Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   18   19   20   21   22   23   24   25   26

70 

 

görülməsini tələb edir. Bununla əlaqədar, kosmik sənaye kompleksinin perspektiv 



inkişafı üçün aşağıda qeyd edilənlər aktual hesab olunur: 

 

peyk  rabitə  və  yayım  xidmətlərinin  daha  cəlbedici  olması  və  geniş  əhali 



kütləsi üçün nəzərdə tutulması; 

 

orbitə yeni çıxarılan peyklərin rəqabət qabiliyyətinin artırılması; 



 

fiksasiya  olunmuş  peyk  sistemləri  peyklərinin  kommersiya  effektliliyinin 

artırılması; 

 

yeni  peyklər  vasitəsilə  təqdim  olunan  xidmətlərin  qiymətlərinin 



tənzimlənməsi; 

 

yeni 



peyklər 

vasitəsilə 

göstərilən 

xidmətlərin 

infrastrukturunun 

təkmilləşdirilməsi; 

 

peyk  rabitə  sistemlərinin  yerüstü  yayım  xidmətləri  ilə  inteqrasiyasının 



genişləndirilməsi. 

Peyk  rabitəsi  xidmətlərinin  respublikada  daha  geniş  və  keyfiyyətli  təşkili 

məqsədi  ilə  Azərbaycana  məxsus  peykin  geostasionar  orbitə  çıxarılması  xüsusi 

ə

həmiyyət  kəsb  edir.  Bu  məqsədlə  bir  telekommunikasiya  peykinin  orbitə 



çıxarılması planlaşdırılır. Azərbaycan telekommunikasiya peykinin C və Ku band 

tezlik  diapazonunda  fəaliyyət  göstərməsi  Avropanın  tam,  Asiyanın  isə  böyük  bir 

hissəsini əhatə edəcəyi planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi, televiziya 

və  radio  yayımları,  yüksəksürətli  internet,  multimedia  xidmətləri  göstəriləcək  və 

korporativ VSAT şəbəkələri yaradılacaqdır. 

Dövlət Proqramında aşağıdakı əsas strateji məqsədlər nəzərdə tutulur: 

 

gələcək inkişaf üçün potensialın yaradılması; 



 

milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi; 

 

qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi; 



 

dövlət  orqanlarının,  hüquqi  və  fiziki  şəxslərin  peyk  şəbəkələrinə  qoşulma 

imkanlarının təmin edilməsi; 

 

peyk  sistemləri,  onların  idarə  edilməsi  və  istismarı,  eyni  zamanda,  kosmik 



sənayenin yaradılması və inkişafı üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi; 

 

kosmik sənaye sahəsinə investisiyaların cəlb edilməsinə şəraitin yaradılması; 




71 

 

 



respublika  ərazisinin  peyk  rabitəsi,  radio  və  televiziya  yayımı  ilə  təmin 

edilməsi; 

 

dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi; 



 

respublika  ərazisində  ətraf  mühitin  monitorinqi  və  texnogen  mənşəli 

fövqəladə  halların  proqnozlaşdırılması  və  tədqiqi  üzrə  araşdırmaların  aparılması, 

dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi; 

 

respublikanın  beynəlxalq  kosmik  proqramlarda  iştirakına  şəraitin 



yaradılması; 

 

kosmik 



sənayenin 

inkişafının 

təmin 

edilməsi, 



yerli 

istehsalın 

stimullaşdırılması və onun ixrac potensialının dəstəklənməsi; 

 

kosmik sənaye və peyk sistemləri sahəsində mütəxəssislərin hazırlanması; 



 

strateji əhəmiyyətli infrastruktur obyektlərin təhlükəsizliyinin təmin edilməsi 

məqsədi ilə monitorinqin aparılması. 

 

kosmik sənayenin yaradılması və inkişafı. 



  

Proqramın  həyata  keçirilməsinin  əsas  istiqamətləri.  Dövlət  Proqramında 

qarşıya  qoyulan  məqsədə  nail  olmaq  üçün  aşağıdakı  istiqamətlərdə  işlərin  həyata 

keçirilməsi nəzərdə tutulur: 

 

struktur-təşkilati məsələlərin həll edilməsi; 



 

telekommunikasiya peykinin orbitə çıxarılması və idarə edilməsi; 

 

peyk  vasitəsilə  alınan  kosmik  informasiyanın  qəbulu  və  emalının 



təşkil edilməsi; 

 

kadrların hazırlanması. 



Təşkilati-struktur məsələlər. Azərbaycan Respublikasında kosmik sənayenin 

yaradılması,  kosmik  informasiyanın  qəbulu  və  emalı  Azərbaycan  Respublikası 

Müdafiə  Sənayesi  Nazirliyinin  Milli  Aerokosmik  Agentliyi,  telekommunikasiya 

peykinin  idarə  edilməsi  və  istismarı  isə  yeni  yaradılması  nəzərdə  tutulan 

«Azərkosmos» ASC tərəfindən həyata keçiriləcəkdir. Peyk sistemləri, onların idarə 

edilməsi  və  istismarının  mövcud  qanunvericiliyə  uyğun  təşkili  məqsədi  ilə 

normativ  hüquqi  aktların  və  normativ  sənədlərin  hazırlanması  da  zəruri  hesab 

edilir. 




72 

 

 Peykin  orbitə  çıxarılması  və  idarə  edilməsi.  Telekommunikasiya  peykinin 

orbitə  çıxarılması  üçün  aşağıdakı  sahələrin  öyrənilməsi  və  tədbirlərin  həyata 

keçirilməsi nəzərdə tutulur: 

 

Azərbaycan  Respublikasına  BT   tərəfindən  ayrılmış  orbital  mövqelərin 



imkanlarının artırılması üçün təkliflərin hazırlanması; 

 

telekommunikasiya peyki üçün optimal orbital mövqenin seçilməsi; 



 

peykin  orbitə  çıxarılması  üçün  texniki-iqtisadi  əsaslandırmanın 

hazırlanması; 

 

peykin istehsalçısı, buraxılma vasitəsi və sığorta şirkətlərinin seçilməsi; 



 

peykin idarə edilməsi və istismarı üzrə yerüstü sistemin quraşdırılması; 

 

telekommunikasiya peykinin orbitə çıxarılması. 



Telekommunikasiya  peyk  şəbəkəsinin  inkişafı  üzrə  aşağıdakı  tədbirlərin 

həyata keçirilməsi nəzərdə tutulur: 

 

telekommunikasiya peykinin idarə edilməsi sisteminin yaradılması; 



 

teleradio  yayımı,  fiksasiya  olunmuş  rabitə  sistemlərinin  kosmik 

kompleksinin yaradılması; 

 

çoxfunksiyalı kosmik retranslyasiya sistemlərinin təşkili; 



 

çoxfunksiyalı fərdi kosmik rabitə və verilənlərin ötürülməsi; 

 

peyk  rabitəsinin  yayım  texnologiyası  üzrə  yeni  texniki  komplekslərin 



yaradılması. 

Kosmik  sənayenin  yaradılması  və  inkişafı.  Respublikada  kosmik  sənayenin 

yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar aşağıdakı işlərin görülməsi nəzərdə 

tutulur: 

 

ilk  mərhələdə  kosmik  sənayenin  yaradılması  məqsədi  ilə  hazır  sistemlərin 



alınaraq geniş tətbiq edilməsi, effektivliyinin öyrənilməsi və ölkədə istehsalı üçün 

təkliflərin hazırlanması; 

 

kosmik  avadanlıqların  əsas  hissələri  xaricdən  alınmaqla,  respublikada 



müxtəlif avadanlıqların yığılması və istehsalının təşkili; 

 

kosmik sənaye avadanlıqlarının istehsalının əsas profillərinin yerli bazasının 



yaradılması; 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə