Microsoft Word esh mitci doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/94
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32459
1   ...   86   87   88   89   90   91   92   93   94

 273
inkişaf etdirmək və hər bir millətin rifahını və inkişafını  təmin 
edəcək müstəqil, güclü və inkişaf etmiş milli dövlət qurmaqdır.  
Tarixi təcrübə göstərir ki, milli problemləri həll etmədən 
digər problemlərin həllindən və  ədalətli cəmiyyət quruculu-
ğundan danışmaq yersizdir. Bu gün türk xalqlarının, o cümlə-
dən Azərbaycan türklərinin kifayət qədər milli problemləri var 
və ilk növbədə bu problemlər həll olunmalıdır. Ona görə  də 
çağdaş dövrümüzdə inkişafımız üçün məhz milli ideologiya 
prinsiplərini qəbul etmək məqsədəuyğundur.  
3. Bir milli ideologiya kimi türk millətçiliyinin formalaş-
ması XIX əsrdən başlamış, inkişaf etmiş və bu gün də inkişaf 
etməkdədir. Bu ideologiyanın ilkin təməlləri hələ XIX əsrin 
əvvəllərində  Qərbi nümunə götürməklə  elm, texnika, hərb, 
hüquq və b. sahələrdə islahatçılıq ideyaları ilə qoyulmuş, 
sonradan  maarifçilik ideyaları  ilə,  həmçinin  burjua-de-
mokratik (liberal)  sosialist ideyalarından  yararlanmaqla 
formalaşmağa başlamış, daha sonra imperializmə  və müs-
təmləkəçiliyə  qarşı milli azadlıq, milli birlik (müsəlman 
birliyi və türk birliyi) ideyaları ilə inkişaf etmiışdir. Nəticədə 
milli və milli-azadlıq hərəkatları formalaşmış, müstəqil türk 
cümhuriyyətləri yaranmış,  milli dəyərlərə söykənən dövlət 
(milli dövlət) quruculuğu ideyaları ilə bu ideologiyanın 
inkişafı davam etmişdir. Türk xalqlarında milli azadlıq 
hərəkatları, milli dövlət quruculuğu və milli birlik (türk 
birliyi) ideyaları bu gün də mövcuddur və inkişaf etməkdədir. 
4. Türk millətçiliyinin formalaşdığı dövrdən onun 
təməlində dayanan üçlü ideoloji sistemin (Türklük, Müasirlik, 
İslam) mahiyyətini çağdaş dövrümüz üçün aşağıdakı kimi izah 
etmək olar: 
Türklük – türk milli varlığını qorumaq, yaşatmaq və yük-
səltməyi, milli şüura və milli dövlətə sahib olmağı əks etdirir. 
Burada millətlərin bərabərliyi, o cümlədən başqa millətlərin 
milli haqlarına toxunmamaq zəruri şərtdir. 


 274
Müasirlik (çağdaşlıq) – elmi-texniki tərəqqi, iqtisadi in-
kişaf, hüquqi-demokratik və dünyəvi dövlət quruculuğunu əks 
etdirir. 
İslam – türk millətinin əsrlərdən bəri qəbul etdiyi və şüu-
runda yaşatdığı islam dininin dəyərlərini qoruyub-yaşatmaq və 
yüksəltməyi  əks etdirir. Lakin bu prinsipdə dini təmayüllü 
dövlət qurmaq nəzərdə tutulmur. Əksinə, dini dövlət qurmağın 
(dini ehkamların qanunla məcburiləşdirilməsinin) dinin əsl 
mahiyyətinə zidd olduğu qəbul olunur.  
5. Millət anlayışına siyasi və etnik-siyasi birlik forması 
kimi yanaşmaq ziddiyyətli olduğundan bu anlayışa məhz etnik 
birlik forması kimi yanaşmaq daha məqsədəuyğundur. Eyni 
zamanda milli varlığı (millətlərin varlığını) fərdi yox, “ictimai 
(toplumsal) iradə”nin məhsulu olan mənəvi dəyərlər müəyyən 
edir. Bu dəyərlərə dil, folklor və tarix aiddir. Həmin dəyərləri 
ümumi  şəkildə milli mənəvi dəyərlər (MMD) adlandırmaq 
məqsədəuyğundur.  
6. Hazirkı dövrdə ölkəmizdə MMD-in qorunub 
yaşadılması  və yüksəldilməsi, milli şüurun inkişaf etdirilməsi 
və milli hədəflərə çatmaq istiqamətində milli siyasətin 
aparılmasına böyük ehtiyac var. Burada ana dilimizin 
mövqeyinin gücləndirilməsi, həqiqi tariximizin üzə çıxarılması 
istiqamətində son illər aparılmış çox dəyərli tədqiqatların 
nəticələrinin dərsliklərdə  nəzərə alınması  və  həmin tədqi-
qatların davam etdirilməsinə  dəstək verilməsi,  Azərbaycanın 
və türk dünyasının bütövlüyü ideyalarının təbliği, türk 
dünyasının inteqrasiyası üçün hər cür şəraitin yaradılması, 
Güney Azərbaycanın azadlığı  və  vətənimizin bütövlüyü 
uğrunda mübarizə aparan təşkilatlara maddi və  mənəvi 
dəstəyin verilməsi xüsusi önəm daşıyır. Eyni zamanda MMD-
imizdən xalq ədəbiyyatımızın məzmunca araşdırılmasında,  
adət-ənənələrimizin məhz ictimai əhəmiyyəti məsələsinin 
tədqiqində  və  təbliğində olan geriliyin aradan qaldırılması, 
milli ailə  dəyərlərimizə qarşı yönəlmiş bir çox proseslərin 
qarşısının alınması, unudulmaqda olan bəzi folklor nümu-


 275
nələrinin toplanması, tədqiqi və təbliği milli siyasətimizın əsas 
məsələlərindəndir. 
7.  İqtisadiyyat sahəsində  qəbul edilmiş sosial yönümlü 
bazar iqtisadi sisteminin formalaşdırılması, qeyri-neft sektoru-
nun, o cümlədən elm tutumlu milli sənayenin inkişafı, 
alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, 
inhisarçılığın qarşısının alınması  və azad rəqabətin təmin 
edilməsi  prioritet məsələlərdəndir.     
   8.  Dövlət quruculuğunda hüquqi dövlət və demokratiya 
prinsiplərinin bərqərar edilməsi, dövlət qanunlarında MMD-
imizin nəzərə alınması, milli və dini ənənələrə münasibətdə 
həm məcburiyyət, həm də qadağalardan mümkün qədər uzaq 
olmaq, dini məsələlərə münasibətdə  təriqət ayrıseçkiliyindən  
və xurafatdan kənar elmi yanaşmaya üstünlük vermək 
inkişafımız üçün vacib şərtlərdəndir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 276
Ədəbiyyat siyahısı 
 
Ümümi ideoloji ədəbiyyat: 
 
1.1.
 
Abbasov Aydın, Milli dövlətçilik məfkurəsi və layiqlik (genezis və 
təkamül). Bakı-2002. 
1.2.
 
Adsız H. N., Türk ülküsü. İstanbul-1990. 
1.3.
 
Ağaoğlu Əhməd bəy, İran və inqilabı. Bakı-2009. 
1.4.
 
Ağaoğlu Əhməd bəy, Seçilmiş əsərləri. Bakı-2007. 
1.5.
 
Ağaoğlu Əhməd bəy, Sərbəst insanlar ölkəsində. Bakı-2001. 
1.6.
 
Ağaoğlu Əhməd bəy, Üç mədəniyyət. Bakı-2006. 
1.7.
 
Ağayev İbrahim, Müasir şəraitdə Azərbaycanda milli-etnik 
proseslər. Red. Q. Cavadov, Ə.Tağıyev. Bakı-2006. 
1.8.
 
Ağayev Müstəqil, Məmməd Əmin Rəsulzadə (ictimai-siyasi və fəlsəfi 
görüşləri). Monoqrafiya. Bakı-2006. 
1.9.
 
Akçura Yusif, Türkçülüyün tarixi. Bakı-2006.  
1.10.
 
Azərbaycan Xalq Cəbhəsinin Məramnamə və Nizamnaməsi. Bakı-
1992. 
1.11.
 
Azərtürk Tariyel, Əlizadə Üzeyir, XXI əsr və bütöv Azərbaycan. 
Bakı-2001. 
1.12.
 
Baykara Hüseyn, Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı-1992. 
1.13.
 
Bütöv Azərbaycan Birliyinin Məramnaməsi (13.05.2000). Bakı-
2004. 
1.14.
 
Çəmənzəminli Y. V., Xarici siyasətimiz. Bakı-1993. 
1.15.
 
Çəmənzəminli Y. V., Müstəqilliyimizi istəyiriksə. Bakı-1994 
1.16.
 
Dahl Robert, Demokratiya haqqında. Tərt. H.Hacızadə. Bakı-2004. 
1.17.
 
Demokratiya, gediləsi uzun bir yol. Demokratiya və antidemokratiya 
antologiyası. E.ə. 430 – b.e. 1998. Tərt. H.Hacızadə, tərc. A.Nağı və b. 
Bakı-2002.  
1.18.
 
Elçibəy Əbülfəz, Bu mənim taleyimdir. Bakı-1992. 
1.19.
 
Elçibəy Əbülfəz, Bütöv Azərbaycan yolunda. Bakı-2004. 
1.20.
 
Elçibəy Əbülfəz, Deyirdim ki, bu quruluş dağılacaq. Bakı-1992.   
1.21.
 
Əhmədov Əhmədağa, İslamın əsasları. Bakı-1996. 
1.22.
 
Ələkbərov Faiq, Məmməd Əmin Rəsulzadənin dünyagörüşü. Bakı-
2007. 
1.23.
 
Ələkbərov Faiq, Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış 
(monoqrafiya). Bakı-2011. 
1.24.
 
Əlizadə Zərdüşt, Müasir sosial-demokratiya. Bakı-1997. 
1.25.
 
Əzizoğlu Həzən, Türklüyümüz. Bakı-2007. 
1.26.
 
Göyalp Ziya, Türkçülüyün əsasları. Bakı-1991. 
1.27.
 
Hayek Fridrix, Hüquq, qanunvericilik və azadlıq. 3 cilddə. Bakı-
2002. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə