Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

55 

 

Cədvəl 11 



KT sektoru və   KT məhsullarının ticarəti üzrə əsas göstəricilər 

 

Göstəricilər 



2007  2008  2009 

2010 


2011 

2012 


KT sektorunda məhsul 

(xidmətlər) buraxılışı,mln.man 

737,8  959,4  1033,1  1146,2  1236,4  1420,2 

IKT sektorunda yaradılmış əlavə 

dəyərin həcmi, mln.man 

507,3  643,8  686,8  715,8  786,7  869,4 

IKT sektorunda yaradılmış əlavə 

dəyərin ÜDM-də xüs.çəkisi, % 

1,9 

1,6 


2,0 

1,7 


1,5 

1,6 


KT müəssisələri tərəfindən əsas 

kapitala yönəldılmiş 

investisiyalar, mln.man  

 

161,8 



 

153,4 


 

129,8 


 

204,0 


 

408,7 


 

307,3 


KT məhsullarının idxalı, 

mln.man 


189,5  209,9  270,0  180,2  262,6  249,2 

dxal olunmuş  KT 

məhsullarının ölkə idxalında 

xüs. çəkisi, % 

 

3,8 


 

3,6 


 

5,5 


 

3,5 


 

2,7 


 

3,3 


Azərbaycan Dövlət Statistika komitəsinin məlumatları, 2013 [51],[53] 

Cədvəl 12 

Azərbaycanda ixrac olunmuş  KT məhsulları (min dol.) 

KT məhsulunun 

adı  

2009 


2010 

2011 


2012 

Kompüter və 

avadanlıqları 

47,5 


146,1 

65,0 


46,7 

Telekommunikasiya 

avadanlıqları 

106,9 


737,4 

785,3 


579,1 

Elektron 

avadanlıqlar 

64,4 


52,3 

80,8 


88,2 

Digər  KT 

məhsulları 

1715,5 


29,0 

54,3 


9,5 

Cəmi 


1936,3 

964,8 


985,6 

723,5 


Azərbaycan Dövlət Statistika komitəsinin məlumatları, 2013 [51] 

 

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (R TN) tabeliyində yaradılan 



“Yüksək  Texnologiyalar  Parkı”  (“YT  Park”)  Pirallahı  rayonunda  inşa  ediləcək. 

Belə ki, bunun üçün, Pirallahı rayonunda 50 hektar  torpaq sahəsi ayrılıb. 




56 

 

 Hazırda  parkın  formalaşdırılması,  zəruri  infrastrukturun  qurulması, 



beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində 

işlər  aparılır.  Eyni  zamanda  “YT  Park”  MMC  dövlət  qeydiyyatına  alınıb  və 

Cəmiyyətin  Nizamnaməsi  Əmlak  Məsələləri  üzrə  Dövlət  Komitəsi  tərəfindən 

təsdiq edilib, eləcə də potensial xarici investor və şirkətlərlə görüşlər keçirilib. 

  

Qeyd edək ki, “YT Park” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli 



fərmanı  ilə  yaradılıb  [2].  “Yüksək  Texnologiyalar  Parkı”-  informasiya  və 

kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi 

sahələrində  tədqiqatlar  aparılması,  yeni  və  yüksək  texnologiyaların  hazırlanması 

üçün  zəruri  infrastrukturu,  maddi-texniki  bazası  və  idarəetmə  qurumları  olan 

ə

razidir.


 

  

“YT Park”ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə 



müasir  elmi  və  texnoloji  nailiyyətlərə  əsaslanan  informasiya  və  kommunikasiya 

texnologiyaları  sahələri  genişləndiriləcək,  elmi  tədqiqatlar  aparılması  və  yeni 

informasiya  texnologiyalarının işlənilməsi  üzrə  müasir  komplekslərin  yaradılması 

təmin   ediləcək.  Park  iqtisadiyyatın  davamlı  inkişafı  və  rəqabət  qabiliyyətinin 

artırılmasında da əhəmiyyətli rol oynayacaq. 

lk milli telekommunikasiya peyki. Qlobal iqtisadiyyatda sənayeləşmənin və 

elm  yönümlü  sosial-iqtisadi  artımın  katalizatoru  olan  KT  Azərbaycanda 

karbohidrogen sənayesindən sonra ən dinamik inkişaf tempinə malik olan sahədir. 

Respublikada  KT sektorunun dayanıqlı inkişafının təmin edilməsi, alternativ gəlir 

mənbələrinin  yaradılması,  yerli  bazarların  xarici  investisiyalar  üçün 

cəlbediciliyinin  artırılması,  habelə  ölkədə  qeyri-neft  sektorunun  davamlı  inkişafı 

məqsədilə  informasiya-kommunikasiya  texnologiyaları  və  elektron  istehsal  üzrə 

xüsusi innovasiya zonalarının yaradılması qarşıda duran əsas məsələlərdəndir. 

  

Azərbaycan  Respublikası  Prezidentinin  tapşırığına  uyğun  olaraq,  Rabitə  və 



Yüksək Texnologiyalar Nazirliyi (R TN) ilə ABŞ-ın aparıcı məsləhətçi şirkəti olan 

“Booz Allen Hamilton”un birgə hazırladığı “Regional  nnovasiya Zonası” layihəsi 

innovasiyalı sahibkarlığa təkan verəcək texnoparkların, elektron avadanlıqların və 

proqram  məhsullarının  istehsalı  və  ixracı  üzrə  regional  bazarın,  region  ölkələrinə 




57 

 

geniş elektron xidmətlərin göstərilməsini təmin edəcək Qərblə Şərq arasında tranzit 



informasiya  məkanının,  həmçinin  insan  resurslarının  inkişafına  xidmət  edəcək 

universitetin yaradılmasını nəzərdə tutur.     



Regional  nnovasiya  Zonasının  fəaliyyəti  əsasən  5  məqsədi  özündə 

ehtiva edir: 

1.  Kiçik  və  orta  sahibkarlıq  subyektlərində  texnoloji  innovasiyaların 

tətbiqinin  sürətləndirilməsi. Ümumilikdə  regionda  və  o  cümlədən  Azərbaycan 

iqtisadiyyatının 

müxtəlif 

sektorlarında 

informasiya 

texnologiyalarının 

layihələşdirilməsi və tətbiqi üçün innovasiyalı mühiti təmin etməklə kiçik və orta 

sahibkarlığın inkişafını stimullaşdırmaq; 

 2.  nsan ehtiyatlarının inkişafı və  T Universitetinin təsis edilməsi: “Regional 

nformasiya Texnologiyaları Universiteti” milli təşəbbüsünün bir hissəsi olan insan 

ehtiyatları, onların  T bilik və bacarıqları və imkanlarının inkişaf etdirilməsi üçün 

müvafiq tədris və təlimlərin keçirilməsi; 

 3.  Beynəlxalq  informasiya  resursları  mərkəzinin  (Data  Center)  yaradılması 

imkanlarının qiymətləndirilməsi: Müxtəlif tipli informasiya axını, məlumatlar və 

kontentin qəbul edilməsi, saxlanılması və yenidən ötürülməsini həyata keçirən və 

kommersiya  baxımından  sərfəli  olan  bu  fəaliyyətin  tətbiq  edilməsi  imkanlarının 

araşdırılması; 

 4. Yeni sərmayələrin, xüsusilə də birbaşa xarici investisiyaların artımına nail 

olmaq: Azərbaycan və region bazarında kommersiya ehtiyaclarının ödənilməsi və 

davamlı  sosial  və  texnoloji  inkişafın  dəstəklənməsi  məqsədilə  elmi-texnoloji 

fəaliyyətə,  tədqiqatlara,  iş  prosesinə  sərmayə  qoyan  və  ya  bu  tipli  fəaliyyətlə 

məşğul olan  KT şirkətləri və yerli, regional və qlobal texnoloji şirkətlər üçün az 

riskli, innovativ və münbit biznes mühitinin yaradılması; 

 5.Azərbaycanda  ixracın  təşviqi: Azərbaycanda  istehsal  olunan  və  regional 

bazarlara  paylana  bilən  elektron  avadanlıq  və  proqram  təchizatı  məhsulları  və 

xidmətlərinin  istehsalını  və  ixracatını  dəstəkləyən  və  genişləndirən  biznes 

mühitinin təmin edilməsi. 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə