Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə7/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   2   3   4   5   6   7   8   9   10   ...   88

 

 

34



 

HƏR SİQAR BİR GÜLLƏDİR 

 

Əlli yeddi ildir ki mənim yol yoldaşımdır, 



Onu necə tərk edim ömrümün bu yaşında.? 

Hər siqaret qutusu sanki patrondaşımdır, 

Hər siqar bir güllədir ürəyimin başında. 

 

*** 



2001 

 

TÜSTÜLÜ ÖMÜR 

 

Mən tüstülü bir ömrün hesabını çəkərdim, 

Tüstüsüz günlərimin, hesabını çəkirəm. 

Mən siqaret çəkməyin əzabını çəkərdim, 

İndi də çəkməməyin əzabını çəkirəm. 

 

*** 



2009 

 

YANDIRDIĞIM SİQARLAR 

 

Çəkdim, atam görmədi. 

Çəkdim, anam görmədi. 

Çöldə-bayırda çəkdim 

Yadıma gəlməyir ki, 

 İlk dəfə harda çəkdim. 

Kim verdisə götürdüm  

İstəmədim heç kimin 

 Ürəyini sındırım. 

Dedim bekarçılıqdı 

Ver birini, yandırım. 



 

 

35



Utanmadı atamdan, 

Utanmadı anamdan, 

Qoşun çəkib axırda 

Evə doldu tüstülər. 

İş elə gətirdi ki, 

Mənə  


Mənim özümdən  

Əziz oldu tüstülər

Şirin oldu tüstülər. 

Elə şirin oldu ki, 

Onların zəhərini  

Hiss etmədim, görmədim. 

Axırıncı siqarı 

Heç kəsdən götürmədim, 

Heç kəsə də vermədim... 

Tütün qoxusu gəlir 

Ağzımdan, nəfəsimdən, 

Tütün tarlasıyam mən, 

Tütün fabrikiyəm mən. 

Yolu qaça bilmirəm

Dağı aşa bilmirəm, 

Bunda bir hikmətmi var? 

Tütün nəfəsimi də  

Get-gedə dayandırır, 

Bir zaman şirin-şirin 

Yandırdığım siqarlar 

İndi məni yandırır, 

İndi məni yandırır. 

 

*** 


 

 

 


 

 

36



MƏN NİYƏ YAZIRAM BU YAZILARI 

 

Əridə-əridə odlu qəlbimi, 

Dünya öz işində qalacaqdısa, 

Kainat milyon il əvvəlki kimi, 

Köhnə havaları çalacaqdısa, 

Mən niyə yazıram bu yazıları? 

 

Tanrının yanında üzüm yoxdusa



Dünyada heç nədə gözüm yoxdusa, 

Haçandır dilimi bir söz göynədir, 

Onu da deməyə lüzum yoxdursa, 

Mən niyə yazıram bu yazıları? 

 

Bir də görürsən ki, gün dağdan aşıb, 



Dərdin əllərinə saçın dolaşıb.. 

Çoxu çıxarıbdır ürəyi yaddan, 

Çoxunun çörəyə qarışıb başı, 

Mən niyə yazıram bu yazıları? 

 

Uzağı bir sözü yazanacandı, 



Əl sözə isinib qızanacandı.. 

Çətini beşikdən məzaracandı, 

Məzardan bu yana gəliş yoxdusa

Məzardan o yana gediş yoxdusa, 

Məzardan o yanda bir iş yoxdusa, 

Mən niyə yazıram bu yazıları? 

Mən kimə yazıram bu yazıları? 

 

*** 



16 dekabr 1997 

         

 

 


 

 

37



YAŞADIM 

 

Dünayaya gəlib yaşadım, 

Ağlayıb-gülüb yaşadım. 

Mən yaşayıb ölmədim ki, 

Mən hər gün ölüb,  yaşadım. 

 

Qeydimə qalan gözəlin, 



Dərdlərə salan gözəlin, 

Canımı alan gözəlin 

Qadasın alıb, yaşadım. 

 

Boşlamalı dünya deyil, 



Xoşlamalı dünya deyil. 

Yaşamalı dünya deyil, 

Üzümə salıb, yaşadım. 

 

*** 



2010 

 

SƏN DƏ MÜXALIFƏTDƏ, MƏN DƏ MÜXALIFƏTDƏ. 

 

Sən də müxalifətdə, mən də müxalifətdə, 

Girlənirik birtəhər gendə-müxalifətdə. 

 

Açılmayır başımız böhtandan,şərdən,qağa, 



Aç gözünü, yaxşı bax, aləmə hərdən, qağa. 

Hoppanıb düşməyinən neynəyəcək dən, qağa, 

Dəyirman iqtidarda, dən də müxalifətdə

Sən də müxalifətdə, mən də müxalifətdə. 

 



 

 

38



Qaldı ayaqlar altda taxtımız bu şəhərdə, 

Hayıf!- keçdi bihudə vaxtımız bu şəhərdə. 

Üzümüzə gülmədi baxtımız bu şəhərdə, 

Bəs nə üzlə qayıdaq kəndə müxalifətdə, 

Sən də müxalifətdə, mən də müxalifətdə. 

 

Meydana tək gələnlər qoşalaşıb cüt gedir



“Dünya mənim” deyənlər axırda lüm- lüt gedir. 

Təndir qızarmayıbsa kündələri küt gedir, 

Təndir iqtidardadır, kündə müxalifətdə, 

Sən də müxalifətdə, mən də müxalifətdə. 

 

Harda qərar tutmusan gəl məni də orda san, 



Balıqçılar kefdədir balıqları tordasa... 

Neyləyəcək görəsən tanrı iqtidardasa, 

O başına kül olmuş bəndə müxalifətdə? 

Sən də müxalifətdə, mən də müxalifətdə. 

 

*** 


2008 

 

“ATANŞİK”LİK EDİR 

 

Gün ötür, vaxt ötüşür dövran atanşiklik edir

Hücrəsindən ayağa qalxan “atanşik”lik edir. 

 

Biz bu halətdə ikən görün nəyə bənzəyirik, 



Gah olur dərdli tara, gah da neyə bənzəyirik. 

Səhraya toxum səpən əkinçiyə bənzəyirik- 

Bar gətirmir bağımız, bostan “atanşik”lik edir 

 



 

 

39



Balıqlar lağ eləyir balıqçının tilovuna 

Çevrilibdir dünyamız öz nəfsinin girovuna. 

Guya səyyad olaraq çıxmışıq ceyran ovuna, 

Səyyada şıllaq atır, ceyran atanşiklik edir, 

 Qurdlara naz satır, dovşan “atanşik”lik edir 

 

*** 



2008 

 

ALDADIB MƏNİ 

 

Gələcək günlərə ümidlə baxan 

Hər günüm, zamanım aldadıb məni. 

“Yaxşılıq toxumu səp” deyə-deyə  

Öz dinim, imanım aldadıb məni. 

 

Dünyada kişilər olub-bilirəm, 



Qanadı şimşəkdən alıb- bilirəm. 

“Əl tutmaq Əlidən qalıb”-bilirəm 

İnamım -gümanım aldadıb məni. 

 

Yalvara- yalvara hay-həşir salan, 



Sözləri əfsanə, vədləri yalan, 

Sonuncu tikəmi əlimdən alan  

Öz ətim, öz qanım aldadıb məni. 

 

*** 



2010  

 

 

 


Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə