Microsoft Word etraf muhit cavab az doc



Yüklə 480,9 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix26.10.2017
ölçüsü480,9 Kb.
#6598
  1   2   3   4   5   6   7   8   9   ...   20


 



ƏTRAF MÜH T N  QT SAD YYYATI” FƏNNI ÜZRƏ  



MTAHAN  SUALLARI VƏ CAVABLARI 

 

1. Ətraf mühitin iqtisadiyyatının nəzəri əsasları və yaranma tarixi. 

Ə

M-dən istifadə dedikdə, təbiətlə cəmiyyət arasında münasibətlər, cəmiyyətin 



təbiətə  təsirinin  bütün  formaları,  onun  qorunması  tədbirləri  ilə  əlaqəqar 

təşkilatların  konkret  fəaliyyəti,  təbiətdən  istifadə  edən  sahələrin,  təbiətdən 

istifadəçilərin,  təsərrüfat  subyektlərinin  fəaliyyəti  nəzərdə  tutulur.  Tarixən    ƏM-

dən  istifadənin  inkişafı,  1-ci  növbədə  vacib  təbii  resursların  istifadəsi  və 

mühafizəsi,  istehsalı,  sonra  yaaxşılaşdırılması  və  təkmilləşdirilməsi  yolu  ilə 

aparılmışdır. Gen ş mənada ƏM-dən istifadə dedikdə fəaliyyətin elə sahəsi nəzərdə 

tutulur  ki,  orada  iqtisadiyyat  ilə  resurs  təminatı,  resurslara  qənaət,  insanlar  üçün 

mühitin qorunması və təbiətin  müxtəlifliyinin mühafizəsi öz əksini tapsın.  

Sosial-iqtisadi inkişafda təbii faktorların rolunun artması və ƏM-dən 

istifadəyə kapital qoyuluşunun yüksəlməsi iqtisadi elmlər sistemində yeni bir 

istiqamətin --- ƏM -nin yaranmasina təkan verdi. Bu termin 1970-ci illərdən 

işlədilməyə başlamışdır. 

Ə

traf mühitin iqtisadiyyatının inkişafı uzun bir tarixi yol keçmişdir. Lakin bir 



sıra  antik  və  orta  əsr  alimlərinin  əsərlərində  bu  elm  barəsində  informasiya 

xarakterli  məlumatlar  verilmişdir.  Lakin  XX  əsrin  ikinci  yarısından  başlayaraq 

cəmiyyətlə  təbiət  arasında  baş  verən  gərginlik  qlobal  xarakter  səviyyəsinə 

çatmışdır. Ətraf mühitin çirklənməsini ənənəvi yanaşı yeni çirklənmə mənbələridə 

xüsusi  ilə  radiaktiv  çirklənmə  elektromaqnit  çirklənmə  və  s.  yaranmışdır.  Bu  da 

ekoloji gərginliyi daha da artırmışdır. 

2. Ətraf mühitin iqtisadiyyatının predmeti və metodologiyası. 

Ə

M -nin predmetini insanlar ilə ətrah mühit arasındakı qarşılıqlı əlaqədə 



yaranan prosesler, təbiətin gücü və resurslardan istifadə, onlarin mühafizəsi, 

bərpası, yeni ekoloji-iqtisadi münasibətlər təşkil edir. 




 

1.Dialektiv metod. Bu metod ekoloji və iqtisadi proseslerin tədqiqatını vahid 



müstəvidə öyrənməyi təklif edir. Metodun əsas xüsusiyyəti təcrübə ilə 

nəzəriyyənin vəhdətindən ibarətdir. 

2.Tarixi metod. Bu münasibətlərin tarixinin öyrənilməsi ekoloji-iqtisadi 

sistemin həm müasir vəziyyətinin, həm də gələcək inkişafının elmi əsaslandırılmış 

proqnozunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. 

3.Sistemli yanaşma. Bu ƏM öyrənilməsində sistemli yanaşma təbii resursların 

mənimsənilməsi və istehlakı, ətraf təbii mühitin mühafizəsi və ya bərpası 

istiqamətində mürəkkəb prosesləri tədqiq edir. 

4.Normativ metod. Burada ekoloji normativlər: T H, KBH və s. 

müəyyənləşdirilir. 

5. qtisadi-riyazi  modelləşdirmə-i  təbiətdən  istifadədə  xərclərin  sərfinin 

hesablanması,  təbii  resursların  iqtisadi  qiymətləndirilməsi,  təbii  mühitin 

çirklənməsindən  dəyən  iqtisadi  zərər  və  digər  ekoloji-iqtisadi  parametrlərin 

müəyyən edilməsində istifadə olunur. 

6.Kartoqrafik metod. Bu metodla təbii resursların qiymətləndirilməsi, 

regionlarda təbii hadisələrin proqnozunun verilməsi, təhlükəli hadisələrin 

qarşısının alınması üçün təbiəti mühafizə tədbirləri və istehlakı qiymətləndirilir. 

7.Kosmik tədqiqatlar metodu. . Yerin süni peykləri, kosmik stansiyalar və 

yerləşdirilmiş avadanlıqlar vasitəsilə aparılmış kosmik çəkilişlərdə yer haqqında 

daha geniş məlumatlar, qlobal təbii proseslərin izlənməsi həyata keçirilir. 

3.  Ətraf  mühitin  iqtisadiyyatı  fənninin  məqsəd  və  vəzifələri,  elmlərarası 

ə

laqəsi. 

Ə

M -nin məqsədi cəmiyyətin təbii resurslarla təminatının məqbulluğu, onlara 



geniş  istifadə  şəraitinin  yaradıması,  təbii  mühitin  məhsuldarlığının  artırılması, 

bərpa olunmayan təbii ehtiyatların kompleks istifadəsi, itkinin qarşısının alınması, 

ə

traf  mühitə  texnogen  tullantıların  atılmasının  yeni  texnologiyanın  tədbiqi  ilə 



azaldılması və əhali sağlamlığına təsirin minimuma endirilməsindən ibarətdir. 

Ə

M   fənni  müxtəlif  miqyaslı  və  səviyyəli  ekoloji-iqtisadi  sistem  əsasında 



fəaliyyət  göstərir.  Ekoloji-iqtisadi  sistem  dedikdə  iqtisadiyyat  ilə  təbiətin 


 

inteqrasiyası,  təbiətdə  baş  verən  hadisələrlə  ictimai  istehsalın  birgə  fəaliyyəti  və 



qarşılıqlı  əlaqəsi  başa  düşülür.  Ekoloji-iqtisadi  sistemin  mühüm  gostəricisi-

regionallıq və ayri-ayri ərazilərin inkişafidır.  

Ə

M  fənni iqtisadi nəzəriyyə və digər iqtisad elmləri, təbiət elmlərindən 



coğrafiya, biologiya, geologiya, torpaqşünaslıq, meşəçilik, meteorologiya, 

hidrologiya, landşaftşünaslıq və s. elmlərlə qarşılıqlı əlaqalidir. 

   ƏM  fənninin əsas vəzifəsi təbiətdən istifadənin səmərəliliyi üçün dayanıqlı 

ekoloji-iqtisadi inkişafın yollarını, təbiətdən istifadənin bazar iqtisadiyyatında təsir, 

mexanizminin 

təkmilləşdirilməsi 

və 

fəaliyyətində 



biliklər 

sisteminin 

formalaşdırılmasıdır.  ƏM   vəzifələrində  biri  də  ekoloji-iqtisadi  problemlərin 

öyrənilməsi və onun həlli yolları daxildir. 

  ƏM  vəzifələrinin tənzimlənmə mexanizminə aiddir: 

1.ƏM -nin planlaşdırma və proqnozlaşdırma sistemi 

2.T -nin tənzimlənməsi və idarə olunması, təbii mühitin hüquqi müdafiəsi  

3.ƏMM-də monotorinq, uçot və nəzarət sistemi 

4.TM-ə tədbirlərinin maliyyələşmə və kreditləşməsi 

5.TM tədbirlərinin və T -nin səmərəli iqtisadi stimullaşdırılması. 



4.  Ətraf  mühitin  iqtisadiyyatının  funksiyaları  və  onun  yerinə 

yetirilməsinin vəzifələri. 

Ə

M -nin funksiyaları aşağıdakılardır: 



1.istiqamətləndirici-  ekoloji  məqsədin  müəyyənləşdirilməsi  və  onun 

reallaşması yollarının seçilməsi 

2.koordinasiyaedici- təbii resursla təlabatın balanslaşmış miqdarının təminatı, 

təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqların razılaşdırılması 

3.stimullaşdırıcı- cəmiyyətin və təsərrüfat subyektlərinin fəaliyyətində təbiəti 

mühafizənin aktivləşdirilməsi 

   Bu funksiyaları yerinə yetirmək üçün ƏM  aşağıdakı vəzifələri irəli sürür: 

1. qtisadiyyatın  inkişafında  resurs  qoruyucu  strateji  istiqamətin  işlənməsi  və 

dövlətin ekoloji siyasəti 



Yüklə 480,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə