Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə1/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
  1   2   3   4   5   6   7   8   9   ...   48




 
 
 
ƏŞRƏF HÜMMƏTOV 
 
 
 
 
 
 
 
 
 
UĞURLAR  
TƏSADÜFİ DEYİL
  
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2017  



 
 
Redaktor:  
Malik Rəcəb (Qurbanov) 
 
Operator:  
Günay Əlizadə 
 
Korrektor:   Höküməxanım Dadaşova 
 
 
 
 
 
 
Əşrəf Hümmətov.  
Uğurlar təsadüfi deyil. Bakı, “Elm və təhsil”, 2017, 220 səh.   
 
Kitabda “Heydər Əliyev müasir Azərbaycan dövlətinin 
qurucusudur” (Gülnaz Abdullayeva) və “Prezident İlham 
Əliyevin Füzuli rayonuna bir günlük səfəri” (Şərafət Hacıyeva) 
məqalələrindən sonar müəllifin aprel 2016-yanvar 2017-ci il 
aralığında “Təhsil problemləri” qəzetində dərc edilmiş məqalə-
ləri toplanıb. Müəllif müəllimlərin pedaqoji fəaliyyətindən 
söhbət açmaqla onları oxuculara tanıdır. Məktəblərdə keçirilən 
tədbirlərdən hazırladığı məqalələri ilə oxucuya xeyli bilik 
verir. Şagird və məzunların uğurlarını diqqətə çatdırır. Yeni 
kitablardan bəhs edir. 
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
 
2017
098
087
4603000000


N
 qrifli nəşr 
 
© Əşrəf Hümmətov, 2017 
 
© “Elm və təhsil”, 2017 



 
HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN 
DÖVLƏTİNİN QURUCUSUDUR 
 
zərbaycan dövlətinin 
müstəqilliyi xalqımı-
zın milli-mənəvi sərvətidir. Xal-
qımızın əsrlər boyu arzuladığı 
milli müstəqillik ötən əsrdə iki 
dəfə elan edilib. 1918-ci il ma-
yın 28-də və 1991-ci il oktyab-
rın 18-də. Məlum olduğu kimi, 
ilk müstəqilliyimiz uzun sürmə-
yib. Azərbaycan Xalq Cümhu-
riyyəti cəmi 23 ay fəaliyyət gös-
tərib. 1920-ci ilin aprelində isə 
Azərbaycan yenidən işğal olu-
nub, ayın 28-də süquta yetib, 
əsarət altına düşüb. Xalqımız 
uzun illər sovet imperiya rejimi şəraitində yaşasa da, öz 
müstəqilliyini bərpa etmək istəyindən dönməyib. 1988-1990-cı 
illərdə keçmiş SSRİ məkanında vüsət alan milli azadlıq 
hərəkatında Azərbaycan xalqı öndə gedib, hər cür sınaqlardan, 
çətinliklərdən keçərək yenidən müstəqil Azərbaycan dövləti 
qurmağa nail olub.  
Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də “Azərbay-
can Respublikasının dövlət müstəqilliyi haqqında” konstitusiya 
aktı qəbul edildi. Lakin müstəqil Azərbaycan dövləti erməni 
təcavüzü ilə, ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinlik-
lərlə, milli qarşıdurma ilə üzləşdi. 1993-cü ildə vəziyyət daha da 
gərginləşdi. Əlbəttə, tarixin təkrarlanmaması üçün xalqın iradə-
sini ali məqsədə yönəltməyi bacaran, yüksək nüfuza malik bir 
şəxsiyyətin hakimiyyətə gəlməsi, onun ətrafında ümumxalq bir-
liyinin yaradılması son dərəcə zəruri idi. Xalq yaxşı dərk edirdi 




ki, belə bir şəxsiyyət yalnız və yalnız Heydər Əlirza oğlu 
Əliyevdir. 
1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi 
ilə Naxçıvandan Bakıya gəldi və Azərbaycan dövlətinin ağır 
dövründə iyunun 15-də Ali Sovetin sədri seçildi. Azərbaycan 
rəhbərliyinə qayıtdı. Bu əslində Heydər Əliyevin müstəqil Azər-
baycan respublikasını məhv olmaqdan, milli azadlığını itirmək-
dən xilas etmək kimi şərəfli tarixi missiyanı öz üzərinə 
götürmək demək idi.  
Heydər Əliyevin özü bu barədə deyirdi: “1993-cü ilin 
iyun ayında Azərbaycan dəhşətli bir fəlakət qarşısında idi. Bəlkə 
də kənarda olan adamlar bunun dərinliyini, təhlükəsini o qədər 
də bilmirdilər. Ancaq mən Bakıya gələndən, bu məsələləri bir 
neçə gün təhlil edəndən sonra respublikamızın, xalqımızın nə 
qədər böyük uçurum, fəlakət qarşısında olduğunu dərk etdim. 
Yalnız və yalnız buna görə mən respublika Ali Sovetinin sədri 
vəzifəsinə seçilməyimə razılıq verdim”. 
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə 
ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, 
beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslarla, beynəlxalq 
norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğuna 
başlandı. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması ölkəyə 
sabitlik gətirdi və hərtərəfli inkişaf yollarını açdı ki, bu da 
Heydər Əliyevin tarixi xidmətlərindən biridir.  
Azərbaycan dövlətinin neft strategiyasının işlənib hazırlan-
ması və ardıcıl sürətdə həyata keçirilməsi ölkəmizin əldə etdiyi 
nailiyyətlərin ən əsasıdır. Bu sahədə, məlum olduğu kimi, bir 
çox faydalı sazişlər imzalanıb. Müstəqil neft strategiyasının 
həyata keçirilməsi vasitəsilə Azərbaycan dünyanın bir çox 
ölkələrinin diqqətini, marağını özünə cəlb edib. Azərbaycan neft 
strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün əlverişli şərait 
yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə qarşılıqlı faydalı 
əlaqələr qurmağa imkan verib. Bakı-Tbilisi-Ceyhan Əsas İxrac 
Boru Kəmərinin təməlinin qoyulması bu sahədə uğurlu addım-



lardan biridir. Ümumiyyətlə, Azərbaycanın neft strategiyası və 
bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəinki mühüm 
sosial-iqtisadi, həm də böyük siyasi əhəmiyyət daşıyır. Bu da 
Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artmasına və 
dövlət müstəqilliyinin möhləmlənməsi işinə xidmət edir.  
1995-ci ilin noyabrın 12-də müstəqil respublikamızın ilk 
Konstitusiyası qəbul olunub və müstəqillik tariximizdə ilk 
parlament seçkiləri keçirilib. Müstəqil Azərbaycan Konstitusiya-
sı ölkəmizdə yeni dövlət quruculuğu üçün dövlət fəaliyyətinin 
və cəmiyyətin inkişafının gələcək modeli üçün hüquqi əsas yara-
dıb. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun 
əbədi, dönməz xarakter alması baxımından tariximizin ən 
məhsuldar dövrünün təməli qoyulub.  
Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının 
tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müs-
təqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas 
vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, 
ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və 
yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf 
etməsinə həsr edəcəyəm.  
Azərbaycan Respublikası bundan sonra da onun başına nə 
gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir 
dövlətin əsarəti altına düşməyəcək”. 
Heydər Əliyevin vətən, xalq qarşısındakı müstəsna xidmə-
tləri bir ümandır, saya-hesaba gəlməz. Ulu Öndərin hərtərəfli 
fəaliyyəti, dünya miqyaslı siyasətçi kimi şöhrət tapması neçə-
neçə görkəmli dövlət xadimləri tərəfindən dəfələrlə etiraf edilib. 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: - Heydər 
Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və 
dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və 
dünya tarixində şərəfli yer tutmuşdur.  
ABŞ-ın keçmiş prezidenti Corc Buş: - Heydər Əliyev 
Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuş-
dur. Onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə