Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə14/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

 

 

76



SAXLAMA 

 

Doğma torpaqların yadın əlində, 



Ürəyin əsirdi çatın əlində. 

Bilirdim-qalacaq çatın əlində, 

Özgə buzovunu dedim-saxlama. 

 

Mənimi çağırdın, mənimi, yetim? 



Qoy gedim üyüdüm dənimi, yetim. 

Çörək verənlərin qənimi yetim, 

Ay yetim, demədim?- yetim saxlama. 

 

Marıqda dayanıb izləyənim var, 



Bir yeyənim yoxsa,yüz deyənim var. 

Əşrəfəm, yolumu gözləyənim var, 

Sən Allah qoy çıxıb gedim, saxlama. 

 

*** 



1995 

 

FƏXRİ ADIM 



 

Sən ey ələdüşməz əldən getmişim, 

Mənim yetişmişim, mənim yetmişim. 

Odlu gülüşlərə, şux baxışlara, 

Gizli görüşlərə qənim yetmişim. 

 

Yarım işğaldadır, yarım vətəndə, 



Görün görünürmü  yerim vətəndə. 

Daha səbrim çatmaz səbrə mənim də,  

Bu həsrət getsinmi qəbrə mənimlə?! 

 

 




 

 

77



Olur hər müşkülün öz həlli, adım  

Yoxmu bu dərdlərin bəs həlli, adım?! 

Mənim fəxri adım-Veysəlli adım, 

Mənim öz özümə təsəlli adım. 

 

*** 


2008 

 

O ŞİR BİLƏKLƏRƏ QANDAL YARAŞMIR 

 

Yerləri səhv düşüb xeyirlə şərin, 

Doğrunu yalandan seçmək çətindir

Kəsilən başların, çıxan gözlərin 

İntiqam hissindən qaçmaq çətindir. 

 

Son sözü söykəndi haqqa, vicdana 



Yalnız ədalətdən dayaq istədi. 

Bir Türk cəngavəri düşüb zindana, 

Bütün Türk dünyası ayaq üstədi. 

 

Bükülməz qaməti, sınmaz vüqarı, 



Nə olsun, dörd yanı dəmir hasardı. 

Uca bayrağımı alçaldanların  

Cəzası ölümdür, yeri məzardır... 

 

Petefi



*

 sağ olsa tapar yerini  

Yeriyib alnından öpərdi onun. 

Bir dəstə gül kimi şeirlərini  

Başının üstünə səpərdi onun. 

 

Ürəyi çırpınıb düşər məhbəsə  



Xəyalı göylərdə uçan şairin. 

Macar məhkəməsi həbs edən kəsə 

Bəraət verərdi Macar şairi... 



 

 

78



Elləri sarsıdar bu ağrı, acı, 

Bu yurda dərd, kədər, məlal yaraşmır. 

Onun qollarından qandalı açın, 

O şir biləklərə qandal yaraşmır!... 

 

*** 


*Şandor Petefi-Macar şairi 

2007  

 

BİR SÖZ DEDİM QƏRİB ELDƏ 

(QÜRBƏT YAZILARI) 

 



 

Qürbət eldə yeyilən  

Çörək də cana yatmır. 

Heç sinədə döyünən  

Ürək də cana yatmır. 

 

Taleyindən, bəxtindən  



Kimsə razı olmayır. 

Yeyilən xörəyin də 

Dadı-duzu olmayır. 

 

Qürbətin günəşiylə 



İsinmək çətin olur. 

Qürbətdə sazın, sözün 

Başqa ləzzəti olur. 

 

*** 



2007 

 

 


 

 

79



II 

 

Zamanın gərdişi,vaxtın qələmi  



Yazdı qismətimə yenə qürbəti. 

Bir muğam dəstgahı, bir saz havası 

Gətirdi imana, dinə qürbəti. 

 

Yaşıl meşələrdə yanğın başladı, 



Yandı yuvaları perik quşların.    

Üç məsum körpənin qız baxışları 

Qoymadı köksümə sinə qürbəti. 

 

Gəzib dolaşdılar gözü-könlü tox, 



Ömrün ləzzətini daddılar az –çox... 

Qərib olsalar da görmədilər, yox 

Baba qəribliyi, nənə qürbəti. 

 

Nə var bu dünyada Vətəndən əziz 



Ona sevgimiz də sonsuz bir dəniz. 

Vətən övladları! 

Var olun ki, siz  

Vətən eylədiniz mənə qürbəti. 



 

III 

 

Oğlanlarım qərib oldu   



Özüm düşdüm qəribliyə. 

Mən Vətəndə bir qəriblik  

Sezib, düşdüm qəribliyə. 

 

Həsrət gəlib tapdı məni, 



Soydu məni, çapdı məni. 

Nəvələrim öpdü məni, 

Gözüm düşdü qəribliyə. 



 

 

80



İlhamını alıb eldən, 

Könlüm uçub qalıb eldə. 

Bir söz dedim qərib eldə, 

Sözüm düşdü qəribliyə. 

 

*** 


2007 

IV 

 

Bel büküldü, saç ağardı çox erkən, 

Əvəzində   cəza verdi qəriblik. 

Nə yaxşı ki öz ömrünü gecələr  

Sözə verdi, saza verdi qəriblik. 

 

Sızladıqca könlümüzün simləri, 



Uçub getdi çox həvəsin dəmləri. 

Üstümüzə qoşun çəkən qəmlərin 

Əllərinə nizə verdi qəriblik. 

 

İlk baxışdan anlamadıq nə dedi, 



Əl eyləyib , qucaq açıb  “gəl” –dedi. 

Ay Əşrəf, nə istədik, “hə”- dedi, 

Ağzımızı boza verdi qəriblik.  

 



 

Gündüzlərin qayğısından yorulur, 

Sazın olur, sözün olur gecələr. 

Xəyalımız nəğmələrdə durulur, 

Nağıl kimi həzin olur gecələr. 

 

Yad ellərdə doğmalardan söz düşür, 



Ürəklərə alov düşür, köz düşür. 


 

 

81



Nə zaman ki ortalığa saz düşür  

Bütün dünya bizim olur gecələr. 

 

Çıxmaq olmur bu taleyin əmrindən , 



Qaçmaq olmur cəfasından, cövründən. 

Qərib eldə bir qəribin ömründən  

Uzun olur, uzun olur gecələr. 

 

QAĞA 

 

Yaman yerdə axşamladıq, 

Ol halımdan halı, qağa. 

Belə getsə qəribliyin 

Çıxacaqdır “bal”ı , qağa. 

 

Həsrət qılıncını çəkir, 



Nə çəkirsə başım çəkir. 

Üstümüzə qoşun çəkir 

Dərənin çaqqalı, qağa. 

 

Qar ələnir narın-narın, 



Batırıq içində tarın. 

Söylə görüm, oraların  

Necədir əhvalı, qağa. 

 

Ağ eləmə sən olanı, 



Gizlətmə eldən, olanı. 

Ağsaqqalı mən olanın 

Ağarmaz saqqalı, qağa. 

 

*** 



2011 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə