Microsoft Word esh mitci doc


Partiyanın radikal bolşevik qanadına isə N.Nərimanov başçılıq



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   24   25   26   27   28   29   30   31   ...   94

 84
Partiyanın radikal bolşevik qanadına isə N.Nərimanov başçılıq 
etmişdir. Bu qanada M.Əzizbəyov, D.Bünyadzadə, H.Sultanov 
və b. inqilabçılar daxil idi. Bolşevik qanadı tərəfindən Bakıda 
İran fəhlələrini əhatə edən “Ədalət” partiyası da yaradılmışdır. 
Ümumiyyətlə, “Hümmət” partiyası Azərbaycanda böyük sosial 
nüfuza malik olmamışdır.  
 “İttihad” partiyası 1917-ci ilin sentyabrında Gəncədəki 
“İttihadi-islam” və Bakıdakı “Rusiyada müsəlmançılıq” 
özəklərinin birləşdirilməsi ilə yaradılmışdır. Dini təmələ 
əsaslanmışdır. Partiya Rusiya müsəlmanlarının demokratik, 
mərkəzçi olmayan bir dövlətinin yaradılması uğrunda mübarizə 
aparmışdır. Partiyanın  əsas liderləri Q.Qarabəyov, S.M.Qəni-
zadə, Ü.Hacıbəyli və b. olmuşdur. Partiya Azərbaycan 
kəndliləri arasında böyük nüfuza malik olmuşdur.  
Burjua inqilabından sonrakı dövrdə Qafqaz və ümum-
rusiya müsəlmanları qurultayları türkçülük tarixində 
həddən artıq mühüm  hadisələr olmuşdur. Bu tədbirlər 
müstəmləkədə olan türk xalqlarının böyük bir hissəsini 
birləşdirir, düşmənə qarşı türklərin vahid iradə və gücünü 
ortaya qoyurdu. Bu tədbirlərin həyata keçirilməsində məhz 
böyük türkçü ideoloqlar (Ə.Topçubaşov, M.Ə.Rə-sulzadə 
və b.) mühüm rol oynamışdır. 
Qafqaz müsəlmanları qurultayı (15-20 aprel, 1917) 
Müsavat, “Türk Ədəmi-mərkəziyyət” partiyaları  və “Müstəqil 
Demokratik Qrup” üzvləri tərəfindən təşkil olunmuşdur. Hər üç 
siyasi təşkilatı məhz türkçülük ideyası birləşdirirdi. Qurultayın 
ən önəmli cəhətlərindən biri də o idi ki, burada ideoloji 
mənsubiyyətindən asılı olmayaraq bütün siyasi qüvvələr təmsil 
olunurdu.  
Qurultay  Ə.Topçubaşovun sədrliyi ilə keçirilmişdir. 
Qurultayda  ən çox müzakirə olunan və mübahisə doğuran 
məsələ Rusiyanın gələcək dövlət quruluşu və müsəlmanların 
əldə edəcəkləri milli azadlıq məsələsi olmuşdur. Müzakirələr 
üç variant üzərində aparılmışdır: mədəni muxtariyyət, məhəlli 
(ərazi) muxtariyyət və müstəqil dövlət. Türkçülər məhəlli 


 85
muxtariyyəti  əsasında federasiya, bolşeviklər və islamçılar isə 
yalnız mədəni muxtariyyət tərəfdarı idilər. Qurultayda 
türkçülərin səyi nəticəsində məhz məhəlli muxtariyyəti nəzərdə 
tutan qərar qəbul edilmişdir (1.46, s.135): 
1. Qafqaz müsəlmanları qurultayı milli-siyasi məqsədlər 
haqqındakı  məsələni müzakirə edərək müsəlman qövmlərinin 
mənafeyini  ən ziyadə  təmin edən Rusiya şəkli-idarəsinin 
məhəlli federasiya əsası üzərinə qurulu cümhuriyyət-ənam 
olduğunu qəbula qərar verir. 
2 . İslam dinində olan bütün qövmlərin mədəni və ruhani 
irtibatını  nəzərə alaraq Qafqaz müsəlman qurultayı Rusiya 
müsəlmanlarından ötrü vəzi-qavanın səlahiyyətinə malik 
ümumi bir idarə təşkilini lazım görür. 
Qurultayda həmçinin millətlərarası münasibətlərdə 
demokratik prinsiplər, ana dilində ümumi, icbari və pulsuz 
təhsil, qadınların hüquqları  və s. haqqında qərarlar qəbul 
edilmiş, milli müəllim kadrların hazırlanması, seminariya, 
institut və universitetlərin açılması  təkliflər irəli sürülmüş, bu 
məqsədlərlə fond da yaradılmışdır. Qurultayda fəxri qonaq 
kimi iştirak edən H.Z.Tağıyev bu fonda 50 min rubl pul da 
bağışlamışdır.  
I Ümumrusiya Müsəlmanları Qurultayı  1917-ci il, 
mayın 1-dən 11-ədək Moskvada Azərbaycan milyonçusu 
Ş.Əsədullayevin müsəlmanlara hədiyyə verdiyi binada keçiril-
mişdir. Qurultaya 600 nəfər nümayəndə heyəti dəvət olunduğu 
halda 900 nəfərin iştirakı ilə keçirilmişdir. Qurultaydan öncə 
yaradılmış müvəqqəti büro 27 təşkilat tərəfindən təqdim edilən 
109 maddədən ibarət təklif və tövsiyə paketi hazırlamışdır. 
Həmçinin, müvəqqəti büronun qurultay üçün hazırladığı 13 
maddəlik proqramda Rusiyanın gələcək dövlət quruluşu, yerli 
idarəetmə, milli və dini məsələlər, maariflənmə  və  təhsil, 
məhkəmə  fəaliyyəti, müharibəyə münasibət,  əskəri təşkilat-
lanma, müəssisələr məclisinə seçkilərə hazırlıq, torpaq 
məsələsi, fəhlə  məsələsi, qadın məsələsi və s. ehtiva olun-


 86
muşdur. Bir sözlə proqramda demək olar ki, bütün ictimai-
siyasi məsələlər öz əksini tapmışdır.  
Qafqaz müsəlmanları qurultayında olduğu kimi burada da 
əsas müzakirə və mübahisə doğuran məsələ Rusiyanın gələcək 
dövlət quruluşu məsələsi olmuşdur. Qurultayda Qafqaz, 
Türküstan, Qırğızıstan, Başqırdıstan və Krımdan olan nü-
mayəndələr  əsasən məhəlli (ərazi) muxtariyyəti  əsasında 
federasiya, Kazandan olan nümayəndələr isə yalnız mədəni 
muxtariyyət  əsasında unitar dövlət tərəfdarı idilər. Qurultayda 
M.Ə.Rəsulzadə  və  Ə.Topçubaşovun böyük səyi nəticəsində 
446 lehinə, 271 əleyhinə olmaqla federasiya layihəsi qəbul 
edilmişdir. M.Ə.Rəsulzadənin layihəsi  əsasında qurultay 
aşağıdakı qərarı qəbul etmişdir (1.46, s.142): 
1. Müsəlman millətlərinin mənfəətlərini gerçəkləşdirmək 
üçün ən uyğun rejim ittifaq və torpaq muxtariyyətinə dayanan 
və  bəlli torpaqları mövcud olmayan millətlərə milli mədəni 
muxtariyyət təmin edən xalq cümhuriyyətidir. 
2. Rusiyada yaşayan müsəlman millətlərinin bütün dini və 
mədəni işlərini üsula görə yürütmək və müsəlmanların birlikdə 
hərəkət etmələrini saxlamaq üçün öz dairəsində qanun çıxarma 
haqqına sahib olan bütün Rusiya müsəlmanlarına məxsus bir 
mərkəzi müəssisə qurulur. Bu müəssisənin  şəkli, heyəti və 
görəcəyi işlər bütün muxtariyyətli müsəlman vilayətlərindən 
toplanacaq vəkillərin birinci qurucu məclisi tərəfindən təsbit 
edilir. 
Qurultayda həmçinin milli maarif, dini idarəetmə, torpaq, 
fəhlə, qadın hüquqları,  əsgəri təşkilat və s. haqqında qərarlar 
qəbul edilmişdir. Bundan başqa qurultayda bütün müsəlman 
bölgələrinin təmsil olunduğu 30 nümayəndədən ibarət Mərkəzi 
Müsəlman  Şurasının (Milli Şuranın) yaradılması haqqında 
qərar qəbul edilmişdir.  Şura Müəssisələr məclisi toplanana 
qədər müsəlman xalqlarının birlikdə hərəkət etmələrinin təmin 
etməli idi. Avqustun 25-də seçkilərə hazırlıq məqsədiylə  Şura 
tərəfindən  II qurultayın da çağırılması planlaşdırılmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə