Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   12   13   14   15   16   17   18   19   ...   94

 48
1920-ci il, sentyabrın 12-də Müşuriddövlə hökuməti 
ingilislərin köməyi ilə  Təbrizə hücum təşkil edir. Ək-
sinqilabçılar üsyanı yatırdır və  həmin ayın 14-də Xiyabani 
vəhşicəsinə öldürülür.  
Əhməd  şah ölkəni imperialist qüvvələrdən asılı  vəziyyətə 
salan qeyri-bərabər, təslimçi müqavilələrə qarşı mövqedə 
dayandığından və müasirləşmə  tərəfdarı olduğundan imperi-
alist İngiltərə və Rusiya ölkədəki fars əlaltıları vasitəsiylə onun 
hakimiyyətinə son qoymağa çalışırdı.  
1919-cu il sazişini hökumət də qəbul etmək istəmirdi. Bu 
durum isə imperialist İngiltərənin ölkədə dövlət çevrilişi həyata 
keçirməsinə gətirib çıxarır. 1921-ci ilin fevralında İngiltərənin 
birbaşa himayədarlığı ilə kazak diviziyasının polkovniki, fars 
şovinisti Rza xan və siyasi xadim Seyid Ziyaəddinin başçılığı 
ilə Tehranda çevriliş edir. Seyid Ziyaəddin hökumətin başçısı, 
Rza xan isə hərbi nazir olur.  
Rza xan ölkədə hərbi diktatura rejimi yaradır. Parlamentdə 
özünə kifayət qədər tərəfdar tapa bilməyən Rza xan 1923-cü 
ildə keçirilən parlament seçkilərini öz nəzarəti altında keçirir 
və yeni məclisə öz tərəfdarlarını seçdirir. 1923-cü ilin 
oktyabrında Rza xan öz birinci hökumətini təşkil edir. Bundan 
sonra 1924-25-ci illər  ərzində Rza xan ölkədə Qacarlar 
əleyhinə təbliğat aparır, etiraz aksiyaları təşkil edir, şahlığı ləğv 
emək və respublika qurmaq ideyasını irəli sürür. Əslində isə o, 
respublika qurmaq yox, özü şah olmaq istəyirdi.  
1925-ci il, oktyabrın 31-də Rza xanın təklifi ilə  məclisdə 
lehinə 80, əleyhinə 15 səs olmaqla Qacarların devrilməsi və 
ölkə idarəçiliyinin Rza xana tapşırılması haqqında qərar qəbul 
edilir. Bundan sonra hökumət tərəfindən Pza xanın şah olması 
haqqında kütləvi təbliğat aparılmağa başlayır. 1925-ci il, 
dekabrln 12-də Müəssisələr Məclisi Rza xanı “Pəhləvi” soyadı 
ilə Şah elan edir.  Bununla da “İran” adlandırılan ərazidə 1000 
illik türk hakimiyyətinə son qoyulur. Sonuncu dəfə 9 əsr öncə 
hakimiyyətdə olmuş farslar (935-1055-ci illərdə Büveyhilər 


 49
sülaləsinin hakimiyyəti) yenidən hakimiyyətə  gəlir. Bu hadisə 
türk dövlətçiliyi tarixində ən qara səhifələrdən biridir.  
 
 
Şovinist İran-fars rejiminə qarşı 
milli hərəkatlar 
 
Hakimiyyətə  gəlmiş Rza şah ölkədə açıq  şovinist siyasət 
yeritməyə başlayır. Qacarların dövründəki federal xarakterli 
dövlət quruluşu tam mərkəzləşdirilmiş quruluşla  əvəz edilir. 
Türk dilindən yazılı  və  hətta  şifahi istifadə qadağan edilir. 
Türkdilli yazılı materiallar məhv edilir. Bütün qeyri-fars 
xalqlarına qarşı aparılan bu şovinist siyasət ölkədə  əks-effekt 
doğurur, rejimə qarşı nifrəti daha da artırır, qeyri-fars 
xalqlarında milli şüuru daha da inkişaf etdirir. 1920-30-cu 
illərdə ölkənin ayrı-ayrı  əyalətlərində rejimə qarşı çoxsaylı 
etiraz aksiyaları baş verir. Lakin bu etirazlar hakimiyyət 
tərəfindən güc yolu ilə yatırılır (1.79).  
1935-ci ildə Rza şah dövlətin “Persiya” (“Frasıstan”) yox, 
yalnız “İran” adlandırılmasını qəbul etdirır. Bu da şovinist fars 
hakimiyyətinin möhkəmlənməsində  və assimilyasiya siyasə-
tinin həyata keçirilməsində mühüm ideoloji rol oynamışdır. 
Belə ki, bu dövlətin sərhədləri Azərbaycan, Xorasan, 
Bəlucustan və b. tarixi əraziləri əhatə etdiyi halda, Persiya bu 
ərazilərdən kənar yalnız bir tarixi əyalətin adı idi və bu cür 
adlanma başda türklər olmaqla qeyri-fars xalqlarında fərqli 
milli kimlik düşüncəsini inkişaf etdirir və ayrılma meyllərinə 
səbəb olurdu. Rza şah dövləti “İran” adlandırmaqla “hamımız 
iranlıyıq” prinsipi ilə qeyri fars xalqlarında fərqli milli kimlik 
düşüncəsinin və milli azadlıq ideyasının inkişafının qarşısını 
almağa və öz şovinist hakimiyyətini bu ərazilərdə qorumağa 
çalışmışdır. 
Şovinist fars rejiminə qarşı ilk milli hərəkat Xiyabani 
hərəkatının fəal iştirakçılarından olanS.C.Pişəvərinin'> S.C.Pişəvərinin  (1892-


 50
1947) başçılığı altında 1945-46-cı illərdə baş vermişdır. Bu 
hərəkat tarixə “21 Azər” hərəkatı  adı ilə daxıl olmuşdur.  
İkinci Dünya Müharibəsi başlandıqdan sonra İran bitərəf 
mövqedə olduğunu elan etsə  də, dövlətin başçısı Rza şah 
Pəhləvi faşistpərəst mövqe tutur. Buna qarşı 1941-ci ilin 
avqustunda İran ərazisinin şimalına sovet, cənubuna isə ingilis 
qoşunları daxil olur. Həmin il, sentyabrın 16-da Rza şah 
hakimiyyətdən uzaqlaşdırılır və sürgün edilir. Onun oğlu 
Məhəmmədrza taxtda oturdulur. Real hakimiyyət isə 
parlamentə və onun təşkil etdiyi hökumətə keçir. Bu isə milli-
demokratik hərəkatın inkişafına  şərait yaradır. Müharibə 
dövründə (dekabr, 1942) ABŞ qoşunları da İrana daxil olur. 
1941-ci il, sentyabrın 29-da Tehranda İran Xalq Partiyası 
(İXP) yaradılır. Partiyanın Azərbaycan  şöbəsi də yaradılır. 
Türk dilinin mövqeyi yenidən güclənir, bu dildə demokratik 
ruhlu mətbuat (“Vətən yolunda” (1941-46), “Qızıl  Əsgər” 
(1941), “Sətareyi Azərbaycan”, “Azərbaycan” (1945),
 
“Ədə-
biyyat səhifəsi”, “Yumruq”, “Keyvan” və s.) fəaliyyətə baş-
layır. Həmçinin ölkədə milli-demokratik hərəkat formalaşma-
ğa başlayır. 
İkinci Dünya Müharibəsi qurtardıqdan sonra ABŞ, 
İngiltərə  və SSRİ arasında ziddiyyətlər güclənir. SSRİ Güney 
Azərbaycanı öz ərazisinə qatmaq istəyirdisə, ABŞ və İngiltərə 
İranda milli-demokratik hərəkatı boğmaq və bu dövləti öz 
siyasi-iqtisadi təsirləri altında saxlamaq istəyirdilər. 
1945-ci il, sentyabrın 3-də  S.C.Pişəvərinin (1892-1947) 
başçılığı ilə  Azərbaycan Demokratik Partiyası (ADP) 
yaradılır. Həmin ayın 5-də partiyanın orqanı olan “Azər-
baycan” qəzeti nəşr olunmağa başlayır. Partiya ölkədə milli, 
demokratik və sosial-iqtisadi islahatlar həyata keçirmək 
uğrunda mübarizə aparırdı. Buraya Azərbaycana  İran 
tərkibində muxtariyyət verilməsi, rəsmi dil kimi türk dilindən 
istifadə, zəhmətkeşlərin vəziyyətinin yaxşılaşdırılması, 
kəndlilərin torpaqla təmin edilməsi, 8 saatlıq iş günü və s. daxil 
idi. Partiyanın 2-4 oktyabr, 1945-ci ildə  qəbul etdiyi proqram 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə