdı.  
MH nəzarəti altında olan ərazilərdə mühüm islahatlar 
həyata keçirməyə başlayır. Belə ki, MH tərəfindən jandarm və 
polis dəstələri təşkil olunur, fabriklər və zavodlar açılır, 100 
nəfər şagirdi olan yoxsullar üçün qız məktəbi açılır. Həmçinin 
kənd təsərrüfatı, maliyyə, maarif, səhiyyə  və b. sahələrdə 
islahatlar aparılır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə