Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.

səhifə17/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   94

 51
və nizamnaməsində bu məsələlər öz əksini tapmışdır. 
Göründüyü kimi partiya Xiyabani hərəkatının müəyyən 
ideyalarını davam etdirilmişdir.  
Partiya hələ yay aylarında hərəkatçılar tərəfindən təşkil 
olunmuş silahlı  fədai dəstələrinin köməyi ilə 1945-ci il, 
oktyabrın əvvəllərində Təbrizdə hakimiyyəti ələ alır. Dekabrın 
əvvəllərinə qədər isə bir çox digər Azərbaycan şəhərlərində də 
hakimiyyət partiyanın nəzarətinə keçir.  
1945-ci il, noyabrın 21-də Azərbaycan Xalq Konqresi 
cağırılır. 744 nümayəndənin iştirakı ilə baş tutan konqresdə 
muxtariyyətin reallaşdırılması üçün Milli Məclisə seçkilərin 
keçirilməsi və Milli Hökumətin yaradılması  qərara alınır. 
Noyabrın 27-dən dekabrın 1-ə  qədər keçirilən seçkilər 
nəticəsində  əksəriyyəti ADP tərəfdarı olan 101 nəfər 
deputatdan ibarət Milli Məclis təşkil olunur. 1945-ci il, 
dekabrın 12-də (azər ayının 21-də) Milli Məclisin ilk iclası 
keçirilir.  İclasda S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət 
yaradılır və dərhal milli-demokratik və sosial islahatlar həyata 
keçirilməyə başlayır. 
İranın  şimalında qoşunu olan sovet dövləti bu əraziləri 
SSRİ-yə birləşdirmək marağı ilə Milli hökumətə dəstək verirdi. 
Belə bir şəraitdə Milli hökuməti güc yolu ilə devirmək 
iqtidarında olmayan mərkəzi hökumət 1946-cı il, aprelin 28-də 
milli hökumətlə danışıqlar aparılmasına qərar verir. 1946-cı il, 
mayın 8-də SSRİ öz qoşunlarını  İran  ərazisindən çıxarır. 
Həmin il, iyunun 13-də milli hökumətlə  mərkəzi hökumət 
(Qəvamüssəltənə hökuməti) arasında Təbrizdə müqavilə 
imzalanır. Müqaviləyə  əsasən Milli Hökumət “əyalət 
əncüməni” statusunu almaqla mərkəzi hökumət tərəfindən 
tanınır. 
Əslində isə imperialist qüvvələrə (ABŞ  və  İngiltərəyə) 
arxalanan mərkəzi hökumətin məqsədi ölkədə milli-demokratik 
hərəkatı tamamı ilə boğmaq və şovinist fars diktaturasını bərpa 
etmək idi. Ona görə  də BMT-nin, o cümlədən ABŞ  və 
İngiltərənin dəstəyini alan Qəvamüssəltənə hökuməti 1946-cı 


 52
il, dekabrın 1-də Azərbaycan  ərazisinə qoşun yeridir. Həmin 
ayın 12-də qoşunlar Təbrizə daxil olur. Milli hökumət güc 
fərqini nəzərə alıb vətəndaş müharibəsinə getmir. Milli 
Hökumət süquta uğradılır, hərəkatın fəalları qətlə yetirilir, dinc 
əhaliyə divan tutulur.  
Ümumilikdə bu dövrdə 25 minə yaxın hərəkatçı  qətlə 
yetirilmiş, on minlərlə fəal həbs və sürgünlərə məruz qalmışdır. 
Milli hərəkatın bir çox fəalları, o cümlədən hərəkatın lideri 
S.C.Pişəvəri quzey Azərbaycana mühacirət etmişdir. O, 1947-
ci il, iyunun 12-də  Gəncə-Bakı yolunda müəmmalı  şəkildə 
avtomobil qəzasında həlak olmuşdur. 
Milli hökumət öz fəaliyyəti dövründə mühüm milli-mədəni 
islahatlar həyata keçirmişdir. Belə ki, türk dilinə  rəsmi dil 
statusu verilmiş, bu dildə  dərsliklər hazırlanmış, mətbuat və 
radio verilişləri fəaliyyətə başlamışdır

Təbrizdə Azərbaycan 
Dövlət Universiteti, Azərbaycan Dövlət filarmoniyası, hərbi 
məktəb, musiqi məktəbi, incəsənət muzeyi, qiraətxanalar, 
radiostansiya və s. açılmışdır.  
Milli hökumət tərəfindən sosial sahədə də mühüm tədbirlər 
həyata keçirilmişdir. Belə ki, dövlət və mülkədar torpaqları 
kəndlilərə paylanmış, fəhlələrin həmkarlar təşkilatları yaradıl-
mış, onların mənafeyini qoruyan qanunlar qəbul edilmiş, eyni 
zamanda sahibkarlara da maliyyə yardımı verilmişdir.  
 “21  Azər” hərəkatı yatırıldıqdan sonra fars hakimiyyəti 
yenidən öz şovinist siyasətini davam etdirir. Belə ki, türk 
dilində  mətbuat, təhsil və kitab nəşri yenidən qadağan edilir
hətta ona qədər türk dilində çap olunmuş kitablar da yığılıb 
yandırılır.  
Məhəmmədrza Pəhləvinin dövründə türk əhali təqib və 
təzyiq altında saxlanmış,  şovinist siyasətə qarşı  çıxan milli 
düşüncəli ziyalılardan bir çoxu (yazıçı-pedeqoq Səməd 
Behrəngi (1939-68), şair Behruz Dehqani (1939-71), şairə 
Mərziyə Üskui (1941-74), şair  Əlirza Oqtay (1944-72) və b.) 
məhv edilmişdir.  


 53
Ölkədə iqtisadiyyatın (xüsusən neft sənayesinin) ABŞ  və 
İngiltərə kapitalının inhisarında olması bu inhisarçılığa qarşı 
1949-53-cü illərdə Azərbaycan türkü M.Müsəddiqin (1882-
1967) başçılığı ilə milli burjuaziya tərəfindən milli-demokratik 
hərəkatın yaranmasına səbəb olmuşdur. 1949-cu ilin 
oktyabrında “Milli Cəbhə” təşkilatını yaradan M.Müsəddiq 
1951-53-cü illərdə fasilələrlə hökumətə  də başçılıq etmişdir. 
Lakin bu hərəkat da ABŞ və İngiltərənin birbaşa müdaxiləsi ilə 
qan içində yatırılmışdır. 
1960-70-ci illərdə  şah ölkədə nüfuzunu artırmaq üçün 
ölkənin iqtisadi inkişafına yönəlmiş və tarixə “Ağ inqilab” adı 
ilə düşmüş islahatlar həyata keçirməyə başlayır. Bu islahatlara 
yeni sənaye müəssisələrinin açılması, kəndlilərin torpaq 
almasına yardım və s. daxil idi. Bu islahatlar kapitalist 
münasibətlərinin müəyyən qədər inkişafına səbəb olsa da, 
ümumilikdə ölkə iqtisadiyyatının xarici kapitaldan asılı olması 
və  əhalinin ağır sosial durumu şah rejimindən narazılığı 
azaltmır. 1970-ci illərdə  şah rejimi ilə  əhali arasında 
ziddiyyətlər daha da kəskinləşir. Bu isə  1978-79-cu illər 
inqilabınin baş verməsi və  şah rejiminin devrilməsi ilə 
nəticələnir.  
Rejimə qarşı ilk etirazlar 1977-ci ilin oktyabr-noyabr 
aylarında baş verir. Tehran, Təbriz və b. şəhərlərdə  tələbə  və 
ziyalılar, yazıçılar, hüquq təşkilatları  və s. demokratik tələb-
lərlə  çıxış edir, etiraz aksiyaları keçirirlər. Gizli fəaliyyət 
göstərən “Milli Cəbhə” rejimə qarşı aktiv fəaliyyətə keçir.   
1977-ci ilin dekabrında etirazlar daha da güclənir. Həmin 
il, Milli Hökumətin ildönümü günü (21 azər – 12 dekabr) Təb-
rizdə  şah rejiminə qarşı ilk kütləvi tələbə  çıxışı baş verir. 
Müəllimlər və əhali tələbələrə dəstək verir
.
 1978-ci il, yanvarın 
7-də Qum şəhərində şahlığın ləğv edilməsi tələbi ilə nümayıiş 
keçirilir. Yanvarın 9-da baş vermiş növbəti nümayişdə onlarla 
nümayişçi öldürülür, yüzlərlə adam yaralanır. 1978-ci il, 
fevralın 18-də (29 bəhmən), Qumda həlak olanların qırxı günü 
Təbrizdə ruhanilərin çağırışı ilə 100 min nəfərlik üsyan baş 




Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə