Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   5   6   7   8   9   10   11   12   ...   94

 27
dinin mahiyyətini və ictimai funksiyasını dəyişmiş olur, başqa 
sözlə din siyasiləşir. Dinlərin təriqətlərə bölünməsi də  əsasən 
siyasi amillə bağlıdır. Son orta əsrlərə  qədər dünya dövlətləri 
əsasən dini təmayüllü olmuş, sonradan tədricən din dövlətdən 
ayrılmağa başlamışdır. Lakin, bu gün də az və ya çox dərəcədə 
dini təmayülə əsaslanan dövlətlər (İran, Pakistan, Vatikan, ək-
sər ərəb ölkələri və s.) mövcuddur. 
Hazırda İslam təriqətləri içərisində “vəhabilik”, “cəfərilik” 
və “nurçuluğ”u ideologiya halına gəlmiş (siyasiləşmiş) təriqət-
lərə misal göstərmək olar. 
Dini ideologiyaların insanları özünə cəlb etmə qüvvəsi çox 
böyük olduğundan həmişə siyasi qruplar və imperialist döv-
lətlər bu ideologiyalardan müxtəlif məqsədlərlə istifadə etmiş, 
hətta öz məqsədlərini həyata keçirmək üçün mürtəce dini 
təriqətlər də yaratmışlar. 
 
 
Milli təmayüllü ideologiyalar 
 
Milli təmayüllü ideologiyalar uyğun olaraq milli məsə-
lələrin həllinin (milli varlığın yüksəldilməsi, milli azadlıq, milli 
dövlətin qurulması, etnik ziddiyyətlərin aradan qaldırılması və 
s.)  əsas götürüldüyü ideologiyalardır. Bu ideologiyalar adətən 
milli problemlərin (müstəmləkəçilik, xarici təcavüz, milli 
ayrıseçkilik, assimilyasiya, mədəni gerilik və s.) daha çox möv-
cud olduğu cəmiyyətlərdə xalqların milli azadlıq hərəkatlarının 
ideologiyası kimi formalaşmışdır. Milli təmayüllü ideolo-
giyalar qısa olaraq milli ideologiya da adlandırılır. Lakin “milli 
ideologiya” ifadəsi təmayülündən asılı olmayaraq hər hansı 
dövlətin qəbul etdiyi ideologiya, hər hansı xalqın tarixən 
formalaşmış dünyagörüşü və b. mənalarda da işlədilir. Biz bu 
ifadəni həmin mənalarda işlətməyəcəyik. 
Milli ideologiyalar “millətçilik” və ya hansısa millətin 
adıyla da (türk millətçiliyi–türkçülük, ingilis millətçiliyi–
ingilisçilik və s.) adlandırıla bilər.  “Millətçilik” ifadəsi dar 


 28
mənada isə insanların milli hislərini (milli özünüdərk, milli 
qürur, milli təəssübkeşlik, öz millətini sevmə  və s.) və ondan 
doğan baxış  və  hərəkətlərini ifadə edir. Bu ifadə dar mənada 
bəzən “vətənpərvərlik”, “dövlətçilik”, “milli siyasət”, “milliləş-
dirmə” və b. bu kimi mənalarda da işlədilir.  
Məlumdur ki, milli şüurun ünsürləri (milli özünüdərk, 
milli təəssübkeşlik, öz milliyyətini fərqləndirmə  və sevmə  və 
s.), milli münaqişələr, hakimiyyət uğrunda etnoslararası 
mübarizə  və s. hələ  qədim dövrlərdən, daha dəqiq desək, 
etnosların yarandığı dövrdən mövcud olmuşdur. Həmçinin, 
hələ  qədim və orta çağlarda xalqların müstəmləkəçiliyə qarşı 
azadlıq mücadilələri də baş vermişdir. Lakin həmin dövrlərdə 
milli ideyalar ideologiya səviyyəsində inkişaf etməmiş  və 
əsasən dini təmayüllü ideologiyalar hakim olmuşdur. Milli 
dövlət quruculuğuna  əsaslanan elmi-nəzəri görüşlər sistemi 
olan  milli ideologiya isə xeyli sonra – tarixin yeni dövründə 
meydana çıxmış və imperiyalardan milli dövlətlərə keçid dövrü 
başlamışdır. Bu dövrdə ETT-nin baş verməsi və formalaşmağa 
başlayan liberalizmin azadlıq ideyaları milli ideologiyaların 
formalaşmasına böyük təsir göstərmişdir. Bu tarixi dövr 
aşağıdakı ictimai dəyişikliklərlə şərtlənmişdir: 
1.
 
Sənayedə elmi-texniki tərəqqi (ETT); 
2.
 
Kapitalist münasibətlərinin meydana çıxması; 
3.
 
Burjua-demokratik və sosialist hərəkatlarının yaran-
ması; 
4.
 
İmperiyalarda milli ayrıseçkiliyin və müstəmləkəçi-
liyin, imperialist qüvvələrin təcavüzkar siyasətinin 
güclənməsinə qarşı milli təmayüllü hərəkatların yaran-
ması. 
Bu mürəkkəb proses XVI-XVII əsrlərdən etibarən Qərbi 
Avropada başlamış, tədricən dünyaya yayılmış  və müəyyən 
dərəcədə bu gün də davam etməkdədir. Qeyd olunan də-
yişikliklərin hər biri müstəqil surətdə yox, biri-birini şərt-
ləndirməklə baş vermişdir. Belə ki, sənayedə elmi-texniki 
tərəqqi kapitalist münasibətlərinin meydana çıxmasına, bu isə
 


 29
feodal qalıqlarına (dövlət hakimiyyətinin inhisarçılığına) qarşı 
burjua-demokratik hərəkatlarının, sinfi istismarçılığa qarşı isə 
fəhlə (sosialist) hərəkatlarının yaranmasına səbəb olmuşdur.
 
Eyni zamanda ETT-nin və kapitalın hakim mövqeyə keçməsi 
kapitalistləşən imperiyalar daxilində milli ayrıseçkiliyin, 
həmçinin onların işğalçılıq və müstəmləkəçilik siyasətinin 
güclənməsinə  səbəb olmuşdur. Bu zaman müstəmləkədə olan 
xalqların öz varlığını, nisbətən geridə qalmış dövlətlərin isə öz 
müstəqilliklərini itirilmək təhlükəsi artmışdır. Həmin xalqların 
milli varlıqlarını itirmək təhlükəsinin yaranmasına ETT və 
təhsilin inkişafı da birbaşa təsir göstərmişdir. Belə bir şəraitdə 
inkişafa nail olmaq üçün qeyd olunan xalqlarda və dövlətlərdə 
maarifçilik, milli azadlıq və milli dövlət ideyaları, milli 
təmayüllü siyasi hərəkatlar və ideologiyalar meydana çıx-
mışdır. Həmin hərəkatların fəaliyyəti nəticəsində  tədricən 
imperiyaların zəifləməsi və parçalanması, milli dövlətlərin for-
malaşması prosesi başlamışdır.  
Onu da deyək ki, milli azadlıq və milli dövlət ideyaları 
qeyd olunan bu mürəkkəb tarixi dövrdə formalaşan aparıcı 
ideologiyalar (liberalizm və sosializm ), o cümlədən burjua-
demokratik və sosialist hərəkatları  tərəfindən bu və ya digər 
formada (ikincidərəcəli olsa da) qəbul edilmiş ideyalar 
olduğundan milli hərəkatlar bir çox hallarda öncə burjua-
demokratik və ya sosialist hərəkatlarının daxilində formalaş-
mış, sonradan onlardan ayrılaraq müstəqil hərəkatlara 
çevrilmişdir. Belə ki, milli problemləri daha öncə  həll etmək 
istəyən qüvvələrin ayrıca hərəkat – milli azadlıq hərəkatı yarat-
ması  zərurəti yaranmışdır. Tarixdə ilk burjua inqilabı olan 
Niderland burjua inqilabı demokratik və  mıilli azadlıq 
ideyalarını daşımışdır. 
Beləliklə, bu dövrdə bir tərəfdən liberal (azadlıqçı) 
ideyaların inkişafı, digər tərəfdən də kapitalistləşən im-
periyaların işğalçılıq və müstəmləkəçilik siyasətinin güc-
lənməsi, eyni zamanda ETT-nin və  təhsilin inkişafının 
dövləti olmayan xalqların milli varlığını itirmək təhlükəsini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə