Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

58 

 

  



Azərbaycanı  kiçik  və  orta  sahibkarlığın  inkişafına  yardım  edən  münbit  və 

ə

lverişli  məkana  çevirmək  və  R Z-in  fəaliyyətini  təmin  etmək  məqsədilə  bir  sıra 



kompleks  tədbirlərin  həyata  keçirilməsinə  ehtiyac  vardır  ki,  R Z-in  uğurlu 

fəaliyyəti üçün əsas etibarilə 8 ilkin şərt müəyyən edilmişdir: 

 Əlverişli tənzimləmə mexanizmi 

• 

Cəlbedici stimullar 



• 

Şə

ffaflıq 



• 

Aşağı məsrəfli telekommunikasiya xidmətləri 

• 

Ə

n son texnoloji avadanlıq 



• 

Rəqabətədavamlı işçi qüvvəsi 

• 

Dayanıqlı nəqliyyat əlaqələri 



• 

Cəlbedici daxili  KT bazarı 

 Sadalanan şərtlərin yerinə yetirilməsi məqsədi ilə artıq R TN tərəfindən müəyyən 

işlər görülməyə başlanmışdır. 

  

Layihənin  həyata 



keçirilməsi 

ölkə 


iqtisadiyyatında 

informasiya-

kommunikasiya  texnologiya-larının  xüsusi  çəkisinin  artırılmasına,  xarici  və  yerli 

ş

irkətlərin, eləcə də potensial investorların ölkənin  KT bazarına cəlb edilməsinə, 



respublikada  elektron  avadanlıqların  istehsalı  və  ixracı  üzrə  yeni  iş  yerlərinin 

yaradılmasına,  ən  əsası  isə  ölkənin  ixrac  potensialını  artırmaqla  Azərbaycanın 

regionun  KT mərkəzinə çevrilməsinə xidmət edəcəkdir. 

  

“Azərbaycan  Respublikasında  kosmik  sənayenin  yaradılması  və 



telekommunikasiya  peyklərinin  orbitə  çıxarılması  haqqında”  ölkə  başçısının 

sərəncamı,  həmçinin,  “Kosmik  sənayenin  yaradılması  və  inkişafı  üzrə”  Dövlət 

proqramının  təsdiq  edilməsi  ölkədə  kosmik  sahənin  inkişafına  xüsusi  zəmin 

yaratmışdır. 

  

Azərbaycanda  kosmik  sənayenin  yaradılması  və  telekommunikasiya 



peyklərinin,  o  cümlədən  digər  çoxməqsədli  peyklərin  orbitə  çıxarılması  ilk 

növbədə  informasiya  mübadiləsinin  xarici  ölkələrdən  asılılığının  aradan 

qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə 

yeni  iqtisadi  sahələr  üzrə  mövcud  insan  ehtiyatları  və  intellektual  potensialın 




59 

 

inkişaf  etdirilməsi,  elm  tutumlu  yeni  layihələrin  həyata  keçirilməsi  və  nəticə 



etibarilə  innovasiya  yönümlü  iqtisadiyyatın  formalaşdırılması  istiqamətində 

aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. 

Azərbaycanın  ilk  peyki  olan  “Azerspace-1”  telekommunikasiya  peyki  7 

fevral  2013-cü  il  tarixində  Fransız  Qvianasında  (Cənubi  Amerikada,  Fransanın 

inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik 

Mərkəzindən  yerli  vaxtla  saat  18.36-da  (Bakı  vaxtı  ilə  8  fevral  2013-cü  il  saat 

01.36) orbitə buraxılmışdır. 

  

ABŞ-ın  “Orbital  Sciences”  korporasiyası  tərəfindən  istehsal  olunan  və 



Fransanın  “Arianespace”  şirkəti  tərəfindən  öz  yüksək  etibarlılığı  ilə  seçilən 

“Ariane-5″  raketdaşıyıcısı  ilə  orbitə  buraxılan  “Azerspace-1”  peyki  raket 

kosmodromdan  qalxdıqdan  təqribən  35  dəqiqə  sonra  raketin  gövdəsindən 

ayrılmışdır. 

  

 “Azerspace-1”  peyki  “Orbital  Sciences”  korporasiyası  tərəfindən  işlənib 



hazırlanan və hazırda 22 fəal peykin üzərində uğurla fəaliyyət göstərdiyi STAR-2 

peyk platforması əsasında yığılmışdır. 

  

Faydalı  yük  üzrə  36  aktiv  transponderlə  təchiz  olunan  və  təqribən  3,2  ton 



çəkisi olan  “Azerspace-1”  peyki 46 dərəcə  Şərq  uzunluq dairəsində,  geostasionar 

orbitdə  yerləşəcək  və  Avropa,  Afrika,  Mərkəzi  Asiya,  Qafqaz  ölkələri  və  Yaxın 

Şə

rq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək 



“Azerspace-1”  peyki  teleradio  yayımı  və  telekommunikasiya  xidmətlərinin 

göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən 

keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. 

  

Yerüstü  infrastruktur.    Telekommunikasiya  peykinin  və  aşağıorbitli 

peyklərin  idarə  edilməsi  məqsədilə  Bakıda  və  Naxçıvanda  inşa  edilmiş,  müasir 

standartlara  uyğun  və  tam  təchizatlı  əsas  və  ehtiyat  yerüstü  peyk  idarəetmə 

mərkəzləri  2013-cü  ilin  8  fevral  tarixindən  etibarən,  “Azerspace-1”  peyki  orbitə 

buraxıldıqdan sonra tam istifadəyə verilmişdir. 

  

Peykin  idarəsi  və  istismar  edilməsi  “Azərkosmos”  ASC-də  çalışan 



Azərbaycanlı  mütəxəssislər  tərəfindən  həyata  keçiriləcəkdir.  Müxtəlif  yerli  və 


60 

 

xarici  ali  məktəblərdə  təhsil  almış  bu  mütəxəssislər  mütəmadi  olaraq  xarici  



ixtisasartırma  kurslarında  və  müxtəlif  təlimlərdə  iştirak  edir,  texniki  hazırlıq 

səviyyələrini artırmaq üçün daim iş aparırlar. 

Gözlənilən nəticələr .“Azerspace-1” peykinin vəd etdiyi üstünlüklər. 

Ümumi üstünlüklər: 

• 

qtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı 



• 

nformasiya  mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması 

və informasiya təhlükəsizliyinin təmin edilməsi 

• 

Yeni  iqtisadi  sahələr  üzrə  mövcud  insan  ehtiyatları  və  intellektual 



potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi 

• 

Nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması 



• 

Azərbaycanın regional və beynəlxalq nüfuzunun genişləndirilməsi 

• 

Azərbaycanın  KT  üzrə  regional  mərkəzə  çevrilməsi  Ölkə  iqtisadiyyatının 



telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsinin təmin edilməsi və 

telekommunikasiya infrastrukturun inkişaf etdirilməsi 

• 

Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi, hökumət və korporativ 



müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformaları 

• 

Ölkənin  ən  ucqar  yaşayış  məntəqələrində  belə  internetə  qoşulmanın, 



elektron dövlət, təhsil, səhiyyə və digər xidmətlərin həyata keçirilməsininin təmin 

edilməsi 

• 

Ölkənin mümkün informasiya blokadası riskindən qorunması və informasiya 



müharibəsində Azərbaycanın mövqelərin möhkəmlənməsi 

• 

Telekommunikasiya  peyk  xidmətlərinə  görə  xarici  ölkələrə  ödənilən 



maliyyə  axınının  Azərbaycan  iqtisadiyyatına  yönəldilməsi  və  peyk  tutumlarının 

xaricə satılması 

 Spesifik üstünlüklər: 

• 

Peyk  rabitəsinin  əhəmiyyəti.  (Alternativlik  rabitə  üçün  vacib  məqamdır  və 



ölkəmizdə hazırkı rabitə infrastrukturuna yeganə alternativ olaraq peyk rabitəsinin 

ə

həmiyyəti  böyükdür.  Azərbaycan  kimi  dağlıq  ərazilərdə  yerləşən  ölkələrdə 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə