Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx


Nəğmə boxçasına döndü bağ, bərə



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə2/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   2   3   4   5   6   7   8   9   ...   88

 

 

5



Nəğmə boxçasına döndü bağ, bərə, 

Şaxtanın qılıncı qına çəkildi. 

Qoynu əfsanəli daş tarixlərə 

Kəklik ayağından xına çəkildi. 

 

Qalxdı göbələk tək yerdən çadırlar, 

Ay düşdü üstünə, oldu süd kimi. 

Meşə dənizində yelkən çadırlar 

Sanki göydən düşdü paraşüt kimi. 

 

“Nəğməli dağlar” adlanan bu şeir axıracan bu sayaq poetik 

təsvirlə, orijinal bənzətmələrlə doludur. Əşrəfin bu şeiri çoxdan 

yazdığını güman edirik və onun kitabında belə nümunələrin 

sayı az deyil. Onun şeirləri bizdə belə bir qəti inam oyatdı ki, 

ənənəvi şeirlərin potensial imkanları heç də tükənməyib. Əşrəf 

kimi şairlər üçün dəfələrlə müraciət olunan mövzularda təzə söz 

demək və yaxud “köhnə havalar” da təzə notlar səsləndirmək və 

ən başlıcası, həmişə öz şair stixiyasına sadiq qalmaq təbii sayıl-

malıdır. Bu, istedadlı bir insanın daim axtarışlara, təzə söz 

deməyə can atdığının dəlil-sübutudur.  

Vaxtilə  şairləri mənsub olduqları xalqın  şeir dili-tərcümanı 

adlandırırdılar. Bu fikir heç də köhnəlməyib və o mənada özünü 

doğruldur ki, şairin şeirlərində xalqın duyğu və düşüncələri öz 

əksini tapsın, xalq ruhu öz bütün əlamətləri ilə o şeirlərdə inikas 

olunsun. Əşrəf Veysəllinin bir çox şeirləri də bu mənada təqdir 

olunmalıdır. Onun şeirlərində bir Azərbaycan türkünün son iyir-

mi ildə keçirdiyi hiss, həyəcanlarının poetik ifadəsini görürük. 

Füzulinin Veysəlli kəndindən Bakıya, ali təhsil almağa yolla-

nanda Əşrəf iyirmi yaşını yenicə adlamışdı. Ali təhsil illərindən 

sonra həyatını büsbütün Sumqayıtla bağlayan Ə.Veysəlli üçün o 

zaman Veysəlli həsrəti ani idi, istəyəndə gedib öz doğma kən-

dini görə bilirdi. Amma indi nəinki Veysəlli, bir vaxt şeirlərində 



 

 

6



gözəlliklərini vəsf etdiyi Şuşa, Tərtər çayı, Ərgünəş də ürəyində 

həsrət dağına dönüb. 



 

Gözəl Qarabağın acı həsrəti, 

Ömrümü talayır, könlümü didir. 

Orda uşaqlığım əsirlikdədir, 

Burda qocalığım xəcalət çəkir. 

 

 Ə.Veysəllinin bir qarabağlı kimi keçirdiyi mənəvi  əzabları 

anlayırıq. Ona görə  də  şəxsən onu qınamaq olmaz ki, niyə 

Veysəlliyə gedə bilmədiyini özünə  dərd edir. “Qayabulağ”ın 

yad  əllərdə olmağına dözmür, “qaçqın” sözündən acığı  gəldi-

yini gizlətmir. Bunu qarabağlı da ürəyindən keçirir, qarabağlı 

olmayan da.... bu söhbətə kimsə rəng qatmasın, amma Əşrəfin 

hissləri bizə daha doğma görünür, çünki o torpaqların, o kəhriz-

lərin, o qayaların, o çayların, o meşələrin qoynunda boya-başa 

çatıb. 


Əşrəfin  şeirlərini bir mənada dərdli  şeirlər də adlandırmaq 

olar. O dərd ki, hamımızın dərdidir və bir şair qələmində poezi-

yanın da dərdinə çevrilirsə, bunu şairin uğuru sayırıq. Amma 

hər dərdli, içində kədəri şahə qalxan şeir də poeziyanın dərdinə 

çevrilmir. Burda gərək poetik istedadın gücü, qüvvəsi bilinə. 

Əşrəf “Göynəyir” rədifli qoşmasında Qarabağ  həsrətini təkcə 

bir fərdin dərdi kimi yox, bu həsrəti yaşayan minlərin dərdi 

kimi əks etdirir. 

 

Vətən harayına çatan əsgərin, 

Özünü odlara atan əsgərin

Şəhid məzarında yatan əsgərin 

Bəlkə Xocalıda qıçı göynəyir. 

 

Əlbətdə,  Ə.Veysəllinin  şeirləri barədə söhbəti buradaca 



bitirmək də olardı. Ancaq istəyirik yaşı yetmişi keçmiş bu şairin 


 

 

7



sözə, dilimizə necə  həssas zərgər dəqiqliyi ilə yanaşdığını da 

nəzərə çarpdıraq. Bu çox vacib məsələdir, elə Sumqayıtda yaşa-

yan bir çox şairlər üçün də faydalı olar ki, Əşrəf Veysəllinin 

sözləri şeirə, şeiri poeziyaya çevirmək məharəti ilə tanış olsun-

lar.  Əşrəf, təsvirlərində olduqca dəqiqdir və bu dəqiqlik təkcə 

əşyanı, predmeti olduğu kimi canlandırmağa deyil, daha artıq 

poetik bir tablo yaratmağa xidmət edir. 

 

Bu qız sevda yaşındadır, 



Gülnən, çiçəynən oynayır. 

Eşq havası başındadır, 

Odnan, küləynən oynayır.  

 

Bu şeirdə sevda yaşında bir qızın toyda oynaması təsvir olu-

nur. Söhbət bu sevda yaşında qızın öz oyunuyla ona baxanları 

necə heyran etməsinsən gedir. Amma bu heyranlığın ifadəsində 

bir poetik tabloya köçürüləsi hisslər, duyğular rəsm olunur. 

 

Bu qızı dindirmək olmur, 

Oyununa girmək olmur. 

Ayağını görmək olmur, 

Əlləri göynən oynayır. 

 

Bir o qızdır, bir də bizik, 

Tapşırıbdı dərdə bizi. 

Qurudubdu yerdə bizi, 

Göydə fələynən oynayır

 

Unudulmaz  şair  Əli Kərimin xatirəsinə çoxlu şeirlər həsr 



olunub, bu şeirləri bir araya toplasan, kəmiyyətinə görə 

Ə.Kərimin  şeirlərinin sayı  qədərdir. Təbii ki, içində  ən gözəl 

nümunələr də var. Əşrəf Veysəllinin də dörd şeiri  Ə.Kərimə 

həsr olunub. Amma o şeirlərin biri-altı misralıq  şeir, bizcə öz 




 

 

8



poetik sanbalına görə digər  şeirlərindən daha uğurlu alınıb. 

Şairlər insanın mənəvi gözəlliklərindən söz açanda çox zaman 

onları güllə, çiçəklə, təbiətin digər atributları ilə müqayisə edir-

lər. Adətən, gözəl qızlar utancaqlıqda, zəriflikdə  bənövşə ilə 

müqayisə olunur, amma Ə.Veysəlli  Əli Kərim təvazökarlığını, 

insan kimi zərifliyini təsvir etmək üçün həmin ənənəvi təşbehin 

yönünü dəyişir: 

 

Hamıdan gizliydi kədəri, qəmi  



Asta danışardı, 

xəfif gülərdi. 

Xətrinə dəysələr, 

Bənövşə kimi 

Gedib kol dibində bitə bilərdi.  

 

 

Əşrəf Veysəllidən nümunə  gətiriləsi yazılar çoxdur. Və bu 

şeirləri o şairlər üçün nümunə  gətirmək olar ki, heç olmasa 

Əşrəfin şeirlərini oxuyub nahaq yerə kağız korlamasınlar. 

İllərin müşahidəsi sübut edir ki, istedaddan kəm olanlar heç 

vaxt təvazökarlıq edə bilməzlər, onlar həmişə  məşhur olmaq, 

hər yerdə görünmək arzusuyla alışıb-yanırlar. Amma elələri də 

var ki, istedadlıdırlar, amma... Ədəbi aləmdə çox az görünür, 

mətbuatda nadir hallarda çıxış edir, az qala unudulurlar... 

 

VAQİF YUSİFLİ 



Filologiya Elmləri doktoru

“Azərbaycan”jurnalının baş redaktorunun müavini, 

“Ulduz”jurnalı №-10 2009-cu il 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə