Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə8/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

 

 

40



İXTİSAR 

 

Orda ixtisar gedir



Burda ixtisar gedir. 

Xırda idarələrdə  

Xırda ixtisar gedir. 

Azaldıqca iş yeri, 

Çoxalır söyüş yeri. 

 

*** 



2006 

 

İŞ YERİ 

 

Soruşma ki, ay Əşrəf,  

Bu nə dərddi, gileydi. 

İndi ağız açmaq da- 

Əl açmaq kimi şeydi. 

Kimə üz tuturamsa  

Mərhəmətsizdi, keydi 

Yetən yoxdu karıma. 

Əl açıb  

İş yeri dilənirəm  

Vətəndən  

Didərgin düşmüş 

Oğlanlarıma. 

 

*** 



2007 


 

 

41



YAŞAYAR 

 

Arzularım qar altında gül açar



Daş üstündə bitən ömrü yaşayar. 

Ərənlərim qayalardan yol açar, 

Yol, 

Bu yolu gedən ömrü yaşayar. 



 

Ürək nədir? 

Ürək sevgi, sayğıdır. 

Bir -birinə nəvazişdir, qayğıdır, 

Başdan-başa həyəcandır, duyğudur. 

Ürək də var-gödən ömrü yaşayar. 

 

Yazan qalar söz ömrünün hayında. 



Ozan qalar saz ömrünün hayında. 

İnsan da var-öz ömrünün hayında, 

İnsan da var-Vətən ömrü yaşayar. 

 

*** 



 

2013 

MƏMURUN 

 

Qəhəd olub deyəsən  

Söz başına məmurun. 

Başına söz də batmır 

Özbaşına  məmurun. 

 

*** 



2011 

 

 




 

 

42



HƏYAT VƏ ÖLÜM  

 

Həyat-dəli bir tufan 

Ölüm-qəmli sükunət. 

Həyat-şirin bir yalan, 

Ölüm-acı həqiqət. 

 

*** 



05.08.2015 

 

Yaşamaq çətin olur 

Yalan yeriyən yerdə,  

Doğru kiriyən yerdə, 

Ədalət ayağını  

zorla dartıb  

sürüyən yerdə. 

 

*** 



 

 

ÖLÜMLƏ SÖHBƏT 

Ölüm qardaş, icazə ver  

Öz qapımı 

Öz əlimlə döyə bilim. 

Gələndə də, elə gəl ki, 

“Xoş gəlmisən” deyə bilim. 

 

*** 



2014 


 

 

43



VALLAH MƏNDƏN MÜDİR OLMAZ 

 

Kimsədən qorxan deyiləm, 

Özümdən çıxan deyiləm. 

Əllərə baxan deyiləm, 

Vallah məndən müdir olmaz. 

 

Nə yoğurdum, nə də yapım, 



Nə itirdim, nə də tapım. 

Hamıya açıqdır qapım, 

Vallah məndən müdir olmaz. 

 

“Ucaları”görməyim yox, 



Bacalardan girməyim yox. 

Almağım yox, verməyim yox, 

Vallah məndən müdir olmaz. 

 

Saçlarım-dağlar çiçəyi, 



Köksüm-bir arı pətəyi. 

Sinəmdə insan ürəyi, 

Vallah məndən müdir olmaz. 

 

Çox yerə şorta bilmirəm, 



Yüyürüb-yorta bilmirəm. 

Özümü darta bilmirəm

Vallah məndən müdir olmaz. 

 

*** 



 


 

 

44



MÜDİR 

 

Şöbədə heç kəsi saya salmayır, 



Qaraya ağ deyir, ağa boz deyir. 

İşçilər beş aydır  maaş almayır, 

Müdir fındıq yeyir, müdir qoz yeyir. 

 

Təkcə öz cibinin marağındadır, 



Düz olan işi də yozur tərsinə. 

Bir təzə xanımın sorağındadır, 

Tutubdur özünü qoz  ləpəsinə. 

 

Biclik yollarını bilir su təkin, 



Bərkə düşən kimi gülür, irişir. 

Gözləri rentgen şüası təkin, 

Pullu adamların cibini deşir. 

 

Hərdən zəhər yağır sir-sifətindən, 



Burdan əmr verir, ordan poz deyir. 

Ölüb yerə girmir xəcalətindən

Sanki adamların kəsir ətindən, 

Müdir fındıq yeyir, müdir qoz yeyir. 

 

Katibə qızarıb, katibə pörtüb, 



Düzələn işə də düzəlməz deyir... 

Qapını arxadan möhkəmcə örtüb, 

Başını mizinin altına dürtüb, 

Başını dizinin altına dürtüb, 

Müdir fındıq yeyir, müdir qoz yeyir. 

 

Neçə vəzifədə “çalışıb”kişi, 



Başına keçməyən noxta qalmayıb. 

Xalqını soymağa alışıb kişi, 

Xalqını duymağa vaxtı qalmayıb. 

1990 



 

 

45



SƏN NİYƏ QORXURSAN 

 

Bəxtə çovğun əsir, ömrə qar gəlir, 



Odum çoxdan sönüb, közüm- qorum yox. 

Yanıma ən dərdli adamlar gəlir

Təsəlli verməkdən özgə yolum yox. 

 

Ay Əşrəf, əlini üz adamların, 



İşi düz gətirməz düz adamların. 

Goruna söyərlər pis adamların, 

Sən niyə qorxursan?-sənin gorun yox. 

 

*** 



2011 

PUL 

Dövran özü çəksə də həsrət sənə, 

İstəmərəm ki, verə zəhmət sənə. 

Sabira, olsun yenə rəhmət sənə- 

Hər gecə min qan eləyən puldu, pul, 

Aqili nadan eləyən puldu, pul. 

 

Hər kəsin ki, pulları əskik gələr, 



Üstünə dağdan da ağır yük gələr. 

Pullu kəsin daz başına tük gələr- 

Səhranı bostan eləyən puldu, pul. 

Dəşti gülüstan eyləyən puldu, pul. 

 

Pul tök ora-harda ki, iş ləngiyir, 



Rəqqas özü puldan ötrü təngiyir. 

Pul ver ona, gör necə dingildəyir

Pələngi məstan eləyən puldu, pul, 

Dostu da dostdan eləyən puldu, pul. 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə