Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə4/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   2   3   4   5   6   7   8   9   ...   88

 

 

17



QAYĞI 

 

Arzulara, 

            diləklərə 

            qar yağar

Zülmət çökər yollara, 

Günəş 


         əgər 

Öz kəhrəba tellərini 

Yamaclara, yallara 

       qayğı ilə sərməsə. 

Bənövşələr 

       doğulmamış, ölə bilər 

       qasırğadan, çovğundan, 

Yer kürəsi bezib, çıxar oxundan- 

Bizdən qayğı görməsə. 

Qayğıda sel gücü var, 

Qayğıda el gücü var. 

Bir damcı qayğı gərək- 

        gözlərindən 

           baxımsızlıq tökülən 

                çiçəklərə, güllərə. 

Bir damcı qayğı ilə 

Fikir buludlarından 

Leysan yağdırmaq olar 

Gecə-gündüz su deyib  

haray çəkən çöllərə. 

Qayğı-Günəş, 

            qayğı-ürək, 

Qayğının özünə də bir azca qayğı gərək... 

 

*** 



 


 

 

18



BU GÜN 

 

Sözdən söz çıxaran düşmənlərimin 



Bir sözü könlümü taladı bu gün. 

Yaxşı ki didərgin düşənlərimin 

Çoxunun məzarı qaladı bu gün. 

 

Keçdi babaların qanı qanıma- 



Özgələr yol saldı öz bostanıma. 

Bir porsuq dadandı söz bostanıma, 

Çəpərdə bir çaqqal uladı hərdən. 

 

Nə ovlaya bildi, nə keçdi ovdan, 



Sözlər balıq kimi çıxdı tilovdan. 

Keçdi min atəşdən, oddan-alovdan, 

Qəlbimi odlara qaladı hərdən. 

 

Əvvəl eynəyini gözünə taxdı, 



Min yol “ölçdü-biçdi”, 

“düşündü”, “baxdı”. 

Gördü kirpik ilə saldığım bağdı, 

Zəhər tuluğuyla suladı hərdən. 

 

Əkdiyim gülləri naqqaşla çəkdi



Yerində bir topa kəndalaş əkdi. 

Ölsəm də başımdan getməyəcəkdi- 

Məni bir qudurmuş daladı hərdən. 

 

Sözdən söz çıxaran düşmənlərimin 



Bir sözü könlümü taladı bu gün. 

Yaxşı ki didərgin düşənlərimin 

Çoxunun  məzarı qaladı bu gün. 

 

 



 

 

19



VƏTƏN 

 

Qayalara düşməyincə izlərim, 

Daşlarında qalmayınca dizlərim, 

Vətən! Səndən doymaz mənim gözlərim

Elə belə ha dolanım, ha baxım. 

 

Otlarında qızıl saçam bəlkə mən, 



Güllərində zərrin tacam bəlkə mən, 

Yaşıl sözlü bir ağacam bəlkə mən, 

Öz əlimdir meyvəm, barım, yarpağım. 

 

Qüdrətindən qüvvət alar hər sözüm, 



İşıq olar, ülfət olar hər sözüm. 

Vətən bizik, biz Vətənik, a gözüm, 

A dünənim, a bu günüm, sabahım! 

 

Çiçək olsam sinəsiyəm bu yurda, 



Çisək olsam enəsiyəm bu yurda. 

Ölsəm, ölüb dönəsiyəm bu yurda, 

Məndən sonra heykəlimdir torpağım. 

 

*** 



 

 



 

 

20



ATA 

 

Dilimdə ən şirin, sözüm, söhbətim, 



İnancım, güvəncim, pənahım ata. 

Tükənmək bilməyən gücüm, qüvvətim, 

Səngimək bilməyən ocağım ata. 

 

Saralan qürubam, qaralan qaşam, 



Yelkənsiz qayığam, yuvasız quşam. 

Tufanlar içində azıb qalmışam, 

Zülmət gecələrdə çırağım ata. 

 

Ürəyim çırpınır fırtınalarda, 



Sən ey son ümidim, hardasan, harda? 

Gəl məni xilas et bu intizardan, 

Sökülən dan yerim, sabahım ata. 

 

Könlümün yuvası, yurdu da sənsən, 



Mənim güvəndiyim ordu da sənsən. 

Həyatın dörd şərti... dördü də sənsən 

Odum, suyum, havam, torpağım ata. 

 

Çəmənsən, üstündə şəbnəməm sənin, 



Qəlbinə, ruhuna həmdəməm sənin. 

Sənsən yaradanım. Bəndənəm sənin, 

Allahdan aşağı Allahım, ata! 

 

*** 



1991 

 

 

 


 

 

21



ƏLLƏRİM 

 

Qalxdımı, bayraq kimidir



Havada süzür əllərim. 

Vay ona ki əllərini  

Əlimdən üzür əllərim. 

 

Gah quş kimi qanad çalır, 



Gah enir, gah da alçalır... 

Gah su çəkir, gah ot çalır,   

Gah da yer qazır əllərim. 

 

Duymur daha, görmür daha, 



Heç mənə əl vermir daha. 

Ciblərimə girmir daha, 

Cibimdən küsüb əllərim. 

 

*** 



1979 

 

GÜLLƏR AÇILDI 

 

Bağımızın al-əlvan gülləri açılıbdı, 

Bağımızın nəğməli dilləri açılıbdı. 

 

*** 



2009 

 

 



 


 

 

22



ÖZÜMDƏ BİR ŞAİR ÖLDÜRMÜŞƏM MƏN 

 

Ömrümün yazını soldurmuşam mən, 



Könlümün gülləri solmayıb hələ. 

Özümdə bir şair öldürmüşəm mən, 

O şair anadan olmayıb hələ. 

 

*** 



2006  

ŞAİR 

 

Şair sözdə gəzər  

Gözəl baxtını. 

Söznən ürəklərdə  

Saraylar yapar. 

İtirə -itirə qızıl vaxtını  

Qızıldan qiymətli  

İncilər tapar. 

 

*** 


2011 

SALAM 

 

Salam bu köhnə dünyaya 

Təzə gələn şairlərə. 

Söz qanıb mətləb anlayan, 

Qədirbilən şairlərə. 

 

Bir nəfəsə min ah çəkən, 



Hər sözünü sınaq çəkən, 

Kədərə şaqqanaq çəkən, 

Dərdə gülən şairlərə. 

 



Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə