Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.

səhifə1/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   88


 

 

ƏŞRƏF VEYSƏLLİ 

 

 

 

 

 

 

 

 

 

 

 

QARŞIMA SİZ ÇIXIN 

 

 

                    

 

 

 

 

 

 

Sumqayıt -2015 


 

 

2



 

 

Redaktor: Şahin Şəfiyev 

 

Kompyuter tərtibçisi: Əfsanə Kərimova 

 

Ə.Veysəlli “Qarşıma siz çıxın” 

 

 

Сумгайыт, “Азяри” няшриййаты. 2015, 432 сящифя  



 

 

 Əməkdar Mədəniyyət İşçisi, şair-publisist Əşrəf Veysəllinin 



”Qarşıma siz çıxın” kitabında onun müxtəlif illərdə  qələmə 

aldığı Vətən həsrətli publisist yazıları, xatirə oçerkləri, dünya-

sını vaxtsız dəyişən dostları haqqında ürək sözləri,  şairin 

yaradıcılığına həsr olunmuş yazılar, müəllifin  yeni şeirləri və 

bundan əvvəlki kitablarından nümunələr  toplanmışdır. 

 

İnanırıq ki, Əşrəf Veysəllinin bu kitabı da oxucuların 

ürəyincə olacaqdır. 

 

 



 

 

 

 

M



D

09

470



420

525000




 



deyis

 

 

 

“Azəri” nəşriyyatı, 2015 

 

 




 

 

3



ÜNVAN: SUMQAYIT 

(İxtisarla) 

 

Bu yazıda müəllifin məqsədi Sumqayıt ədəbi mühiti haqqın-



da tam təəssürat yaratmaq deyil. Amma məqsədimiz Sumqa-

yıtda yaşayan  şairlərin yaradıcılığı fonunda sözdən,  şeirdən, 

poeziyadan söhbət açmaqdır.... 

Beləliklə... 

Birincisi! Ondan başlayaq ki, Sumqayıt  ədəbi mühitində 

kifayət qədər tanınmış  qələm sahibləri var, burada müxtəlif 

ədəbi nəsillər fəaliyyət göstərir. Müasir Azərbaycan poeziya-

sının durumunu və deyərdik, hətta inkişaf səviyyəsini izləmək 

üçün Sumqayıtda yaşayan şairlərin yaradıcılığı qismən də olsa, 

müəyyən təsəvvür yarada bilər. Böyük ədəbi mühitdə olduğu 

kimi, burada da yaşı  əllini, altmışı, hətta yetmişi keçib qrafo-

man səviyyəsində qalan, yaxud poeziyaya istedadının tələbiylə 

deyil, ötəri həvəs və “mən də şairəm” iddiasıyla gələn cavanlar 

da az deyil. Odur ki, şeirə, ədəbiyyata qətiyyən dəxli olmayan 

bu cızmaqaraçıların yazdıqlarına münasibət bildirməyəciyik. 

Füzuli Sabiroğlu bir şeirdə yazır: “Ölü, yarımcan sözlər yağır 

yer üzünə, Üzərində kədər, təbəssüm, əzab, qəzəb. Söz cəsədiy-

lə doludu şəhərlər, kəndlər, qəzetlər, parlamentlər”. 

Elə isə, gəlin, əsl şeirdən, poeziya nümunələrindən söz açaq. 

Öncə Əşrəf  Veysəllinin şeirlərindən başlayaq. 

Əşrəf Veysəlli  ədəbiyyata altmışıncı illərdə  gəlib. Onu 

müəyyən mənada “altmışıncılar” poetik nəslinin nümayəndəsi 

saymaq olar. Ancaq kifayət qədər təbliğ olunmayıb, ədəbi tən-

qidin nəzərindən uzaq düşüb. Buna baxmayaraq, Əşrəf Veysəlli 

istedadlı bir şair kimi tanınır və sevilir. Hazırda o, Sumqayıt 

ədəbi mühitinin şəriksiz ağsaqqalıdır. 

Əşrəfin “Ürəyim Allah evidir” sonuncu şeirlər kitabı keçən il 

işıq üzü görüb və bu kitabda onun əlli illik yaradıcılığından 

seçmə nümunələr toplanıb. Əşrəfin bu əlli ildə keçdiyi poeziya 



 

 

4



yolunu, ildən-ilə, hətta  şeirdən-şeirə inkişafını izləmək üçün 

həmin kitab ən etibarlı mənbədir. Onun “Söz” şeiri, bizcə, keç-

diyi sənət yolunun necə  çətin, amma şərəfli olduğunu sübut 

edir. 


 

 

Bir köhlənin arxasınca köks ötürürəm, 

Hələ əlim yetişməyib yüyənə kimi. 

Kirpiyimlə ocaq çatıb, od götürürəm. 

Deyilməli bir kəlməni deyənə kimi. 

 

Qələmimdir ürəyimi anlayan, duyan, 

Ürəyim də qələmimi səyirdir, çapır. 

Sözdür mənim gözlərimə süzülən ziya

Sözdür mənim taleyimə açılan qapı... 

 

Əşrəfin  şeirində deyildiyi kimi, “kirpiyiylə ocaq çatıb, od 

götürməyi” təsadüfi deyil və doğrudan da o, əlli ildir ki, sözün 

əzabına dözə-dözə yazır. Əşrəfin şeir yolu ənənəvidir. Bu ənə-

nəvi yolda onun bir müəllim kimi qəbul etdiyi və  təsirləndiyi 

şairlər var: B.Vahabzadə, X.Rza Ulutürk, M.Araz, Qabil, 

H.Arif, S.Tahir. Amma təbii ki, Əşrəf Veysəlli elə ilk şeirlə-

rindən özü olmağa çalışıb, fərdi poetik deyim tərzi ilə seçilməyə 

can atıb. Məsələn, şairlərimizin əksəriyyəti Qarabağın füsünkar 

təbiətindən, özünəməxsus gözəlliklərindən söz açıblar, amma 

Əşrəfin şeirlərində elə məxsusi detallar, cizgilər var ki, bunları 

heç digər şairlərdə tapa bilməzsən: 

 

Hər bulaq başında, çay kənarında 

Fışqırdı lalələr indi qan kimi. 

Ağardı saçları alçaların da, 

Qısqanc təbiətli bir eşq oğlunun 

Saçı bir gecədə ağaran kimi. 

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   88


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə