Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

61 

 

yüksək  keyfiyyətli  və  nisbətən  daha  ucuz  başa  gələn  rabitə  əlaqəsinin  təmin 



edilməsi üçün peyk rabitəsinin əhəmiyyəti böyükdür) 

• 

Peykin  istismara  verilməsi  bütün  ölkə  ərazisinin  keyfiyyətli  və  sürətli 



internet xidmətləri ilə təmin edilməsinə əlavə təkan verəcəkdir. 

• 

Peykin istismara verilməsi nəticəsində xərclərin azalması ilə əlaqədar rabitə 



xidməti tariflərinin mümkün azalması müşahidə olunacaqdır. 

• 

Peyk  ölkə  ərazisində  rəqəmli  televiziya  yayımının  daha  yüksək keyfiyyətlə 



təşkilini  mümkün  edəcək,  yüksək  keyfiyyətli  televiziya  (HD)  yayımının  təşkilinə 

dəstək olacaqdır. 

• 

Peyk  ən  ucqar  məntəqələri  belə  əhatə  etməklə,  dövlət  ilə  vətəndaşlar 



arasında  maneəsiz  qarşılıqlı  əlaqəni  təmin  edən  müasir  rabitə  və  idarəetmə 

sisteminin  yaradılması  və  “Elektron  hökumət”in  daha  üstün  keyfiyyətlə  təşkili 

üçün vacib infrastruktur olacaqdır. 

• 

Peyk  rabitəsi  ölkəmizdə  məsafədən  (distant)  təhsil  və  e-səhiyyə 



xidmətlərinin təşkilinə əlavə dəstək verəcəkdir. 

• 

Peyk həmçinin mürəkkəb geoloji və coğrafi mövqeyə malik ölkə ərazisində 



təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına və fövqəladə hadisələrin daha 

səmərəli idarə edilməsinə töhfə verəcəkdir. 

  

Peykin  iqtisadi səmərəsi.  Peyk  sənayesi ən  innovativ  və  texnoloji  cəhətdən 



inkişaf etmiş və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri hesab edilir. Avropa 

Peyk  Operatorları  Assosiasiyasının  (The  European  Satellite  Operators' 

Association)  məlumatlarına  əsasən  peyk  sənayesinə  yatırılan  hər  1  avro  dövlət 

vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. 

Trans  Avrasiya  Super  nformasiya  Magistralı  (TAS M)  layihəsi  vacib 

regional  təşəbbüsdür  və  onun  məqsədi  əsasən  Qərbi  Avropadan  Şərqi  Asiyaya 

qədər Avrasiya ölkələrinin əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. 

 Layihə Frankfurtdan Honq Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını 

nəzərdə  tutur.  Bu  xətt  Avropanın  və  Asiyanın  ən  böyük  informasiya  mübadiləsi 

mərkəzlərini  birləşdirəcəkdir.  Tranzit  xətti  Çin,  Qazaxıstan,  Azərbaycan, 




62 

 

Gürcüstan, Türkiyədə keçərək Almaniyaya gedəcəkdir. Ehtiyat Şimal tranzit xətti 



Rusiya, Ukrayna və Polşadan keçəcəkdir. 

  

2008-ci  il  noyabrında  14-cü  Beynəlxalq  Rabitə  və 



nformasiya 

Texnologiyaları  sərgisi  və  konfransı  (Bakutel)  çərçivəsində  Bakıda  keçirilmiş 

nazirlər  görüşü  zamanı  Azərbaycan  Respublikasının  Rabitə  və  nformasiya 

Texnologiyaları Nazirliyi Trans-Avrasiya Super  nformasiya Magistralı layihəsinin 

təşəbbüsünü irəli sürmüşdür. 2008-ci il noyabrın 11-də Bakıda TAS M layihəsinin 

yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilmişdir. 

  

2009-cu  ilin  21  dekabrında  BMT  Baş  Assambleyasının  64-cü  sessiyasında 



Avrasiya  Super  nformasiya  Magistralı  layihəsinə  dair  qətnamə  qəbul  edilmişdir. 

30 ölkə tərəfindən həm-müəllif qismində dəstəklənən və konsensusla qəbul edilən 

qətnamədə  TAS M-in  əlaqələndirilməsində  Azərbaycan  Respublikasının  xüsusi 

rolu qeyd olunur. 

  

2012-ci  il  dekabrın  21-də  BMT-nin  Baş  Assambleyasında  TAS M  layihəsi 



üzrə yeni qətnamə yekdilliklə qəbul edilmişdir. 

Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli 

sürülmüş  qətnamə  geniş  Avrasiya  regionunda  “rəqəmsal  uçurum”un  aradan 

qaldırılması  üçün  müvafiq  telekommunikasiya  infrastrukturunun  inkişaf 

etdirilməsini 

və 


özəl 

və 


dövlət 

sektorları 

arasında 

ə

məkdaşlığın 



möhkəmləndirilməsini nəzərdə tutur. 

  

2010-cu  il  aprelindən  etibarən  Azərbaycan  Respublikasının  Rabitə  və 



Yüksək Texnologiyalar Nazirliyi TAS M layihəsinin  darəetmə Qrupunu yaratmış 

və maliyyələşdirməkdədir. 

  

darəetmə  Qrupu  beynəlxalq  konsultant  ilə  əməkdaşlıqda  TAS M-n  ilkin 



biznes  konsepsiyasını  yaratmışdır  və  aparıcı  regional  dövlətlər  və  operatorlarla 

TAS M konsorsiumun yaradılmasını müzakirə etmişdir. 

  

2011-ci  ilin  iyulunda  Qəbələ  şəhərində  hazırlıq  işinin  nəticəsində 



Azərbaycan  tərəfi   aparıcı  telekom  şirkətləri   -  Çin  (Chinatelecom),   Qazaxıstan 

(Kaztranscom),  Rusiya  (Rostelecom),  Türkiyə  (Turktelekom)  və  Avropa  ttifaqı 

(Pantel)  iştirakı  ilə  TAS M  üzrə  1-ci  Beynəlxalq   seminarı  keçirmişdir.  Tədbirin 



63 

 

nəticəsində layihənin Katibliyi yaradılmışdır və operatorlar TAS M Konsorsiumun 



yaradılmasına  dair  detallaşdırılmış  Anlaşma  Memorandumu  üzərində  işləməyə 

razılaşmışlar. 

  

Son  vaxtlar  TAS M  Katibliyi  TAS M  konsorsiumunun  formalaşmasına 



razılaşan  əsas  telekom  operatorlarının  bir  araya  gətirməsində  əlaqələndirici  rolu 

oynamışdır. 

  

TAS M Katibliyi həmçinin layihənin təşviqində səylərini davam etdirmiş və 



layihəyə yeni maraqlı tərəflərin cəlb edilməsinə xüsusi diqqət yetirmişdir. Katiblik 

Avropa  ttifaqı,  Türkiyə,  Rusiya,  Ukrayna,  habelə  BMT  Katibliyi,  Qara  Dəniz 

qtisadi  Əməkdaşlıq  Təşkilatı  (QD ƏT)   və  Mərkəzi  Asiya  və  Azərbaycan  üzrə 

xüsusi  Proqram  (SPECA)  qurumları  ilə  əlaqələr  qurulmuşdur  və  barədə  müvafiq 

sənədlərdə əks etdirilmişdir. 

  

Qeyd edək ki, region ölkələri telekom sektorunun inkişafı və bazar tələbatı 



baxımından  fərqlidir.  Daha  çox  inkişaf  etmiş  ölkələrdə  “latency”  (gecikmə)  və 

yüksək  səviyyəli  P  şəbəkələr  xidmətləri  vacib  hesab  olunur.  Az  inkişaf  etmiş 

ölkələrdə  elementar  bağlantı  və  beynəlxalq  internet  xidmətlərinə  çıxış  daha  çox 

prioritet təşkil edir. 

  

TAS M uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət 



olacaq.  Birinci  mərhələdə  aparıcı  region  ölkələri  və  operatorları  Qərbi  və  Şərqi 

birləşdirən  əsas  internet  tranzit   infrastrukturunu  yaradacaqlar.  Bu  tranzit 

infrastrukturu  TAS M-a  kommersiya  baxımından  əlverişli  və  sürətlə  artan 

beynəlxalq  P internet  tranzit bazarının tələbatlarına cavab verən layihə olmasına 

imkan  yaradacaqdır.  Bu  prosesin  2013-cü  ilin  axırında  başa  çatdırılması  nəzərdə 

tutulur. 

  

kinci  mərhələdə  TAS M  qurulan  tranzit  infrastrukturundan  istifadə  edərək 



Mərkəzi  Asiya  olmaqla,  açıq  dənizə  çıxışı  olmayan  Avrasiya  ölkələrinə  münasib 

qiymətli  bağlantı  ilə  təmin  edəcəkdir.  Milli  telekom  infrastrukturu  inkişafı 

planlarına  uyğun  olaraq  yeni  fiber-optik  xəttlər  yaradılacaq,  mövcud  xətlər  isə 

texnoloji  baxımından  təkmilləşdiriləcək   və  TAS M  şəbəkəsinə  birləşdiriləcəkdir. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə