Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

 261
və məsləhəti  ənənələrimizdə ilkin və əsas şərtdir. Lakin bəzən 
böyüklər haqsız və  əsassız yerə narazı olduqda könüllü “gö-
türüb qaçma” (“qoşulub qaçma”) ənənəsi məqbul sayıla bilər.  
Azərbaycan xalqı digər xalqlardan yüksək  qonaq-
pərvərliyi ilə fərqlənir. Xalqımızda qonaqpərvərlik ənənəsinin 
güclü olması özü də ailədən gəlir. Çünki, bu ənənə də ailə ilə 
bağlıdır. Ənənəmizə görə evə gəlmiş qonaq həddən artıq əziz, 
hörmətli və imtiyazlıdır. Folklorşünaslığımızda bu ənənəmizə 
daim toxunulmuşdur. Tədqiqatçı  Ş.Bünyadova tərəfindən isə 
bu ənənəmiz ayrıca tədqiqat sahəsinə də çevrilmişdir (3.19)  
Xalq adət-ənənələri içərisində  mistik-dini  ənənələr və 
inanclar  xüsusi yer tutur. Məlumdur ki, bəşəriyyətin 
dünyagörüşü qədim dövrlərdən müəyyən sitayişlər və 
mifologiyalar  şəklində meydana çıxmış, daha sonra isə dinlər 
formalaşmışdır (bax, səh. 206). Dinlər özündə dinəqədərki 
dünyagörüşlərinin ünsürlərini saxlamışdır. Hətta bir xalq bir 
neçə din dəyişsə belə, qədim sitayişlər, mifologiyalar və öncəki 
dinlərdən gələn inancları öz şüurunda saxlayır. Türk xalqları 
şamançılıq, Göy-Tanrıçılıq, maqçılıq/məcusilik (bu təlim bəzən 
şamançılıqla, bəzən də  zərdüştlük və atəşpərəstliklə eyni-
ləşdirilir), zərdüştlük, manilik, xristianlıq və b. dinlərə sitayiş 
etmiş, VII-VIII əsrlərdən etibarən isə  əksər türk xalqları 
sonuncu səmavi din olan islamı  qəbul etmişdir. Lakin bu gün 
türk xalqlarının böyük əksəriyyəti islam dinini qəbul etmiş 
olsalar da, qədim mifologiyalardan və dinlərdən qalan 
müəyyən inancları bir milli ənənə kimi yaşatmaqdadır. Hətta 
islama aidiyyəti olmayan bir çox ənənələr və inanclar islamla 
əlaqələndirilərək və ona uyğunlaşdırılaraq yaşadılır. Məsələn, 
“yeddi”, “qırx” və  “əlli iki” kimi yas mərasimləri, isla-
maqədərki mistik ənənələrin (falçılıq, cadugərlik, magiya 
(maqçılıq), ofsunçuluq, münəccimlik və s.) islamla əla-
qələndirilərək (kitab açma, dua yazma, bədəndən cin çıxatrma 
və s.)  yaşadılması, islamdan çox-çox əvvəl yaranmış novruz 
bayramı  ənənələrinin islamla əlaqələndirilərək inkişaf et-
dirilməsi və s. 


 262
Qədim türk inancları icərisində  qurd (boz qurd) totemi 
xüsusi yer tütür. Qədim mifologiyamızda türklər qurddan 
törəmə hesab olunmuş  və türklər özlərini xaraktercə qurda 
yaxın hesab etmişlər. Lakin qurdla bağlı inanclar sitayiş 
xarakterli olmamış  və din səviyyəsinə qalxmamışdır. Belə ki, 
yuxarıda qeyd etdiyimiz kimi türklərdə din kimi təktanrıçılıq 
üstün mövqedə olmuşdur. Qurdla bağlı bir çox əfsanə  və 
rəvayətlər,  ənənələr, el deyimləri və s. xalqımız tərəfindən bu 
gün də yaşadılır. 
Mistik-dini  ənənələr və inanclarımız müəyyən qədər 
toplansa da, az araşdırılmış sahələrdəndir. Bu günədək 
araşdırmalar  əsasən xalq ədəbiyyatı araşdırması  çərçivəsində 
aparılmışdır.  Əslində isə bu sahədə kulturoloqlar, etnoqraflar, 
dinşünaslar, psixoloqlar, tarixçilər və filosofların, həmçinin 
təbiət elmləri sahəsinin alimlərinin xüsusi tədqiqatına ehtiyac 
var. Çünki, bir çox mistik-dini ənənələr və inancların elmi əsası 
və müsbət  əhəmiyyəti də üzə  çıxarılır. Məsələn, axşam ev 
süpürməyin ziyan gətirəcəyi haqqında məşhur xalq inancı elmi 
cəhətdən belə əsaslandırılır ki, evi süpürərkən qalxan toz uzun 
müddət havada qaldığından, axşam süpürülmüş otaqda havaya 
qalxmış toz orada yatacaq insanların nəfəsinə dolaraq onların 
səhhətinə ziyan vura bilər. Mistik ənənələrimizin və inanc-
larımızın məhz bu istiqamətdə araşdırılmasına ehtiyac var. 
Şərq xalqlarının, xüsusən də türk xalqlarının dini-fəlsəfi 
görüşlərinin inkişafında VIII əsrdə yaranmış sufilik təriqətinin 
mühüm rolu olmuşdur. Sufilik (təsəvvüf) islam təriqəti kimi 
yaransa da, ona islamaqədərki dinlərin (zərdüştlük, şamançılıq 
və s.) və inancların böyük təsiri olmuşdur. Bu təriqətin  əsas 
ideyaları  nəfsə üstün gəlmək, maddiyyatdan uzaq olub 
mənəviyyata tapınmaq, mənəvi saflaşmaq və bu saflaşmanın ən 
yüksək səviyyəsinə çataraq Haqqa – Tanrıya qovuşmaqdır. 
Sufilikdə  fəlsəfi görüşlər  əsasən panteist xarakterlidir. 
Təsəvvüf sistemi xeyli dərəcədə araşdırılmlş və araşdırılmaqda 
olan sahələrdəndir.   


 263
Xalq adət-ənənələrimizin bir qismi aşıq sənəti ilə bağlı 
olan  ənənələrdir.  Aşıq sənəti  ənənələri  təəssüf ki,  indiyədək 
ayrica tədqiqat sahəsinə çevrilməmişdir. Öncə qeyd etdiyimiz 
kimi aşıq sənətinin indiyədək  əsasən  ədəbiyyat (aşıq 
ədəbiyyatı) və müəyyən qədər də musiqi (aşıq musiqisi) tərəfi 
araşdırılmışdır.  Əslində isə  aşıq sənəti yalnız  ədəbiyyat və 
musiqidən ibarət deyil. Aşıq sənətinin özünəməxsus zəngin 
ənənələr sistemi var. Düzdür bu ənənələri aşıq  ədəbiyyatı 
(dastanlar, rəvayətlər,  şeirlər və s.) müəyyən qədər özündə 
daşıyır. Lakin aşıq sənətinin elə ənənələri də vardır ki, bu gün 
yalnız yaddaşlarda və söhbətlərdə yaşayır. Ona görə  də  aşıq 
sənəti  ənənələri aşıq  ədəbiyyatının tədqiqatı  çərçivəsində yox, 
ayrıca tədqiqat sahəsi kimi öyrənilməlidir.  
Aşıq sənəti  ənənələrinə ustad-şagird münasibətləri, 
dastançılıq  ənənələri, aşıq  şəxsiyyətinin cəmiyyətdəki yeri və 
rolu ilə bağlı ənənələr və s. aiddir.  
Aşıqlar sadəcə universal musiqiçilər (çalğıçı, müğənni, 
bəstəkar) və şairlər olmamışdır. Onlar həm də cəmiyyətdə çox 
hörmətli  şəxslər, el ağsaqqalları olmuşlar. Aşıqlar insanların 
məsləhət və nəsihət yeri, xalq adət-ənənələrini tərənnüm edən, 
insanları maarifləndirən, onlara dini-fəlsəfi biliklər verən
haqq-ədalətin carçısı  və müdafiəçisi kimi çıxış edən 
şəxsiyyətlər olmuşlar. “Aşıq” ifadəsinin özünün sufilərin “haqq 
aşiqi” titulundan qaynaqlanması da təsadüfi deyil.  
Adət-ənənələrimiz içərisində xalqımızın milli bayramı 
olan novruz bayramı  ənənələri geniş yer tutur. Yazın gəlişi, 
təbiətin oyanması ilə bağlı xeyir-bərəkət bayramı olan bu 
bayram astronomik mənasına, ənənə və mərasimlərinin həddən 
artıq zənginliyinə görə dünyanın  ən böyük bayramlarından 
biridir. Təsadüfi deyil ki, Novruz bayramı xalqımızın milli 
bayramı kimi BMT-nin qeyri-maddi mədəni irs siyahısına da 
salınmışdır. Novruz bayramı  qədim inancların (atəşpərəstlik, 
şamançılıq və s.) bir çox ünsürlərini özündə daşıyır. Hətta bu 
bayram islamdan çox-çox əvvəl yaranmış olsa da, zaman-
zaman onun bir çox ənənələri islam dininə uyğunlaşdırılmış, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə