Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

 54
verir. Bu üsyanla inqilabın  əsası qoyulur. Üsyan şah 
idarəçiliyinə, imperializmə və həyat tərzində qərbləşməyə qarşı 
yönəlmişdi. Ayın 19-u üsyan qan içində yatırılır. Lakin etiraz 
aksiyaları növbəti aylarda da davam edir.  
1978-ci ilin sentyabrında inqilabın ikinci mərhələsi 
başlayır. Sentyabrın 7-də Təbrizdə və digər şəhərlərdə (cəmi 12 
şəhərdə) etiraz aksiyaları keçirilir. Nümayişçilər hakimiyyət 
tərəfindən gülləboran edilir. Bu isə rejimə qarşı nifrəti daha da 
artırır. 1978-ci ilin noyabrından neft sənayesinin fəhlələri 
tərəfindən tətillərə start verilir. Ölkəni bürümüş kütləvi 
nümayiş və tətillər nəticəsində Məhəmməd Rza şah 1979-cu il 
yanvarın 16-da Misirə qaçır. Fevralın 1-də Parisdə mühacirətdə 
olan Ayətullah Xomeyni (1902-89) ölkəyə qayıdır. Fevralın 
11-də Tehranda üsyançılar qələbə çalır. Həmin ayın 15-də 
Təbrizdə  əksinqilabçılar məğlubiyyətə  uğradılır və inqilab 
qələbə çalır.  
Qələbə çalmış Tehran və  Təbriz üsyanlarında  əsas rolu 
məhz Azərbaycan türkləri oynamış və ümumilikdə 1978-79-cu 
il inqilabında 25 min Azərbaycan türkü həlak olmuşdur. Lakin 
inqilabın  əsas mərkəzi Azərbaycan və  əsas iştirakçıları 
Azərbaycan türkləri olmasına baxmayaraq “İran” adlanan 
dövlətdə sayca daha az olan farsların  şovinist hakimiyyəti bu 
inqilabdan sonra da saxlanılır.  İnqilabın nəticəsinə  (şahı 
devrilmiş ölkəyə) xarici imperialist qüvvələrin yardımı ilə 
hazırcasına sahib çıxmış fars şovinisti Xomeyni ona olan 
inamdan istifadə edərək və inqilabın həqiqi lideri, Azərbaycan 
türkü  Şəriətmədarini (1905-86) aldadaraq hakimiyyəti  ələ 
keçirir. O, həqiqi inqilabçıların iradəsinə zidd olaraq ölkəni 
dini dövlətə çevirir, ölkənin federallaşmasını və milli haqların 
təmin olunmasını  əngəlləyir. 1979-cu il, martın 30-31-də 
keçirilən referendumdan sonra aprelin 1-də  İran  İslam 
Respublikası elan edilir. Həmin ilin dekabrında keçirilən 
referendumda isə ölkənin yeni konstitusiyası  qəbul edilir. 
Konstitusiyaya görə İran dini təmayüllü dövlətə çevrilir. 


 55
Xomeyninin  şovinist siyasəti başda Azərbaycan türkləri 
olmaqla qeyri-fars xalqlarının ciddi etirazlarına səbəb olur. 
Azərbaycan türkləri Konstitusiya qəbulu üçün keçirilən 
referendumu boykot edirlər və dekabrın 6-da Təbrizdə 
milyonlarla üzvü olan Müsəlman Xalqının Cümhuriyyətçi 
Partiyasının (MXCP) təşkilatçılığı ilə  üsyan baş verir. 
Üsyançılar tərəfindən dövlət idarələri və digər strateji obyektlər 
ələ keçirilir və muxtariyyət tələbi ilə  Azərbaycan  Əncüməni 
yaradılır. Lakin 1980-ci ilin əvvəllərində Xomeyni bu etirazları 
silahlı qüvvə (“İnqilab Mühafizləri”) ilə yatırdır. MXCP  
dağıdılır, onun sədri Şəriətmədari isə Qumda ev dustağı edilir 
(1.41, 1.79) 
Lakin bu etirazlar nəticəsində Xomeyni bir müddət qeyri-
fars xalqlarının, o cümlədən Azərbaycan türklərinin müəyyən 
mədəni hüquqlara sahib olmasına imkan verməyə  məcbur 
olmuşdur.  Xüsusən 1979-81-ci illərdə  şah rejimində qadağan 
olunan türkdilli mətbuat, radio və televiziya verilişləri 
fəaliyyətə başlamışdır. Türkdilli məktəblər isə bu günədək də 
mövcud deyil. 
1979-81-ci illərdə türk dilində “Ulduz”, “Azadlıq“, 
“Azərbaycan“, “Araz“, Azərbaycan səsi“, “Dədə Qorqud“, 
“Koroğlu“, “Çənlibel“, “Günəş“, “Xalq sözü“, “Qardaşlıq“, 
“Odlar yurdu“, “Yoldaş“, “Ülkər“, “Gənclik“, “Varlıq“ və b. 
qəzet və jurnallar fəaliyyət göstərmişdir. 1981-ci ildən sonra 
isə hakimiyyətdə yerini möhkəmlətmiş Xomeyni iqtidarı 
yenidən türkdilli mətbuatı  sıxışdırmış  və bu mətbuat 
orqanlarından yalnız “Varlıq“ jurnalı  dəyərli ziyalımız Cavad 
Heyətin rəhbərliyi altında öz fəaliyyətini davam etdirə 
bilmişdir.  
İnqilabdan sonra fars şovinistlərinin hakimiyyəti əllərində 
saxlaya bilməsində 1980-ci ildə başlamış  İran-İraq 
müharibəsinin də mühüm rolu olmuşdur. Bu sonradan 
Xomeyninin öz dilindən də etiraf edilmişdir:  “Allaha  şükür 
edək ki, bizə bu savaşı göndərdi və biz bu savaş sayəsində top-
lumumuzu yenidən birləşdirmə fürsəti tapdıq”. (1.79, s.167).  


 56
Bütün bunları  nəzərə aldıqda deyə bilərik ki, əslində 
Xomeyni həqiqi inqilabçı qüvvələrin yox, əks-inqilabçı 
qüvvələrin təmsilçisi kimi hakimiyyətə gəlmişdir.  
1980-ci illərin sonu, 90-cı illərin başlanğıcında Quzey 
Azərbaycanda milli azadlıq hərəkatının vüsət alması, SSRİ-nin 
dağılması  və Quzey Azərbaycanın istiqlaliyyət qazanması 
Güneyə  də öz təsirini göstərdi. Belə ki, 1990-cı illərin 
əvvəllərindən burada şovinist fars rejiminə qarşı Milli Azadlıq 
Hərəkatı formalaşmağa və bu hərəkatın gizli təşkilatları 
yaranmağa başlamışdır. Tədricən  şovinist fars rejiminə qarşı 
mübarizədə güneylə quzey vahid cəbhədə birləşmiş, güneydən 
və quzeydən olan hərəkatçıların  DAK (Dünya Azərbay-
canlıları Konqresi-1997) və  BAB (Bütöv Azərbaycan Birliyi-
1997) kimi ortaq təşkilatları da yaranmışdır.   
1990-cı illərin əvvəllərindən “İran” adlanan dövlətdə həm-
çinin türkdilli KİV-nin, o cümlədən mətbuat orqanlarının da 
sayı artmağa başlamışdır. Bu dövrdə yaranmış türkdilli mətbuat 
orqanlarına “Yol” (1990), “Kəpənək” (1990), “Çuvalduz” 
(1991), “Ərk” (1991), “Sahib” (1991), Fəcre-Azərbaycan” 
(1991), “Ümide-Zəncan” (1991), “Peyame-Ərdəbil” (1995), 
Peyame-no” (1996), “Şəms-Təbriz” (1997), “Avaye-Ərdəbnil” 
(1998), “Körpü” (1999), “Nəvide-Azərbaycan” (1999)  və b. 
qəzet və dərgiləri misal göstərmək olar. 
2006-ci ilin mayında “İran” qəzetində Azərbaycan 
türklərinə qarşı  təhqiramiz karikaturanın verilməsi  əhalinin 
qəzəbinə  səbəb oldu və  həmin ayın 22-də  Təbrizdə çox 
izdihamlı mitinq keçirildi. Mitinqdə fars şovinizminə qarşı sərt 
şüarlar səsləndi. Bu hadisə milli şüurun yüksəlişində  və fars 
şovinizminə qarşı mübarizədə bir partlayışa çevrildi. 
Etirazların yatırılmasında 300-dən çox milli fəal rejim 
tərəfindən qətlə yetirilmişdir. Həmin hadisədən sonra milli 
mübarizə daha da canlanmışdır.  
Hazırda Güneydə milli hərəkat günü-gündən güclənir və 
fəaliyyətini genişləndirir, yeni-yeni təşkilatlar yaranır və 
liderlər yetişir. Güneydə 1990-cı illərdən yaranmağa başlamış 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə