Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə3/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   2   3   4   5   6   7   8   9   ...   88

 

 

9



 

 


 

 

10



 

 

 

 

 


 

 

11



QARŞIMA SİZ ÇIXIN 

 

Qarşıma siz çıxın, siz gülə-gülə

Sizi şən görəndə könlüm şad olur. 

Vallah qohum çıxır yad gələ-gələ, 

Gəlməyə-gəlməyə qohum yad olur. 

 

Sanki əzəmətli dağa dönürəm, 



Şirin danışıram, şirin dinirəm. 

Gül açıb təzədən pöhrələnirəm, 

Həyatım ən gözəl bir həyat olur. 

 

Sizin gücünüzdən güc alıram mən, 



İçimdən boy atıb ucalıram mən. 

Bu balaca daxma, bu balaca dam

Böyüyüb gözümdə kainat olur. 

                                                 

***



 

 

12



ÇIXDI QARŞIMA 

“İnsanlığa şərəf verən Türk millətinin düşməni olmaq  

insanlığa düşmən olmaqdır” 

Fransız  yazıçısı- Alfonse De Lamartin 

 

Ulduz kimi səpələnib hər yana

Hara getdim elim çıxdı qarşıma. 

Baş götürüb zülümlərdən qaçırdım, 

Hər addımda zülüm çıxdı qarşıma. 

 

Araz kəsdi, Xəzər kəsdi yolumu, 



Gömrük kəsdi, hasar kəsdi yolumu. 

Neçə-neçə məzar kəsdi yolumu, 

Öz ayağım, əlim çıxdı qarşıma. 

 

Ədalətin keşiyində dayanan, 



Türkü gördüm üz tutdumsa hayana. 

Günçıxandan, günbatandan o yana, 

Yollaşmayan yolum çıxdı qarşıma. 

 

“Gəlincik”dən “Anapa”ya  yol açdım, 



“Yenisu”dan “Albeni”yə qol açdım. 

Gah Sibirdə, gah Altayda dolaşdım, 

“Bəygöl” kimi gölüm çıxdı qarşıma. 

 

Unudulmuş bucaqlara uçundum, 



Mərhəmətsiz qucaqlara uçundum, 

Söndürülmüş ocaqlara uçundum, 

Öz kösöyüm, külüm çıxdı qarşıma. 

 

Sınaq yolu, dərs yoludu bu yollar



Türkün müqəddəs yoludu bu yollar. 

Əcəl olub, kəs yolumu bu yolda, 

Demərəm ki, ölüm çıxdı qarşıma. 

01.09.2011  



 

 

13



GƏLİR 

 

Elə ki səsimə səs verən olmur, 

Nə harayım gəlir, nə səsim gəlir. 

Ürək soyudumu onun dadına, 

Nə mizrab yetişir, nə də sim gəlir. 

 

Üzümə bağlansa açıq qapılar, 



Əlimdən yapışan bir əl tapılar. 

Eyvanda atlanıb ayaqqabılar, 

Ay Allah, görəsən bizə kim gəlir. 

 

Xəyalım dolanır ümmanlar üstə, 



Ürəyim köklənir tufanlar üstə. 

Bir quş yuva qurur tikanlar üstə, 

Mənim bu yaşımda həvəsim gəlir. 

 

Ömür dedikləri keçib gedəndir



Gözümdə yaşdırsa, saçımda dəndir. 

 

Köksümdə çırpınan  ürək -Vətəndir 



Hələ nə qədər ki, nəfəsim gəlir. 

 

*** 




 

 

14



VERİLİB BİZƏ 

 

Ürək yanmaq üçün, yaşatmaq üçün, 

Coşub-daşmaq üçün verilib bizə. 

Əllər zülmətlərə daş atmaq üçün, 

İşıq  saçmaq  üçün  verilib bizə. 

 

Gərək hər ürəyi duyaq dərindən



Öyrənək müqəddəs diləklərindən. 

Dünyanın “mötəbər” kələklərindən, 

Baş,  

Baş açmaq üçün verilib bizə. 



 

Hər ulduz bəlkə də sirli bir ada, 

Bir gün onlara da  əlimiz çatar. 

Bu güllü-çiçəkli əngin səma da 

Qanad açmaq üçün verilib bizə. 

 

Vətən bizim üçün hava, su, çörək, 



Çopur daşını da qoruyaq gərək. 

Vətəni Bakıdan ta Təbrizədək  

Qollar qucmaq üçün verilib bizə. 

 

Hər dağı, dərəni dolanım, gəzim,  



Süngü qayalarda qanasın dizim. 

Yollar yeriməkçün deyil, əzizim, 

Yollar-uçmaq üçün verilib bizə. 

 

*** 




 

 

15



GƏNCLİK 

 

Əsmək istəyirəm küləklər kimi, 

Çaxmaq istəyirəm şimşəklər kimi. 

 

Bu kiçik sinəmdə ümmanlar yatır, 



Çayların da səsi ürəyimdədir. 

Bu sakit sinəmdə tufanlar yatır, 

Sanki yer kürəsi ürəyimdədir. 

 

Sinəmdən adlayır cığırlar, izlər, 



Orda kamanım var, tarım var mənim. 

Sinəmdə çağlayır çaylar, dənizlər, 

Sinəmdə döyünür bulaqlar mənim. 

 

İstərəm qaranquş xəbərlər kimi 



Dünyanı dolanam, dünyanı gəzəm. 

Gecə yatmağım da canıma yatmır, 

O üzə, bu üzə hey çevrilməsəm. 

 

Araz narahatdır, Kür narahatdır, 



Mənə yaraşarmı heç rahat yatam. 

Bu göy narahatdır, yer narahatdır, 

Bəlkə buna görə mən narahatam! 

 

Gənclik-qələbələr çalmaq deməkdir, 



Gənclik-bir atəşdir, oddur, ocaqdır. 

O elə narahat olmaq deməkdir, 

Sonra dincəlməyə vaxt olacaqdır! 

 

*** 



 1961 

 

 


 

 

16



KİÇİK BİR PLANET 

 

Dənizi əyninə geyib adalar, 

Dalğa 

Fəhlələrin əyinlərində. 



Dalğa 

Buruqların əyinlərində. 

Gör nə bəxtəvərdir estakadalar! 

Sevinc gəzdirirlər, toy gəzdirirlər

Küçə gəzdirirlər çiyinlərində, 

Şəhər gəzdirirlər çiyinlərində. 

Fəhlələr qəribə balıqçılartək 

Dənizin hirsinə tor atıbdılar. 

Dalğalar diz çöküb, əyilsin-deyə, 

Yerimiz bir az da böyüsün -deyə, 

Qasırğa üstündə, tufan üstündə 

Kiçik bir planet yaradıbdılar! 

 

*** 


1970 

 

 

 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə