Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

33 

 

vasitə  kimi  istifadə  edilmə  ehtimalını  aradan  qaldırmaqdır.  Bu  tip  silah-sursatın 



hazırlanması ciddi qadağalar və ya sərt beynəlxalq nəzarət altındadır.  

Beynəlxalq razılaşmalara uyğun olaraq daha bir qrup texnoloji avadanlıqların 

idxal  və  ixracı  nəzarətdə  olur.  Bu  tip  texnologiya  və  informasiyalara  sülh 

məqsədilə  istifadə  olunan  mateial,  avadanlıqların  istehsalında  istifadə  olunan, 

bununla  belə  kütləvi  qırğın  silahlarının  hazırlanmasında  istifadəsi  mümkün  olan 

texnologiyalar aiddir.  

Texnologiyaların birbaşa dövlət tənzimlənməsi ixrac nəzarətini həyata keçirən 

orqanlar  tərəfindən,  gömrük  və  sərhəd  nəzarət  metodları  vasitəsilə  reallaşdırılır. 

Dolayı  tənzimlənmə  isə  əksər  ölkələrdə  texnologiyalar  üçün  patent  və  ticarət 

markalarının dövlət qeydiyyat sistemi vasitəsilə icra olunur. 

 Bir sıra hallarda bu və ya digər məhsulu ixrac etmək üçün dövlət orqanlarının 

xüsusi  icazəsi  olmalıdır.  Bu  sahədə  qanunvericiliyi  pozmaq  isə,  dövlətə  qarşı 

cinayət  kimi  qiymətləndirilir.  Bəzi  ölkələrdə  dövlət  nəzarətində  olan 

texnologiyanın  xarici  rezidentə  satılmasına  cəhd  ömürlük  həbs  kimi  ağır  cəza  ilə 

qarşılanır. 

dxalçı  dövlətlərdə  isə  texnologiyaların  gətiriliməsinə  nəzarət  qanuvericiliyə 

uyğunluğun  və  cəmiyyət  üçün  təhlükəsizliyin  olub-olmaması  əsasında  həyata 

keçirilir. 

Texnologiyaları  əldə  etməyə  çalışan  dövlətə  onun  iqtisadi  ve  texniki  inkişaf 

səviyyəsi  də  bir  baryer  kimi  çıxış  edir.  dxalçı  və  ixracatçı  dövlətlər  arasında 

mövcud olan iqtisadi inkişaf səviyyəsi imkan vermir ki, nisbətən “zəif” ölkənin işçi 

qüvvəsi  yeni  texnologiyaları  mənimsəsin,  onlardan  istifadə  etsin  və  istehsal 

sahələrində  bunları  tətbiq  etsin.  Buna  baxmayaraq  dövlət  nəzarəti  əsasən  spirtli 

içkilər,  silah-sursat,  kimyəvi  məhsullar,  narkotika  istehsalı  üçün  nəzərdə  tutulan 

texnologiyaların mübadiləsində həyata keçirilir. 



34 

 

Beləliklə,  hər  bir  dövlət  aparıcı  texnologiyaları  mümkün  olan  bütün 



variantlarla, istər açıq, istərsə də gizli məhdudiyyətlərlə ölkə sərhəddləri daxilində 

saxlamağa  cəh  göstərir.  Bunun  əsasında  isə  dünya  bazarında  kəskin  rəqabəti 

uduzmamaq  məsələsi  durur.  Milli  təhlükəsizlik,  siyasi  və  ideoloji  motivlərə  görə 

isə hərbi və “ikiqat təyinatlı”



 

texnologiyanın idxal və ixracı nəzarətdə saxlanılır. 

Texnologiyalar  kimi  elmi  biliklərin  beynəlxalq  mübadiləsi  də  dövlət  və 

beynəlxalq  təşkilatlar  tərəfindən  ciddi  nəzarətdə  saxlanılır.  Bu  sahədə  aparıcı  rol 

Ümumdünya 

ntellektual  Mülkiyyət  Təşkilatına  (Ü MT)  məxsusdur.  Bu 

beynəlxalq təşkilata üzv ölkələrin sayı 183-ə bərabərdir. Təşkilatın əsas orqanları 

Ümumi Assambleya, Konferensiya, Koordinasiya Komitəsidir. 

XXI  əsrdə  intellektual  mülkiyyət  beynəlxalq  arenada  özünəməxsus  yerə 

malikdir.  nsan  beyninin  məhsulu  olan  ixtiralar,  sənaye  nümunələri,  ticarət 

markaları,  kitab,  musiqi  və  filmlər  dünyanın  hər  yerində  istifadə  olunur  və  belə 

demək  mümkünsə  insanların  yaşayıç  tərzinin  inkişafına  müsbət  təsir  göstərir. 

Ümumdünya  ntellektual  Mülkiyyət  Təşkilatı  (Ü MT)  da  bütün  dünyada  məhz 

müəlliflik hüqularının qorunması nəticəsində bu ixtiralardan istifadəni daha faydalı 

edir,  ixtira  sahibinə  isə  öz  əməyinə  görə  normal  mənfəət  əldə  edilməsində 

köməklik göstərir. Bu tipli qayğı dolayısıyla elmi-texniki inkişafı stimullaşdırır və 

onun sərhədlərini bir az daha artırmiş olur.  ntellektual mülkiyyətin reallaşdırılması 

üçün  təşkilat  tərəfindən  normal,  stabil  şəraitin  yaradılması  isə  birbaşa  beynəlxalq 

ticarətin inkişafına təkan vermiş olur. 

Təşkilatın  özündə  183  ölkə,  yəni  təqribən  dünya  ölkələrinin  90%-ni 

birləşdirməsi bu beynəlxalq təşkilatın əhəmiyyətini bir daha təsdiqləyir. Təşkilatın 

yaranma  tarixi  1883-cü  ilə  təsadüf  edir.  Bu  təşkilatın  və  ümumilikdə  intellektual 

mülkiyyətin beynəlxalq səviyyədə qorunmasını zəruri edən hadisə isə 1873-cü ildə 

Vyanada təşkil olunmuş Beynəlxalq  xtiralar sərgisində baş verdi. Belə ki, öz yeni 




35 

 

ideyalarının  “oğurlanaraq”,  digər  ölkələrdə  istifadə  olunacağından  çəkinən  xarici 



ölkə nümayəndələri bu sərgidə iştirak etməkdən vaz keçdilər. 

1883-cü  ildə  bu  sahədə  ilk  ciddi  beynəlxalq  müqavilə  -  Paris  konvensiyası 

qəbul  olundu.  Bu  konvensiya  sənaye  mülkiyyətinin  qorunmasını  və  bir  ölkənin 

vətəndaşının  yeni  ideya  və  ya  ixtiralarının  digər  dövlətlərdə  yalnız  patent,  ticarət 

markası və sənaye nümunəsi şəklində istifadə edilməsini nəzərdə tuturdu. 14 ölkə 

tərəfindən  qəbul  olunan  bu  konvensiya  1884-cü  ildə  qüvvəyə  mindi.  Bu  üzv 

ölkələrin iclaslarının çağırılmasının və bir sıra digər təşkilati məsələləri həll etmək 

məqsədilə  Mərkəzi  Büro  yaradıldı.  1886-cı  ildə  isə  bədii  və  incəsənət  əsərlərinin 

müəlliflik  hüqularının  qorunması  məqsədilə  Bern  konvensiyası  qəbul  olundu.  Az 

sonra  isə  bu  iki  konvensiyanın  Mərkəzi  Büroları  birləşərək  mənzil  qərərgahı 

sveçrənin  Bern  şəhərində  yerləşən  ntellektual  Mülkiyyətin  qorunması  ilə  bağlı 

beynəlxalq təşkilat yaradıldı. 

1960-cı  ildə  təşkilat  Berndən  Cenevrəyə,  digər  iri  beynəlxalq  təşkilatların 

“yanına  köçdü”.  10  il  sonra  təşkilatın  adı  dəyişərək  Ümumdünya  ntellektual 

Mülkiyyət  Təşkilatı  oldu.  1974-cü  ildə  Ü MT  BMT-nin  ixtisaslaşmış  təçkilatına 

çevrildi.  1898-ci  ildə  təşkilat  cəmi  dörd  beynəlxalq  müqavilənin  icrasını 

tənzimləyirdisə,  hal-hazırda  bu  rəqəm  21-ə  çatır.  Bu  sahədə  ən  iri  müqavilələr 

Madrid  və  Haaqa  razılaşmalarıdır.  Bu  razılaşmalar  ticarət  nişanlarının  və  sənaye 

nümumələrinin beynəlxalq qeydiyyat problemlərini özündə əks etdirir. 

Hər  bir  ixtira  sahibi  ona  məxsus  olan  ticarət  markasını  və  ya  sənaye 

nümunəsini lokal və ya  regional  səviyyədə   qeydiyyatdan keçirmək  istədikdə,  ilk 

növbədə  bu  ixtiranın  həquiqətən  də,  yeni  olduğunun  və  ya  artıq  kiminsə 

mülkiyyətində  olduğunu  müəyyənləşdirmək  zərurəti  meydana  çıxır.  Bunu 

dəqiqləşdirmək üçün iri həcmli informasiyalar massivində axtarış həyata keçirmək 

lazım gəlir. Bu tip informasiyaların axtarışını asanlaşdırmaq məqsədilə Ü MT dörd 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə