Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

 24
gözləmə” nəzəriyyəsinin nümayəndələri R.Lukas, T.Sarcent, 
N.Uolles, C.Mut və b. iqtisadçılar  əsasən neoklassik nə-
zəriyyəni (A.Marşal və b.) davam etdirmişlər. Yəni, dövlətin 
iqtisadiyyata minimum müdaxiləsini məqbul saymış, sosial 
siyasəti isə inkişaf üçün bir maneə hesab edərək  əsasən onun 
əleyhinə çıxmışlar.  
Digər qrup neoliberalist nəzəriyyəçilər – ingilis iqtisadçısı 
C.M.Keyns (1883-1946), Frayburq (alman) məktəbi 
nümayəndələri – V.Oyken, L.Erxard (1897-1977), L.Müller 
Armaq, A.Rustov, V.Repke, Avstriya iqtisadçısı Y.Şumpeter 
(1883-1950), müharibədən sonrakı dövrdə neokeynsçilər – 
C.Honson (1887-1976), R.Xorrod, P.Samuelson, E.Domar, 
1970-ci illərdə post/sol keynsçilər – N.Robinson, N.Kaldar, 
P.Sraff, A.Eyxner, S.Vayntraub və b. iqtisadçılar bazar 
iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsini, o cümlədən 
sosial siyasəti zəruri saymışlar. Bu nəzəriyyənin ilk və  ən 
görkəmli nümayəndələrindən olan ingilis iqtisadçısı 
C.M.Keyns məcmu tələbə  təsir etməklə bazar iqtisadiyyatının 
dövlət tərəfindən tənzimlənməsi nəzəriyyəsini işləmiş  və 
praktikada özünü doğrultmuşdur. Keynsin bu nəzəriyyəsi 
dövlətin etməli olduğu bir çox iqtisadi tədbirləri (dövlət 
xərclərinin, o cümlədən dövlət investisiyalarının artırılması, 
aztəminatlıların müdafiəsi üçün  gəlirlərin yenidən bölünməsi 
və s.) özündə  əks etdirmişdir. Keynsin bu nəzəriyyəsi mü-
haribədən sonrakı dövrdə davamçıları  tərəfindən daha da 
inkişaf etdirilmişdir. XX əsrin 60-70-ci illərində keynsçilikdə 
sosial yönümün  daha da ön plana keçməsi (“Neokeynsçilik”) 
müşahidə olunmuşdur.  
Neoliberal iqtisadi nəzəriyyələr  İkinci Dünya Müha-
ribəsindən sonra bazar iqtisadi sisteminin sosial yönümlü (və 
ya alman) modelinin (bu modelin əsas xüsusiyyətləri kitabın 
177-178-ci səhifələrində verilmişdir) meydana çıxmasında 
böyük rol oynamışdır. Ümumiyyətlə, iqtisadiyyata dövlət mü-
daxiləsini nəzərdə tutan neoliberal iqtisadi nəzəriyyələrin 
meydana çıxması liberalların iqtisadi görüşlərdə sosial-demok-


 25
ratlar (“islahatçı sosialistlər”) tərəfə, başqa sözlə, “sol”a 
meyllənməsi demək idi.  
İqtisadilyyatın dövlət tənzimlənməsi bu gün az və çox 
dərəcədə bütün modellər üçün labüd olsa da, bazar iqtisadi 
sisteminin liberal modelinin əsas cəhətləri (daxili bazarın 
yüksək olması, iri inhisarların timsalında xüsusi kapitalın 
möhkəm mövqeyə malik olması, həmkarlar və  fəhlə  hərə-
katının zəif olması) qalmaqdadır (xüsusən ABŞ-da) və digər 
modellərdən (sosial və sosial-demokrat yönümlü modellərdən) 
əsaslı şəkildə fərqlənir.  
Liberalizmin həm materialist, həm də idealist fəlsəfi 
görüşlü ideoloqları olmuşdur. Bu da liberalizmin həmin məsə-
lələrdə neytral olduğunu göstərir. Yəni, bu ideologiya üçün 
idealist və ya materialist olmağın, dindar və ya dinsiz olmağın 
fərqi yoxdur, bu məsələlərdə insanlar azaddır, materialist və ya 
idealist görüşlü olmasından asılı olmayaraq hər bir şəxs 
liberalizmin prinsiplərini qəbul edə  bilər. 
Hazırda liberalizmin əksər prinsipləri Birləşmiş Millətlər 
Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatların sənədlərində 
öz əksini tapmışdır.  
Hüquq təmayüllü ideologiyalara başqa bir misal kimi 
anarxizmi  göstərmək olar. Anarxizm yunanca “anarxiya” 
(“hakimiyyətsizlik”) sözündəndir. Bu ideologiya XIX əsrin 40-
70-ci illərində formalaşmışdır.  Əsas ideoloqları P.J.Prudon 
(1809-65), A.Kolods, M.Ştirner (1806-56), M.A.Bakunin 
(1814-76), P.A.Kropotkin, J.Qrav və b. olmuşdur. Bu ide-
ologiyanın  əsas ideyası  hər cür dövlət hakimiyyətinin ləğv 
olunması  və  şəxsiyyətin qeyri-məhdud azadlığıdır. Anarxist-
lərin müəyyən etdikləri iqtisadi sistemdə  xırda burjuaziya 
saxlanılmalı, istehsalçıların xırda muxtar cəmiyyətlərinin azad 
federasiyası yaradılmalı  və  gəlirlərin  ədalətli bölgüsü təmin 
edilməli idi. XIX əsrin axırlarında bir çox Avropa və Latın 
Amerikası ölkələrinin fəhlə hərəkatlarında  bir müddət anarxist 
meylli cərəyan – anarxizm-sindikalizm mövcud olmuşdur. 
Anarxist-sindikalistlər sinfi mübarizəni və inqilabı  məqbul 


 26
saymmışlar. Onlar həmkarlar ittifaqlarının təşkil edəcəkləri 
tətillər vasitəsiylə “ictimai çevriliş”ə nail olmaq, dövlət haki-
miyyətini ləğv etmək və istehsalata, ərzaq bölgüsünə başçılıq 
edən sindikatlar federasiyasının rəhbərliyi ilə yeni cəmiyyət 
qurmaq ideyası ilə  çıxış emişlər.  İnqilabçı marksistlər 
tərəfindən opportunizmə (“islahatçı sosializm”ə) yaxın hesab 
olunan bu ideyalar qəti şəkildə rədd edilmişdir. 
Anarxist meylli bir çox tələbə-gənclər hərəkatları (“kom-
munist anarxistləri”, “yeni sollar” və s.) dünya ölkələrində bu 
gün də mövcuddur. 
 
 
Dini təmayüllü ideologiyalar 
 
Dini təmayüllü ideologiyalara birbaşa hansısa dinə  əsas-
lanan ideologiyalar aiddir. Məlumdur ki, dinlərdə görüşlər 
çoxsahəli olur. Yəni, dinlərdə    dünyanın yaranışı, varlıq və 
materiya, ailə-məişət, iqtisadiyyat, hüquq, əxlaq, ictimai ədalət 
və s. məsələlər haqqında danışılır, bəşəri problemlərin həlli 
yolları göstərilir. Bu baxımdan din özlüyündə bir ideoloji 
sistemə malikdir. Ona görə  də, din tarixən siyasi hərəkatların 
ideologiyasına çevrilmiş  və bununla da dini təmayüllü 
ideologiyalar, başqa sözlə dini ideologiyalar meydana 
çıxmışdır. Bu baxımdan, dini ideologiyaların formalaşması 
dinlərin yaranması ilə demək olar ki, eyni tarixi dövrdə baş 
vermişdir. 
Dində Allaha inam prinsipi olduğundan dini ideologiyalar 
cəmiyyətdə böyük təsir gücünə malikdir. Bu ideologiyaların 
hədəfi bir qayda olaraq dini təmayüllü dövlət, başqa sözlə dini 
dövlət qurmaqdır. Bəs dini dövlət qeyri-dini (dünyəvi) 
dövlətdən nə ilə seçilir? Dini dövlət o dövlətə deyilir ki, orada 
dinin insanlar qarşısındakı  tələbləri qanun və hüquqi 
normalarla məcburiləşdirilir. Bu zaman dinin təbliğatı yalnız 
dindarlar, din ocaqları (məscidlər, kilsələr, mədrəsələr və s.) 
səviyyəsindən çıxaraq dövlət səviyyəsinə qalxır. Bu isə, əslində 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə