Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   86   87   88   89   90   91   92   93   94

 270
qalibi olmuşdur. Eyni zamanda T.Əmiraslanovun elmi 
redaktorluğu ilə Azərbaycan kulinariyasının ensiklopediyası 
(3.15) da tərtib edilmişdir.  
Xalq yaradıcılığında çox geniş yer tutan təsviri   
dekorativ-tətbiqi sənət sahələri, həmçinin  memarlıq sənəti 
xalqın həyat tərzini və dünyagörüşünü, o cümlədən bədii-
estetik görüşlərini özündə  əks etdirir. Bu sənət sahələri 
müəyyən qədər araşdırılmış  və araşdırılmaqda olan sahələr-
dəndir.  
Tarixi çox qədim olan xalq təsviri sənəti sahəsində 
miniatür sənəti xüsusi yer tutur. Bu sənətin IX əsrdə uyğur 
türklərində meydana çıxdığı qeyd edilir. Orta Şərqdə isə tarixə 
məlum ilk miniatür nümunələri (XIII əsrin  əvvəlləri) 
Azərbaycanla (Təbriz, Marağa və s.) bağlıdır. XV əsrdə Təbriz 
miniatür məktəbi tam müstəqil bədii məktəb kimi 
formalaşmışdır (3.57, s. 80-82; 2.5, VI cild, s. 577). Miniatürlər 
əsasən kitablara və  bədii  əsərlərə illüstrasiyalar kimi çə-
kilmişdir. Azərbaycan miniatürləri özündə xalqımızın mə-
dəniyyəti və tarixi ilə bağlı  zəngin məlumatları daşıdığından 
çox dəyərli sənət əsərləridir. 
Xalqımızın dekorativ-tətbiqi sənət sahələri (dulusçuluq, 
zərgərlik,  şəbəkəbəndlik, bədii oyma, bədii tikmə, toxuma və 
s.) içərisində  xalçaçılıq xüsusi yer tutur. Belə ki, xalçaçılıq 
xalqımızın  ən geniş yayılmış dekorativ-tətbiqi sənət sahəsidir. 
Bu sahədə nümunələrin toplanması  və  tədqiqində böyük 
ziyalımız  Lətif Kərimovun (1906-91) misilsiz xidmətləri 
olmuşdur. Onun məşhur “Azərbaycan xalçası”  əsərində 
Azərbaycan xalçalarına məxsus 1200-dən artıq ornament 
elementinin təhlili verilmişdir. 
Xalq yaradıcılığımızın mühüm tərkib hissələrindən biri də 
xalq təbabətimizdir. Türk xalq təbabətinə el dilində  
“türkəçarə” də deyirlər. Məlumdur ki, müasir tibb elminin əsası 
xalq təbabətindən gəlir. Hələ elm və texnikanın inkişaf 
etmədiyi dövrdə insandakı xəstəliklər müəyyən edilmiş, həmin 
xəstəliklərə xalq dilində ad da verilmiş  və müalicə yolları da 


 271
tapılmışdır. Xalq təbabətindəki müalicə üsullarının doğruluğu 
bu gün müasir tibb elmi tərəfindən öz təsdiqini tapır. Hətta 
müasir tibb elmi nə  qədər yüksək inkişaf səviyyəsinə çatmış 
olsa da, ona paralel olaraq xalq təbabəti öz rolunu və əhəmiy-
yətini yenə də itirməmişdir. Xalq təbabətimiz bu gün də yaşa-
yır. İnsanlar bu gün də bir çox xəstəliklərin müalicəsində xalq 
təbabətinə müraciət edirlər və müsbət effektini də görürlər.  
Xalq təbabətimiz müəyyən qədər toplanmış olsa da, az 
araşdırılmış sahələrdəndir. Bu sahənin həkim-mütəxəssislər 
tərəfindən daha ciddi araşdırılmasına ehtiyac var. 
Folklorumuzda  xalq oyunları,  o cümlədən xalq uşaq 
oyunları da xüsusi yer tutur. Bu oyunlar əyləncə olmaqla 
yanaşı idman, uşaq və yeniyetmələrdə fiziki və  əqli inkişaf, 
iradə, ünsiyyət, kollektivçilik, birgə mübarizə  və s. keyfiy-
yətləri aşılama funksiyasını daşıyır. Eyni zamanda bu oyunlar 
xalqın xarakterini, tarixi ənənələrini də özündə əks etdirir.   
Bütün bunlara rəğmən təəssüf ki, xalq oyunları çox az 
toplanmış  və az araşdırılmış sahələrdəndir. Xalq oyunlarının 
bir çoxu unudulmuş, bir çoxları isə unudulmaqdadır. Ona görə 
də bu sahə hər an öz ciddi tədqiqatçısını gözləyir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 272
Nəticələr 
 
Kitabda aparılan araşdırmalardan sonra ümumi şəkildə 
aşağıdakı nəticələri əldə etmiş oluruq: 
1. İdeologiya anlayışına çoxsahəli görüşlərin və ideyaların 
istənilən sistemi yox, elə bir bütöv sistemi aid edilə bilər ki,  
həmin görüşlər və ideyaların məhz ictimai problemlərin 
həllinə, inkişafa və  bəşəriyyətin xoşbəxtliyinə xidmət etdiyi 
əsaslandırılmış olsun.  
2.  İdeologiyaların təsnifatını onların təmayülünə (hansı 
sahə ilə bağlı görüşlərin baza rolunu oynamasına) görə apar-
maq daha əlverişlidir. Belə ki, bu cür təsnifatda ideologiyalar 
haqqında daha geniş  təsəvvür yaranmış olur.  Həmin meyara 
görə  iqtisadi, hüquqi, dini, milli, qarışıq və ümumi tə-
mayüllü ideologiyalar fərqlənir.  
Milli təmayüllü ideologiyalar uyğun olaraq milli mə-
sələlərin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, 
milli dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qal-
dırılması  və s.) əsas götürüldüyü ideologiyalardır. Bu ideo-
logiyalar adətən milli problemlərin (müstəmləkəçilik, xarici 
təcavüz, milli ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) 
daha çox mövcud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq 
hərəkatlarının ideologiyaları kimi formalaşır. Milli təmayüllü 
ideologiyalar qısa olaraq milli ideologiya və ya millətçilik də 
adlandırılır. 
3. Milli ideologiya – millətçilik şovinizmdən fərqlənən və 
ona qarşı dayanan bir mütərəqqi ideologiyadır. Belə ki, mil-
lətçilik millətlərin bərabərliyi, milli varlığın qorunması ide-
yasına  əsaslandığı halda, şovinizm bir millətin üstünlüyü və 
digərləri üzərində hakimiyyəti ideyasına  əsaslanmaqla digər 
millətlərin varlığına qarşı yönəlir. Ona görə  də,  şovinizm 
ifadəsi ideologiyanı yox, milli haqlara qarşı yönəlmiş bir 
mürtəce siyasəti ifadə edir. 
Müasir dövrdə milli ideologiyanın  əsas prinsipləri milli 
varlığı qoruyub saxlamaq, yaşatmaq və yüksəltmək, milli şüuru 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə