Microsoft Word esh mitci doc


Azərbaycan Mədəniyyət və Kültür



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   15   16   17   18   19   20   21   22   ...   94

 57
milli təşkilatlara Azərbaycan Mədəniyyət və Kültür Ocağı
AMKO (1991), Güney Azərbaycan Qurtuluş Partiyası
GAQP (1990-2007–ictimai təşkilat, 2007-ci ildən partiya), 
Güney Azərbaycan Milli Oyanış Hərəkatı–GAMOH (1995), 
Azərbaycan Bilimyurdlular Toplumu–ABT (1997), Güney 
Azərbaycan  İstiqlal Partiyası–GAİP (2004),  Azərbaycan 
Öyrənci Hərəkatı–AZÖH  (2004),  Azərbaycan Federal-
Demokrat Hərəkatı–AFDH (2004), Azərbaycan Milli 
Dirəniş  Təşkilatı–AMDT (2006), Azərbaycanlı Siyasi 
Dustaqları Müdafiə Birliyi–ASDMB (2006), Azərbaycan 
Milli Azadlıq Təşkilatı–AMAT (2007), Güney Azərbaycan 
Demokrat Partiyası–GADP (2009), Güney Azərbaycan 
Milli Azadlıq Cəbhəsi–GAMAC (2010), Yeni GAMOH 
(2011) və b. göstərmək olar.  
Bu təşkilatlardan milli haqların təmin olunmasında həm 
mədəni muxtariyyəti, həm federativ quruluşu, həm də 
istiqlaliyyəti hədəf götürənləri var. Bu məsələlər haqqında 
kitabın II bölməsində “milli hədəflər” başlıqlı bölümdə geniş 
danışacağıq.  
Hazırda güneyli milli hərəkatçı Əhməd Obalının rəhbərliyi 
ilə ABŞ-da  Güney Azərbaycan Televiziyası (GünAzTV) 
fəaliyyət göstərir.  2005-ci ildə yaradılmış bu telekanalda 
Güney Azərbaycan türklərinin milli haqları  və milli ideyalar 
təbliğ edilir, fars şovinizmi ifşa olunur. 2001-ci ildən isə 
İsveçdə güneyli milli hərəkatçılarımız tərəfindən yaradılmış 
Güney Azəarbaycanın Səsi” radiosu fəaliyyət göstərir. 
2012-ci il, mayın 12-də Ankarada keçirilən I Uluslararası 
Güney Azərbaycan Forumunda “Uluslararası Güney 
Azərbaycan Konseyi” (UGAK) yaradılmışdır. Təşkilatda 
Güneydən və Quzeydən olan milli fəallar, milli ziyalılar, 
Güneylə bağlı fəaliyyət göstərən yerli və diaspor təşkilatlarının 
nümayəndələri təmsil olunur.  İlk dəfə Güneylə bağlı fəaliyyət 
göstərən belə geniş  əhatəli beynəlxalq təşkilatın yaradılmasını 
Azərbaycanın bütövlüyü uğrunda mübarizədə yeni bir mər-
hələyə keçid kimi qiymətləndirmək olar. 


 58
Osmanlı dövlətində milli ideyaların 
formalaşması 
 
Osmanlı dövlətində milli ideyaların formalaşmasında 
ardıcıl olaraq “Tənzimat”, “Yeni Osmanlılar”“Gənc Türk-
lər”  hərəkatlarının,  onlarla vəhdətdə olan maarifçilik hərə-
katının  və M.K.Atatürkün başçılığı altında yaranmış  Milli 
Azadlıq Hərəkatının böyük rolu olmuşdır. 
Osmanlı imperiyasında Avropa örnəkli  ilk yenilikçi 
islahatlar  1790-cı illərdə  III  Sultan Səlim  (1761-1807, h.d: 
1789-1807) tərəfindən hərbi sahədə aparılmışdır. O, hərbdəki 
uğursuzluqları aradan qaldırmaq məqsədiylə Avropadan hərbi 
mütəxəssislər dəvət etmiş, ordunu Avropa üslubunda 
təkmilləşdirmiş, hərbi mühəndislik sahəsini genişləndirmiş  və 
b. yenilikçi tədbirlər həyata keçirmişdir. III Sultan Səlimin 
hərbi sahədə apardığı bu islahatlar digər sahələrdə  də 
aparılacaq müasirləşmə meylli islahatlara bir yol açmışdır.  
“Tənzimat” islahatları XIX əsrin ortalarında Osmanlı 
dövlətinin Qərbi Avropa ilə müqayisədə geriliyini aradan 
qaldirmağa yönəlmiş və daha geniş əhatəli müasirləşmə meylli 
islahatlar olmuşdur. Bu islahatlar əsasən hüquq sahələrini
qismən də iqtisadiyyatı əhatə etmişdir. İlk islahat 1839-cu ilin 
noyabrında Sultan Əbdülməcidin (h.d: 1839-61) fərmanı 
(“Gülxanə  xətti-şərifi”) ilə  həyata keçirilmişdir. Fərmanda 
aşağıdakı müddəalar öz əksini tapmışdır: 
-Bütün vətəndaşların təhlükəsizliyi; 
-Vergilərin düzgün qoyulması; 
-Hərbi xidmət müddətinin azaldılması;  
-Əyalətlərin yeni qanunlarla idarə olunması;  
-Dini mənsubiyyətindən asılı olmayaraq bütün əhalinin 
hüquq bərabərliyi.  
Daha sonra islahatların davamı kimi 1840-cı ildə vergi-
toplama haqqında, 1843-cü ildə isə ordunun yenidən qurulması 
haqqında fərmanlar verilmişdir. 


 59
1856-cı ildə verilmiş  fərmanda (“Xətti hümayün”) insan 
hüquq və azadlıqları daha açıq  şəkildə  əks olunmuşdur. Bu 
fərmanda qeyri-müsəlmanlara müsəlmanlarla bərabər hüquq-
ların verilməsi, dini etiqadından asılı olmayaraq bütün vətən-
daşların təhlükəsizliyinin təmin olunması, bütün təbəələrə eyni 
vergi qoyulması və s. nəzərdə tutulmuşdur. 
Lakin “tənzimat” islahatları o qədər də  təsirli nəticə 
verməmişdir. Müxalifətin güclənməsindən ehtiyatlanan Sultan 
Əbdüləziz (h.d:1861-1876) 1871-ci ildə “tənzimat” islahatlarını 
dayandırmış, bu məqsədlə M.Nədim paşanı baş nazır təyin 
etmişdir. 
“Yeni Osmanlılar”  hərəkatı XIX əsrin 60-cı illərində 
dövrün mütərəqqi fikirli ziyalılarının (İbrahim  Şinasi (1826-
1871), Namiq Kamal (1840-1888), Əli Suavi (1838-1878) və 
b.) rəhbərliyi ilə yaranmışdır. Hərəkatın  əsas ideyası  Qərbi 
Avropanı nümunə götürməklə hüquq, iqtisadiyyat, milli və b. 
sahələrdə islahatlar aparmaqla inkişafa nail olmaq idi.  Belə ki, 
“Yeni Qsmanlılar” konstitusiyalı monarxiya formalaşdırmaq, 
ölkəni xarici təsirlərdən azad etmək, elm və  təhsili inkişaf 
etdirmək, ana dilini saflaşdırmaq və mövqeyini gücləndirmək 
və s. uğrunda mübarizə aparırdılar. Göründüyü kimi bu hərəkat 
həm də bir maarifçilik hərəkatı olmuşdur.  
İbrahim  Şinasi və Namiq Kamal tərəfindən yaradılmış 
“Osmanlı Maarif Cəmiyyəti” və “Kitab Cəmiyyəti” hərəkatın 
ilk ictimai təşkilatları olmuşdur. 1865-ci ildə isə  İstanbulda 
gizli fəaliyyət göstərən “Yeni Osmanlılar” cəmiyyəti 
yaradılmışdır. 
1876-c ildə “Yeni Osmanlılar” baş nazir M.Nədim paşanın 
istefasına nail olur, Yeni baş nazir Rüştü paşanın hökumətində 
“Yeni Osmanlılar”dan olan Midhət paşa da təmsil olunur. 
Həmin il sultan Əbdüləziz taxtdan salınır.  Əvvəlcə V Murad, 
sonra isə II Əbdülhəmid taxtda oturdulur. 1876-cı ilin 
dekabrında Midhət paşa tərəfindən hazırlanan ilk konstitusiya 
II  Əbdülhəmid tərəfindən qəbul edilir. Konstitusiyaya görə 
konstitusiyalı monarxiya müəyyən olunur, ikipalatalı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə