Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   2   3   4   5   6   7   8   9   ...   94

 12
çilər” “sağçılar”, “solçular”, “sosialistlər”, “sosial-demokrat-
lar”, “kommunistlər” və s. ifadələr mahiyyətinə varılmadan 
işlədilir. Bu ifadələrin konkret ideologiyanı, yoxsa ideolo-
giyalar qrupunu ifadə etdiyinin fərqinə varılmır. Bəzilərinin nə 
konkret ideologiya adı, nə  də ideologiyalar qrupu olmadığı 
nəzərdən qaçırılır. Bu məsələyə  aşağıda aydınlıq gətirməyə 
çalışacağıq. 
Tarixin müxtəlif dövrlərində  və çağdaş dövrümüzdə 
formalaşmış müxtəlif ideologiyalar mövcuddur. Məsələn: libe-
ralizm, marksizm, kosmopolitizm, müsavatçılıq və s. Bu ifa-
dələrin hər biri konkret bir ideologiyanın adıdır. Həmin ide-
ologiyalar isə müxtəlif meyarlara görə qruplaşdırıla, başqa 
sözlə, təsnif oluna bilər.  
İdeologiyaların  ən geniş  əhatəli təsnifatını aparmaq üçün  
onlarda hansı sahənin (hansı sahə ilə bağlı görüşlərin) əsas yer 
tutmasını (təməl rolunu oynamasını) meyar kimi qəbul etmək 
məqsədəuyğun olar. Həmin meyara görə ideologiyaları  aşağı-
dakı qruplara ayırmaq olar: 
1.
 
İqtisadi təmayüllü ideologiyalar 
2.
 
Hüquq təmayüllü ideologiyalar 
3.
 
Dini təmayüllü ideologiyalar 
4.
 
Milli təmayüllü ideologiyalar 
5.
 
Qarışıq və ümumi təmayüllü ideologiyalar 
Bu ideologiya qrupları haqqında bir az sonra ayrı-ayrılıqda 
ətraflı məlumat verəcəyik. 
İdeologiyalar bəzi digər xüsusiyyətlərinə görə  də  təsnif 
edilirlər. Geniş yayılmış  təsnifatlardan biri ideologiyaların 
mülkiyyət məsələlərinə və gəlirlərin ictimai bölgüsünə (iqtisadi 
görüşlər) münasibətinə görə aparılan təsnifatdır. Bu meyara 
görə ideologiyalar “sağçı” və “solçu” ideologiyalara bölünür-
lər. Həmin ideologiyaların tərəfdarlarına isə uyğun olaraq 
“sağçılar” və “solçular” deyirlər. 
“Sağçı” ideologiyalar o ideologiyalara deyilir ki, orada 
özəl mülkiyyətə, azad sahibkarlığa və bazar tənzimlənməsinə 
üstünlük verilir. Bu ideologiyalara bazar iqtisadi sisteminin 


 13
liberal (bəzən həm də sosial (neoliberal) yönümlü) modelinin 
qəbul oluunduğu ideologiyalar aid edilir. 
“Solçu” ideologiyalar o ideologiyalara deyilir ki, orada 
zəhmətkeş sinfin mənafeyinin müdafiəsi, gəlirlərin bərabər, 
ədalətli ictimai bölgüsü əsas götürülür. Bu ideologiyalara 
istehsal vasitələri üzərində xüsusi mülkiyyətin tamamı ilə rədd 
edilərək ictimai mülkiyyətin müəyyən olunduğu marksizm, 
müasir dövrdə isə bazar iqtisadi sisteminin sosial və sosial-
demokrat modelini qəbul etmiş bir çox ideologiyalar, o 
cümlədən kommunist və sosialist hərəkatlarının ideologiyaları 
aid edilir. Bu ideologiyaların bir çoxunda istehsal vasitələri 
üzərində mülkiyyət və iqtisadiyyatın tənzimlənməsində döv-
lətin güclü mövqeyi müdafiə olunsa da, marksizmdə dövlətin 
güclü mövqeyi yalnız müvəqqəti dövr üçün – kommunizmin 
birinci fazası sayılan sosializmdə  qəbul olunur və kom-
munizmin son fazasında dövlətin də  tədricən ölüb gedəcəyi 
nəzərdə tutulur. 
Tarixən “sağçı” və “solçu” iqtisadi görüşlər arasında aralıq 
mövqeli görüşlər də (“mərkəzçi”, “sağ-mərkəzçi” və “sol-
mərkəzçi”) müəyyən edilmişdir. Lakin əslində müasir döv-
rümüzdə bu ifadələr çox hallarda formal xarakter daşıyır. Bələ 
ki, hazırda “sağçı”, “solçu” və qeyd olunan aralıq iqtisadi 
görüşlər arasında dəqiq sərhədlər müəyyən etmək demək olar 
ki, mümkün deyil. 
 
 
İqtisadi təmayüllü ideologiyalar 
  
Adından göründüyü kimi iqtisadi təmayüllü ideologiyalar 
iqtisadi görüşlərin əsas yer tutduğu ideologiyalardır. Məlumdur 
ki, iqtisadi məsələ  cəmiyyətin həyatında çox mühüm rol 
oynayır. Çünki, insanların yaşaması üçün ilk növbədə onların 
maddi tələbatları ödənməlidir. Ta qədimdən varlı-kasıb, 
zəhmətkeş və imtiyazlı təbəqələrə bölünmə, sosial ədalətsizlik 
və başqa bu kimi iqtisadi problemlər cəmiyyətin daimi 


 14
probleminə çevrilmiş  və bu problemlərin həlli üçün müxtəlif 
iqtisadi təlimlər və ideyalar meydana çıxmışdır. Siyasi hə-
rəkatların ideologiyasında isə gəlirlərin bərabər bölgüsü, sosial 
ədalət,  əhalinin rifahı kimi iqtisadi məsələlər həmişə önəmli 
yer tutmuşdur. Çünki, ideologiyaların və siyasi hərəkatların bu 
iqtisadi məsələlərlə bağlı  görüşləri və xalqa verdikləri vədlər 
cəmiyyətin etimadını qazanmaq baxımından böyük rol 
oynamışdır. Ona görə  də  məhz iqtisadi təmayüllü ideologi-
yaların formalaşmasının (sosialist ideyalarının meydana çıxma-
sı və s.) əsası qədim dövrlərdən qoyulmuşdur.  
İqtisadi təmayüllü ideologiyalarda cəmiyyətdəki problem-
lərin, ictimai ziddiyyətlərin  əsas mənbəyi kimi iqtisadi 
problemlər göstərilir və digər (milli, hüquqi, dini və s.) prob-
lemlər ikincidərəcəli hesab olunur. Hətta həmin problemlərin 
yaranması da iqtisadi amillərlə izah olunur. İqtisadi prob-
lemlərin həll olunması ilə digər (milli, hüquqi, dini və s.) prob-
lemlərin mənasızlaşacağı, ictimai ziddiyyətlərə son veriləcəyi, 
bəşəriyyətin xoşbəxtliyə qovuşacağı  əsaslandırılır.  İqtisadi 
problemlərin həllinə  gəlincə isə, bunun üçün iqtisadi sistem 
müəyyən olunur.  
İqtisadi təmayüllü ideologiyalara ən mükəmməl misal XIX 
əsrin ortalarında yaranmış  marksizmdir. Bu ideologiyanın 
əsası  həmin  əsrin 40-cı illərində alman mütəfəkkirləri Karl 
Marks (1818-83) və Fridrix Engels (1820-95) tərəfindən qo-
yulmuş, sonradan V.İ.Lenin (1870-1924), G.V.Plexanov 
(1856-1918) və b. tərəfindən inkişaf etdirilmişdir. Bu ideolo-
giyanın yaradılmasında elmi mənbə kimi klassik alman fəl-
səfəsi (İ.Kant (1724-1804), G.V.Hegel (1770-1831), L.A.Fe-
yerbax (1804-72) və b.), fransız materialist nəzəriyyəçiləri 
(J.O.Lamerti (1709-51), P.A.Holbax (1723-89), D.Didro 
(1713-84), K.A.Helvetsi (1715-71)), ingilis klassik iqtisadi 
nəzəriyyəçiləri (U.Petti (1623-87), A.Smit (1723-90), D.Ri-
kardo (1772-1823) və b.), fransız və ingilis utopik sosializm 
nəzəriyyəçiləri (T.Mor (1478-1535), T.Kampanella (1568-
1639), A.Sen-Simon (1760-1825), S.Fürye (1772-1837), 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə