Microsoft Word esrimizin qehremanlari doc



Yüklə 36,9 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü36,9 Kb.
#38219


www.cafarcabbarli.org 

 

 

 



 

 

1



ƏSRİMİZİN QƏHRƏMANLARI 

 

(Dörd pərdədə roman) 

 

"Qospadin"  Nəsir  intelligent,  müsəlman  “kavaleri"  həmişə  qızlarla  tanış  olanda,  bəzi 



məlum  səbəblərə  görə  öz  müsəlmanlığını  gizlədirdi  (Bir  o  deyil,  müsəlmanlar  hamısı 

belə  edir).  Nəsir  nə  qədər  rusca  danışmaq  bilirdisə  də,  yenə  hərdən  çaşıb  öz 

müsəlmanlığını  bildirirdi.  Odur  ki,  tanış  olanda  özünü  erməni  adı  ilə  qələmə  verirdi. 

Bir  dəfə Nəsir “Liza" adlı bir qız  ilə tanış oldu. Liza  nə qədər “Sən müsəlmansan!...” - 

deyə  Nəsirə  təkid  etdisə,  Nəsir:  "Mən  erməniyəm!”  -  deyə  təkrar  edib,  Lizanı 

inandırırdı.  Bir  dəfə  Nəsir  Liza  ilə  bulvarda  gəzişirdi,  birdən  nəhs  kimi,  bir  erməni 

bunlara rast gəlib, erməni dilində nə isə danışmağa başladı. Liza erməninin nə dediyini 

soruşanda, təbii olduğu kimi, Nəsir bilmədi. Liza dübarə şübhəyə düşüb qara, yox-yox, 

göy  gözlərini  Nəsirin  üstünə  süzdü;  Nəsir  Lizaya  danışmağa  macal  verməyib  tez 

başladı: 

 

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;  



Evlər dağıdan zülfi-pərişanın üçün, mən. 

 

Çoxdandı sənin mayilü müştaqin idim mən,  



Amma ki, qaçırdın niyə ahu kimi məndən?  

Bir dəfə sənə söyləyirəm, yaxşı inan sən!  

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;  

Evlər dağıdan zülfi-pərişanın üçün, mən. 

 

Hərçənd dilim ruscada hərdəm çaşır, amma  



Şəkk eyləmə müslüm deyiləm, zərrəcə əsla!..  

Mən erməniyəm, erməniyəm... ümməti-İsa.  

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;  

Evlər dağıdan zülfi-pərişanın üçün, mən. 

 

Olsaydım əgər müslüm, olardım yekə balvan;  



Heyvandır - özün yaxşı bilirsən ki müsəlman.  

Mən erməniyəm, ismi-şərifim də ki: “Vartan"  

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;  

Evlər dağıdan zülfi-pərişanın üçün, mən. 

 

Başda "katoloq", əldə "trost", çəkmədə zəncir...  



Aç gözlərini diqqət elə, bax mənə sən bir.  

Baxdıqca mənə neyçün olursan belə dilgir?  

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;  

Evlər dağıdan zülfi-pərişanın üçün, mən. 

 



www.cafarcabbarli.org 

 

 

 



 

 

2



Aldatdı bizim Lizanı bu şivəli gövtar,  

Yumdu çənəsin dinmədi kaftar qızı kaftar.  

Kor şeytana lənət deyib oldu Nəsirə yar,  

Eylərdi Nəsir bu sözü hər bəzmdə təkrar:  

Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;  

Evlər dağıdan zülfi-pərişanın üçün, mən. 

 

Hə,  indi  keçək  söhbətə.  Paho...  Bu  yandan  da  müdir  gözlərini  ağardır  ki,  çərənçilik 



lazım deyil, “əlfəcin palaji!” Yaxşı, qoy qalsın, sonra danışaram. 

 

*** 



 

Hə,  sözümüz  harada  qalmışdı?  Nəsir  birdən  gördü  ki,  Liza  bir  qədər  ondan  kənar 

dolanır.  Bir  dişlərini  ağartdı,  gördü  xeyr,  Liza  heç  məhəl  qoymayır.  Nəsirin  bir  nəfər 

Həsən  adlı  dəxi  yoldaşı  var  idi.  Lizanın  üstündə  Nəsir  ilə  dalaşmışdı  və  babasının 

goruna  and  içmişdi  ki,  Lizanı  Nəsirin  əlindən  alsın.  Erməniyə  də,  demə  o  pul  verib 

göndərmiş imiş. Nəsir gördü ki, indi Həsən Lizaya tərəf gedir. Əndamına lərzə düşdü. 

Başı  gicəlib  gözü  qaranlıq  gətirdi.  Amma  məqsədi  Həsənin  peysərinə  bir  şapalaq 

salmaq idi. Mütəəssüf, cadulanmiş kimi tərpənə bilmədi. Deyəsən, yerə mıxlanmışdılar. 

Bütün aləm gözündən düşmüş, guya qara buludlar onu əhatə etmişdir. Guya ürəyində 

röya  kimi  keçirdi,  pullarını  tamamilə  konfetlərə  sərf  etdim.  Gecələr  gözlərimə  yuxu 

getmədi, bel bağı, saat, üzük aldım. Onlar cəhənnəm, yüz o qədərini də alım. Təki Liza 

dübarədən mənə yar olsun. Bu halda Nəsirin qulağına süruşi-ğeybi kimi xəfif bir arvad 

səsi  gəldi.  Nəsir,  Liza  zənn  edib  dərhal  qollarını  açdı  və:  “Can,  Liza,  gəl!”  -  dedikdə, 

gördü  qabağında  bir  sailə  müsəlman  arvadı  dayanmışdır.  Bunu  görüncə:  "İtil  burdan, 

kafirin qızı!” - deyib üzünə bir şillə vurdu ki, səsindən az qalmışdı gavi-mahi kürreyi-

ərzi  buraxıb  daban  alsın.  Bu  dəmdə  Nəsir  gördü  ki,  haman  erməni  bir  yanda  gəzir. 

Dərhal üzünü çevirib dedi: 

 

Adə, Avanes kirvə, sənin adına lənət!  



Yıxdın evimi, həftinə, həftadına lənət! 

 

Beş aydı o gündən o pərizadı tanırdım.  



Hicrində onun şəmə çu pərvanə yanırdım.  

Amma ona bir söz deməyə mən utanırdım.  

Öz dinimi, ayinimi məcburi danırdım.  

Adə, Avanes kirvə, sənin adına lənət!  

Yıxdın evimi, həftinə, həftadına lənət! 

 

Çoxdandı məni hicr odu bimar eləmişdi,  



Həsrətlə məni-qəmzədəni zar eləmişdi.  

Eşq atəşi lakin məni biar eləmişdi,  

Xaliq onu bir növi mənə yar eləmişdi.  



www.cafarcabbarli.org 

 

 

 



 

 

3



Adə! Avanes kirvə, sənin adına lənət!  

Yıxdın evimi, həftinə, həftadına lənət! 

 

Liza xanımın etmiş idim adını əzbər; 



"Mən erməniyəm", söylədim ol mahə mükərrər. 

Liza inanıb eyləmiş idi mənə bavər, 

Gəldin nə bilim, "Asma hayes, turkes, ay axper"; 

Şeytan balası axperinə, zadına lənət! 

Yıxdın evimi, həftinə, həftadına lənət! 

 

Gəldin bura ki: "xoskamasım hinç ozum asma";  



Şeytan kimi saldın araya tezcə müəmma.  

Rusca deyə bilməz deyəsən: "vot xoroşo da";  

Məlun balası, indi durub tapdalaram ha!  

Rədd ol buradan, it balası, adına lənət!  

Yıxdın evimi, həftinə, həftadına lənət! 

 

Verdim pulumu qənfətə, etdim dilimi şad,  



Oldu mənə qismət nə isə ah, o pərizad.  

Güclə əlimə salmış idim bir qədi şümşad,  

Şeytan balası indi mənim dərdimə məzdad.  

Adə! Avanes kirvə, sənin adına lənət!  

Yıxdın evimi, həftinə, həftadına lənət! 

 

Bir zümrilə etdin evimi, səyimi bərbad,  



Şirinə məni-bikəsi qıldın yenə Fərhad.  

Ey taleyi dun, dad əlindən, yenə fəryad!  

Bu yolda mənə etdiyin imdadına lənət!  

Dünyadakı abadına, bərbadına lənət! 

 

Bu halda Nəsir başını qaldırıb gördü ki, aləm başqa aləmdir. Müdir əfəndi müqabilində 



dayanıb  deyir  ki,  müxtəsər  elə,  bir  para  mühərrir  taslaqları  kimi  özünü  piyanisgəliyə 

vurma. 


Mabədi qoy gələn səfərə qalsın. 

 

*** 



 

Nəsir dərhal Həsənə yetişib: 

- Filan, filan şüdə! Nə haqla mənim barişnama yavuq gedirsən?.. 

Həsən də: 

- Əcəb eyləyirəm! - dedikdə, Nəsir şapalağı rədi-səmavi kimi Həsənin "pudra"lı üzünə 

endirdi. O da Nəsirin təzəcə daranmış saçlarından tutub: 

- Ya vali, vali, vəxti mədəd əst!.. - davaya şüru etdilər. Sən məni vur, səni... 



www.cafarcabbarli.org 

 

 

 



 

 

4



Cəmaət yığışdı. Hər kəs gəlib baxır: “Tfu, diki tatarin!...” - deyə yoluna düzəlir. 

Yasavul  gəldi;  hər  ikisini  polisəyə  sürüdülər.  O  dedi:  təqsir  Həsəndədir;  bu  dedi: 

Nəsirdədir.  Xülasə,  hərəsini  20  manat  cərimə  edib  buraxdılar.  Nəsir  dərhal  yoldaşı 

Mirzəbalanı çağırıb: 

- Al, bu da 20 manat; gedək Həsəni xəlvətdə doyunca döyək... 

Həsən də qorxudan bıçaq gətirdi. Nəsir ilə Mirzəbala, Həsənə çatıb hülqumladılar. O da 

tez  bıçağını  çıxartdı,  Mirzəbala  onun  alnından  dəmir  ilə  elə  vurdu  ki,  Həsənin  bıçağı 

əlindən  düşdü;  əyilib  bıçağı  götürdükdə,  Nəsir  tez  yerdən  qapıb,  Həsənin  sinəsinə 

sancdı.  Allah  rəhmət  eləsin!  O  saat  Nəsiri  polisəyə,  oradan  da  qazamata  göndərdilər. 

Dustaqlar başına yığıldılar; səbəbini soruşdular, o da olan əhvalatı danışdı. Dustaqların 

xoşlarına gəlib, bir ağızdan söyləməyə başladılar: 

 

Çox zirəklik eləyibsən kişi, vallah, malades!  



Hayfını yaxşı alıbsan, bərəkallah, malades!  

Daha qəm çəkmə, gülüb xürrəmü şad ol, a gədə,  

Hayıf altında dolanmaq çox ayıbdır igidə:  

Vurasan öz bıçağılə o çıraqban səkidə!  

Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades!  

Hayfını çox tez alıbsan, barəkallah, malades! 

 

Yaraşır indi sən öl - lap qoçuluq adı sənə -  



Ki, bu cür ğalıb olubsan... Həsənə.  

Qoçu olmaz demək hər qorxub özündən əsənə;  

Qoçuluq tək yaraşır sən kimi bir başkəsənə.  

Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades!  

Hayfını çox tez alıbsan, barəkallah, malades! 

 

Yığışıbdır buraya, bax, bu qədər şəxsi-dəcəl;  



Buların hamı edibdir hələ sən tək cəncəl.  

Qoymayıblar ki, hərifi cumub açsın belə əl.  

Hərə bir şiri-jəyan, hər biri cəlladi-əcəl.  

Sən də zirəklik edibsən kişi, vallah, malades!  

Hayfını yaxşı alıbsan, barəkallah, malades! 

 

Çox adam var: hələ qorxur ki, bu viranə girə;  



Burada çox-çox olur taxtabiti, həm də birə.  

Nə zərər qeyrət üçün getsə də insan Sibirə...  

Hamısı bir səs ilə söyləyir: "Əhsən Nəsirə!”  

Yaxşı zirəklik edibsən kişi, vallah, malades!  

Hayfını çox tez alıbsan, barəkallah, malades! 

 

Hərçənd  bu  sözlərdən  Nəsirin  qoltuqları  qarpız  tutmayırdı;  amma  yenə  Lizanın 



fikrində  idi.  Arvadı,  uşaqlarını  çoxdan  unutmuşdu.  Xülasə,  xeyli  zaman  keçdi,  vaxt 


www.cafarcabbarli.org 

 

 

 



 

 

5



oldu... Hə, inciməyin, başım hələ tez ayılıbdır, nə xeyr! Borclu-borclunun sağlığını istər. 

Mabədini sonra yazaram. 



 

Yüklə 36,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə