Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə6/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   2   3   4   5   6   7   8   9   ...   88

 

 

28



II 

 

Oğlan qızın, qız oğlanın qisməti, 

Gör nə gözəl pay böyüdür analar. 

Özü bir gün görməsə də dünyada

Gün böyüdür, ay böyüdür analar. 

 

Elimizin ən şərəfli qadını, 



Hər nemətdən uca tutar adını. 

Söndürməkçün həsrətinin odunu, 

Gözlərində çay böyüdür analar. 

 

Dözüb durur intizarın içində, 



Yuva qurur ahu-zarın içində. 

Düşən qışın, yağan qarın içində 

Yaz böyüdür, yay böyüdür analar. 

 

Comərd olur comərdlərin önündə, 



Saç yolmayır o dərdlərin önündə. 

Alçalmayır namərdlərin önündə, 

Qız böyüdür, toy böyüdür analar. 

 

*** 



 


 

 

29



ANAMA MƏKTUB 

 

Az-az görüşürük, ay ana, az-az, 

Analar bu sirri bilməmiş olmaz- 

Çoxları can atır şöhrətə, ada, 

Şöhrət hər yetənin nəsibi olmur. 

Təpədən dırnağa soyulmaqla da 

Hamı şair olmur, Nəsimi olmur. 

 

Canımda Füzuli yanğıları var, 



Verə bilməmişəm imtahanımı. 

Oxuya-oxuya qərib durnalar 

Apardı qürbətə yarı canımı. 

 

Bir yanıq bayatı qaldırıb yerdən, 



Atar Kürə məni, Araza məni. 

Yay kimi dartılıb cığırlar hərdən  

Ox kimi tullayar harasa məni. 

 

Durub seyr edərəm ağ buludları, 



Nəsə pıçıldayar yağışlar mənə. 

Bir xəzan əlimdən alar baharı, 

Bir çiçək qaytarıb bağışlar mənə.. 

 

Az-az görüşürük, ay ana, az-az, 



Analar bu sirri bilməmiş olmaz- 

Uçub qanadında fikrin-xəyalın, 

Təzə məna tapmaq, təzə söz demək

Qırıb inadını bir dağ çayının, 

Hər dəfə tərsinə üzmək kimiymiş. 

Vallah şair olmaq, 

           Ayağı yalın 

Süngülər ucunda gəzmək kimiymiş. 




 

 

30



DÜNYA BELƏ QALMAZ 

 

Niyə qara gəldi bu yaz, 

Belə bayram olmaz, ana. 

Sənin göz yaşın qurumaz 

Mənim üzüm gülməz, ana. 

 

Kim yandırdı yurdumuzu! 



Bu sorğular yordu bizi. 

Dərdli bilər dərdimizi

Dərdsiz olan bilməz, ana. 

 

Qara yellər əsib nədi, 



Qapımızı kəsib nədi, 

Bacılarım küsüb nədi, 

Niyə bizə gəlməz, ana. 

 

Ürəyim bir himə bənddi, 



Özü boyda ahdı, dərddi. 

Hara getsək evdir, kənddir, 

Kəndimizdən olmaz, ana. 

 

Tapılmazmı bu dünyada, 



Ümid verən bir səs-səda!! 

Hər şeyimiz azalsa da, 

Dərdimiz azalmaz, ana. 

 

Yanıb bağrım, sınıb  qolum, 



Açılmazmı bağlı yolum?! 

Gəl ağlama qurban olum

Dünya belə qalmaz, ana!  

 

*** 



1992-ci il  


 

 

31



SUMQAYIT 

 

Yolum düşdü, qonaq qaldım ömürlük, 

Anam oldu, bacım oldu Sumqayıt. 

Mahnı kimi, nəğmə kimi, söz kimi 

Ürəyimə  axıb doldu Sumqayıt. 

 

Dindi evlər kamanıyla, tarıyla, 



Güldü şəhər əlvan naxışlarıyla. 

Bir gözəlin odlu baxışlarıyla 

Məni məndən yaman aldı Sumqayıt. 

 

İlhamdırmı Xəzərini qaynadır, 



Küləkdirmi ləpələri oynadır, 

Küçələri elə bildim aynadır, 

Nə tez belə yaşa doldu Sumqayıt. 

 

Qurban olum torpağına, daşına, 



Payızına, baharına, qışına. 

Həkk olundu ürəyimin başına, 

Həmişəlik orda qaldı Sumqayıt. 

 

*** 



 

1963 

 

 




 

 

32



BÖLGƏ ŞAİRİNDƏN ÖLKƏ ŞAİRİNƏ  ƏRZİ -HAL 

 

Salam xalq şairi, ölkə şairi

Sənə güvənirəm, hayıma hay ver. 

Gör necə yaşayır, bölgə şairi, 

O görüm-baxımdan bizə də pay ver. 

 

“Yox” deyib sındırma qol-qanadımı, 



Axı kövrək olur söz adamları. 

Məni on nəvəmin, beş övladımın  

Yanında xəcalət eyləmə barı. 

 

Bəsdir bölgələrdə yatıb qaldığım, 



Bölgədə əllərim bir yana çatmır. 

Dövlətdən aldığım, işdən aldığım 

İynəyə çatanda, dərmana çatmır. 

 

Nə əlim bekardır, nə işim işdir, 



Aldığım məvacib qəpik-quruşdur. 

Gedirəm, deyirlər: bu nə gedişdir, 

Dururam, deyirlər: bu nə duruşdur. 

 

Xərclərim, borclarım, çıxıbdır başa, 



Toyları, vayları demirəm hələ. 

Uşağa, böyüyə, dosta, sirdaşa 

Tutulan payları demirəm hələ. 

 

Kommunal xərclər də yaddan çıxıbdır, 



Üst-üstə yığılıb, tığlanıb daha. 

Ehtiyac ömrümü elə sıxıb ki, 

Bəsirət gözlərim bağlanıb daha. 

 

 




 

 

33



Şair ki şairlə verir əl -ələ

Ulu tanrıya da  bəlkə xoş gedir. 

Bilirəm: dünyası olanlar belə  

Dünyadan gedəndə əliboş gedir. 

 

Kirayə ummuram gördüklərimdən, 



Sadəcə olaraq səsimə hay ver. 

Cənab Prezidentin verdiklərindən 

Məsləhət olarsa, bizə də pay ver. 

 

*** 



Yanvar, 2015 

 

İNSAN İNSAN OLUNCA 

 

Hər gün bu yer üzünə nə qədər insan gəlir, 



İnsan olmaq özü də kiməsə asan gəlir. 

Ancaq çoxu anlamır, 

Çoxu başa düşmür ki,  

İnsan insan olunca  

Gözlərinə qan gəlir. 

 

*** 



2007 

 

HÜZN GÜNÜ 

 

Millətin hüzn günü  

Ömürdən uzun günü. 

Azadlığın səssiz himni, 

Qeyrətin həzin günü 

 

*** 



2011 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə