Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   16   17   18   19   20   21   22   23   ...   94

 60
parlamentin yaradılması  nəzərdə tutulur, dövlətin  ərazisində 
yaşayan bütün əhali osmanlı adlandırılır, etnik və dini 
mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında 
bərabər olur, islam dini isə dövlət dini hesab olunurdu. Lakin 
sonradan II Əbdülhəmid Midhət paşanı sürgün etdirir, “Yeni 
Osmanlılar” isə parlament seçkilərinə buraxılmır. 1877-ci ildə 
çağırılmış parlament isə  cəmi 20 iclas keçirdikdən sonra 
buraxılır. Konstitusiya faktiki olaraq ləğv olunur. 
Sonradan türk millətçiliyinin təməl prinsiplərinə çevrilmiş 
türklük,  müasirlik (avropalaşmaq)  və  islam prinsiplərinə 
uyğun fikirləri ilk dəfə irəli sürənlərdən biri də  məhz bu 
hərəkatın ideoloqlarından olan Əli Suavi olmuşdur.  Bu 
hərəkatın görkəmli namayəndələrindən olan  İ.Şinasi türk 
dilinin saflaşdırılması ideyasının ilk müəlliflərindən olmuş  və 
əsərlərini də mümkün qədər təmiz türkcədə yazmağa 
çalışmışdır. N.Kamal isə vətənpərvərlik ruhunda şeir yazan ilk 
şairlərdən hesab olunur.  
Lakin bütün bunlarla bərabər “Yeni Osmanlılar”da milli 
mənsubiyyət və milli dövlətçilik anlayışları o qədər də inkişaf 
etməmişdir. Belə ki, bu hərəkat “vahid Osmanlı milləti” 
ideyasını müdafiə etmişlər. Bunu isə onların Osmanlı 
imperiyasını qoruyub saxlamaq məqsədi ilə izah etmək olar. 
“Gənc Türklər”  hərəkatının  əsası 1889-cu ilin iyununda 
İstanbulda hərbi tibb məktəbinin kursantları (İ.Sükuti, İ.Temo, 
A.Cövdət, Ç.M.Rəşid,  Ə.Hüseynzadə, H.Əmin, N.Selanikli, 
Ş.Mağmumi və b.) tərəfindən yaradılmış  “İttihadi Osmani 
Cəmiyyəti”  tərəfindən qoyulmuşdur. Sonradan cəmiyyət 
“İttihad və  Tərəqqi” adını almış, ilk sədri  Əli Rüştü 
olmuşdur. Sonra Əhməd Rzanın (1858-1930) başçılığı ilə 
cəmiyyətin Paris şöbəsi, Tunalı Hilminin (1871-1928) 
rəhbərliyi ilə Cenevrə  şöbəsi yaradılmış  və bu şöbələrin mət-
buat orqanları fəaliyyət göstərmişdir. 
“Gənc Türklər” hərəkatı  əsasən “Yeni Osmanlılar”ın 
mütərəqqi ideyalara əsaslanan mübarizəsini davam etdirmiş, 
1876-cı il konstitusiyasının bərpa olunmasına çalışmışdır.
 


 61
 “Gənc Türklər” ilk vaxtlar milli məsələdə  əsasən “Yeni 
Osmanlılar” kimi mixtəlif dilli və dinli qövmlərdən “vahid 
Osmanlı milləti”ni formalaşdırmaq ideyasını müdafiə etmişlər. 
Dövlət quruluşu məsələsində isə  hərəkatın federalist 
(P.Səbahəddin (1878-1948) və b.) və mərkəziyyətçi (Ə.Rza və 
b.) üzvləri arasında fikir ayrılığı olmuşdur. 
“Gənc Türklər” hərəkatında hələ XX əsrin başlanğıcında 
“vahid Osmanlı milləti”ni formalaşdırmaq ideyasına qarşı 
çıxan, milli və dini mənsubiyyəti və milli dövlət quruculuğunu 
əsas götürən “türkçü”lər (Ə.Hüseynzadə, Y.Akçura (1876-
1935),  Əhməd Fərid (1878-1971) və b.) meydana çıxmışdır. 
Y.Akçuranın məşhur “Üç tərzi siyasət” məqaləsində (Qahirə, 
“Türk” qəzeti, 1904) “Gənc Türklər”in “vahid Osmalı milləti” 
formalaşdırmaq ideyası  tənqid olunmuş, milli və dini amilin 
əsas rolu qeyd olunmuş, hətta Osmanlı imperiyasının 
dağılmasının labüdlüyü dolayısı ilə göstərilmişdir. Bu məqalə 
geniş müzakirə və mübahisələrə səbəb olmuş, türkçü ideyanın 
inkişafına böyük təkan vermişdir.  
Bu dövrdə sultan hakimiyyəti türk milli varlığının önə 
çəkilməsini hər yolla əngəlləməyə çalışmışdır. Bu da onunla 
əlaqədar olmuşdur ki, sultan hakimiyyəti Osmanlı dövlətinin 
yalnız türklərin dövləti yox, bütün müsəlmanların xilafəti 
statusunda qalmasını istəmiş, milli mənsubiyyət fikrinin isə 
imperiyanı parçalayacağından ehtiyatlanmışdır. Lakin bununla 
belə XIX əsrin sonlarında türk milli varlığının yüksəldilməsi 
istiqamətində ideyalar irəli sürülmüş  və mühüm çalışmalar 
həyata keçirilmişdir.
 
Belə ki, 1860-70-ci illərdə İ.Şinasi (1826-
1871),  Ziya Paşa (1825-1880) və b. tərəfindən türk ədəbi 
dilinin saflaşdırılması ideyasının irəli sürülməsi, əsrin sonlarına 
doğru
 
türk tarixi, dili və etnoqrafiyası
 
sahəsində də çox dəyərli 
əsərlərin (Mustafa Cəlaləddin Paşa/Konstantin Bojenski 
(1820-1876),  Süleyman Hüsnü Paşa (1838-1892), Əhməd 
Cövdət Paşa  (1822-1895),
 
Əhməd Vəfiq Paşa (1823-1891), 
Rəşid  Əfəndi/Vamberi  (1832-1913),  Şəmsəddin Sami 
Fraşeri (1850-1904), Bursalı  Məmməd Tahir (1861-1925), 


 62
Nəcib Asim (1861-1935), Vələd Çələbi (1869-1950), Bu-
xaralı  Şeyx Süleyman Əfəndi  və b. əsərləri) yazılması ilə 
davam etdirilmişdir.
 
Bu dövrdə yazılı  ədəbiyyatda və  mətbuatda təmiz 
türkcədən istifadə  ənənəsinin yaranmasında yazıçı  Əhməd 
Midhət  Əfəndi (1844-1912),
 
İqdamçı  Əhməd Cövdət Oran 
(1862-1935), yazıçı  Əhməd Hikmət Müftioğlu  (1870-1927) 
və  şair  Məmməd  Əmin Yurdaqulun (1869-1944)
 
həlledici 
rolu olmuşdur. M.Ə.Yurdaqulun öz əsərlərini heca vəznində və 
saf türkcədə yazması yazılı ədəbiyyatda heca vəznində yazmaq 
ənənəsinin genişlənməsinə, həmçinin istər heca, istərsə  də 
əruzda məhz təmiz türkcədən istifadə  ənənəsinin yaranmasına 
böyük təkan vermişdir. Belə ki, M.Ə.Yurdaqul yaradıcılığının 
Əbdülhəq Hamid (1852-1937), Tofiq Fikrət (1867-1915), 
Məmməd Akif Ərsoy (1873-1936) və b. əruzçuların  əruzu 
məhz təmiz türkcədə yaratmalarına təsiri olmuşdur. 
M.Ə.Yurdaqulun  əsərləri dilinin təmizliyi ilə  bərabər 
məzmunca da millətçi olmuşdur. Ona qədər heç bir Osmanlı 
şairinin  şeirlərində millətə (türklüyə), xalqa və  vətənə sevgi 
onun şeirlərindəki qədər inkişaf etməmişdir.  
1908-ci il, iyulun 3-də inqilaba başlamış “Gənc Türklər 
həmin ayın 23-də Monastr şəhərində sultan II Əbdülhəmidi 
konstitusiyanın bərpası  və parlament çağırılması haqqında  
fərman verməyə məcbur edirlər. Osmanlı dövləti yenidən kons-
titusiyalı monarxiya elan olunur. “Gənc türklər” hakimiyyəti 
ələ alır. 1909-cu ilin martın 31-də II Əbdülhəmid  əksinqilabi 
çevriliş etsə  də, “Gənc Türklər”in müqaviməti nəticəsində 
həmin ilin aprelində öz hakimiyyətini də itirir və V Məmməd 
Rəşad sultan elan edilir. 
 “Gənc Türklər”in burjua-demokratik xarakterli bu 
inqilabından sonra ölkədə millətçi təşkilatların və  mətbuatın 
sərbəst fəaliyyətinə  şərait yaranır. Bu dövrdə milli ideyaların 
təbliği və türk milli varlığının yüksəldilməsi yolunda  “Türk 
dərnəyi” təşkilatının (1908-1912) və onun orqanı olan “Türk 
dərnəyi” dərgisinin (1911-1912), “Gənc qələmlər” dərgisinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə