Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   2   3   4   5   6   7   8   9   ...   94

  9
lədilir və ideologiyanın məhz  ədaləti bərqərar edəcəyi  əsas-
landırılır. Beləliklə, yaradılan hər bir ideologiyada bu 
ideologiyanın həqiqətən bəşəriyyəti xoşbəxtliyə  çıxaracağı, ən 
azından problemləri minimuma endirəcəyi  əsaslandırılır. Bu, 
ideologiyanın təbliği və insanlara qəbul etdirilməsi üçün 
zəruridir. Bu cür əsaslandırma olmadıqda ideologiyanın  əhə-
miyyəti itmiş olur. 
Bəşər tarixində bu günə  qədər müxtəlif ideologiyalar 
yaranmışdır. Hər bir ideologiyada isə, adətən bir qayda olaraq  
bir sahə (iqtisadi, hüquqi, dini və s.) ilə bağlı görüşlər əsas yer 
tutur. Belə ki, ictimai ziddiyyətlərin mənbəyi kimi bir əsas amil 
(iqtisadi, hüquqi, dini və s.) göstərilir. Həmin amillə bağlı 
görüşlər isə ideologiyada əsas rol oynayır. Məsələn, 
marksizmdə iqtisadi görüşlər əsas yer tutur. Belə ki, burada is-
tehsal vasitələri üzərində xüsusi mülkiyyət bəşəriyyətin bə-
lalarının  əsas amili kimi qəbul olunur və mülkiyyət mü-
nasibətlərində olan bu problemin həll olunmasının, yəni, is-
tehsal vasitələri üzərində xüsusi mülkiyyəti ləğv edərək ictimai 
mülkiyyətə keçməyin bəşəriyyəti xoşbəxtliyə  çıxaracağı 
əsaslandırılır. 
İdeologiyalarda əsas sahə ilə bağlı görüşlər “baza” (təməl) 
rolunu oynayır, yəni digər sahələrdəki görüşlər ona uy-
ğunlaşdırılır və mümkün qədər onunla ziddiyyət təşkil et-
məməsinə  səy göstərilir. Məsələn, marksizmdə  hətta ateist 
görüş də iqtisadi amillərlə əsaslandırılır. Belə ki, ilahi qüvvəyə 
inam və din məzlum sinfin itaətinə nail olmaq üçün istismarçı 
sinfin uydurması kimi qiymətləndirilir. Ümumiyyətlə, mark-
sizm ideologiyasında görüşlər  əsasən istismarçı (burjua, 
kapitalist) və  zəhmətkeş siniflərin mənafeləri baxımından for-
malaşmışdır. 
Tarixin bir dövründə yaradılmış hansısa ideologiya sonrakı 
dövrlərdə  əlavə  və  dəyişikliklərə  məruz qala bilər. Bu zaman 
həmin ideologiyalar (ilkin və dəyişikliklərə məruz qalmış) biri 
birinə yaxın olsalar da, adətən onlar  ayrı-ayrı adlar altında 


 10
verilərək eyni yox, başqa-başqa (müstəqil) ideologiyalar kimi 
təqdim olunur.  
İdeologiya bir və ya bir neçə ideoloq tərəfindən forma-
laşdırıla bilər. Bir neçə ideoloq tərəfindən yaradılan ideolo-
giyalar tarixin müxtəlif dövrlərində  mərhələlərlə  və ya eyni 
dövrdə yaradıla bilər.  İdeologiyanın müəlliflərindən biri sis-
temləşdirici, tamamlayıcı olmaqla həlledici rol oynaya və əsas 
ideoloq hesab oluna bilər. Həmçinin, eyni ideologiyanın müx-
təlif tərəfləri (məsələləri, görüşləri) müxtəlif müəlliflərin adı ilə 
bağlı ola bilər. Ümumiyyətlə, müəlliflərin çoxluğu ideologi-
yada fikir ayrılığı yaradaraq onu daha çox ziddiyyətli edə bilər. 
İdeologiyanın bir müəllif (ideoloq) tərəfindən işlənilməsi isə
ziddiyyətlərin daha az olmasına səbəb olur. 
Bütün bunlarla yanaşı, hər bir ideologiyanın bir və ya bir 
neçə hədəfi olur ki, bu da ideyaları həyata keçirmək üçün əsas 
problemlərin və ya maneələrin aradan qaldırılması hadisəsidir. 
Yəni, hədəf ideyaların həyata keçirilməsi uğrunda praktiki 
mübarizədə meydana çıxır. Hədəfə çatmaq elə bir hadisədir ki, 
o, ideologiyanın həyata keçməsini gerçəkləşdirir. Məsələn, 
marksizmin hədəfləri sosialist inqilabı  və onun nəticəsində 
“sosializm” və “kommunizm” quruluşunun bərqərar edilmə-
sidir. 
İdeologiyanın hədəfləri uğrunda mübarizə isə  siyasi 
hərəkat vasitəsiylə aparılır. Siyasi hərəkatın başında  siyasi 
təşkilat və siyasi lider dayanır. İdeologiyanın əsas prinsipləri 
bir qayda olaraq təşkilatın proqram və  məramnaməsində öz 
əksini tapır. 
Beləliklə, öncə ideologiyanın nəzəri  əsasları yaradılır, 
sonra bu ideologiyanı qəbul edən insanlar bir təşkilatda birləşir 
və siyasi hərəkat yaradırlar. Bu siyasi hərəkat isə ideologiyanın 
hədəfləri uğrunda, başqa sözlə, ideyaları  həyata keçirmək 
uğrunda mübarizə aparır. 
İdeologiyanı  qəbul edən və onun uğrunda hər hansı 
formada mübarizə aparan şəxslərə  ideologiyanın daşıyıcıları 
deyilir. Bu şəxslər içərisində elitar şəxslər fərqləndirilir. Elitar 


 11
şəxslər hərəkatın  elitasını (“elita” sözü yunan dilindan tər-
cümədə “seçmə” mənasını verir) təşkil edən şəxslərdir. Siyasi 
hərəkatın “elita”sı isə,  müəyyən intellektual səviyyəyə malik, 
ictimai nüfuzu olan, hərəkatın önündə gedən şəxslərdən ibarət 
qrupdur. 
İdeologiya anlayışı dünyagörüşü anlayışı ilə  sıx bağlıdır. 
Belə ki, dünyagörüşü anlayışı da insanların çoxsahəli 
görüşlərini  əks etdirir. Lakin, dünyagörüşü daha ümumi anla-
yışdır və insanların təbiət və  cəmiyyət haqqında  ən primitiv
kor-təbii görüşləri (məsələn, qədim mifologiyalar və  ənənəvi 
dinlər) də  həmin anlayışa aid edilir. İdeologiya isə yuxarıda 
qeyd etdiyimiz kimi, konkret hədəfi olan, ictimai ziddiyyətlərin 
həllinə  və inkişafa yönəldiyi elmi cəhətdən  əsaslandırılmış 
çoxsahəli görüşlər sistemidir. 
Bütün bunlarla yanaşı ideologiya anlayışı bir müddət 
(1960-70-ci illərdə) yalnız müəyyən sosial qrupların siyasi-
iqtisadi mənafeyinə xidmət edən, aldadıcı və mürtəce ünsür ki-
mi də  qəbul olunmuş  və bununla əlaqədar “ideologiyasızlaş-
dırma” ideyası meydana çıxmışdır. Lakin sonradan cəmiyyətin 
və dövlətin inkişafında ideologiyaların müsbət rolu yenidən 
etiraf edilmiş  və “yenidən ideologiyalaşdırma” ideyası irəli 
sürülmüşdür. 
  
 
2. İdeologiyaların təsnifatı və tarixən  
yaranmış ideologiyalar 
 
İdeologiyaların təsnifatı 
 
İdeologiyaların dəqiq, mükəmməl təsnifatına  ədəbiyyatda 
demək olar ki, rast gəlinmir. Ona görə  də bu məsələdə bir 
sistemsizlik, bu sahədə  işlədilən ifadələrdə “sərbəstlik” hökm 
sürməkdədir. Belə ki, ədəbiyyatda və müxtəlif  şəxslər tə-
rəfindən ideologiyalar haqqında danışıldıqda “liberallar”, “mü-
hafizəkarlar”, “islahatçılar”, “demokratlar”, “millətçilər”, “din-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə