Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   18   19   20   21   22   23   24   25   26

73 

 

 



kiçik peyklərin hazırlanması və orbitə çıxarılması üçün texnoloji potensialın 

yaradılması imkanlarının öyrənilməsi; 

 

kosmik informasiyanın qəbulunun və emalının təşkil edilməsi. 



Kadrların  hazırlanması.  Peykin  idarə  edilməsi  və  istismarı,  kosmik 

avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı 

Dövlət  Proqramının  uğurla  yerinə  yetirilməsi  üçün  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Kosmik  sənayenin  yeni  sahə  olduğu  nəzərə  alınaraq,  bu  məqsədlə  aşağıdakı 

istiqamətlər  üzrə  ABŞ  və  Avropada  qısamüddətli  kadr  hazırlığının  aparılması 

nəzərdə tutulur: 

 

peykin idarə olunması və istismarının təşkili üzrə; 



 

peyk xidmətləri və marketinq üzrə; 

 

orbital mövqenin koordinasiyasının aparılması və digər kosmik operatorlarla 



ə

laqənin tənzimlənməsi üzrə; 

 

kosmik informasiyanın qəbulu və emalı üzrə; 



 

müasir tələblərə cavab verən kosmik sənayenin yaradılması üzrə. 

Kadr  hazırlığının  aparılması  məqsədilə  yerli  ali  təhsil  müəssisələrində 

müvafiq  elmi-tədris  və  praktiki  bazanın  yaradılması  imkanları  nəzərdən 

keçiriləcəkdir. 

Maliyyə mənbələri. Dövlət Proqramının maliyyə mənbələri aşağıdakılardır: 

 

dövlət büdcəsi; 



 

daxili və xarici investisiya; 

 

texniki-maliyyə yardımları, kreditlər və qrantlar; 



 

qanunvericiliklə qadağan olunmayan digər mənbələr. 

Gözlənilən  nəticələr.  Dövlət  Proqramının  həyata  keçirilməsindən  gözlənilən 

nəticələr aşağıdakılardır: 

 

respublika əhalisinin yüksək keyfiyyətli teleradio yayımı ilə təmin edilməsi; 



 

dövlət orqanlarının dayanıqlı xüsusi rabitə xidmətləri ilə təmin olunması; 

 

peyk  rabitə  xidmətləri  istifadəçilərinin  Azərbaycanın  telekommunikasiya 



peykindən istifadəsinə şəraitin yaradılması; 


74 

 

 



Azərbaycanın  xarici  ölkələrdəki  səfirlik  və  diplomatik  nümayəndəlikləri  ilə 

birbaşa və etibarlı kosmik rabitənin yaradılması; 

 

ölkənin informasiya təhlükəsizliyinin gücləndirilməsi və qorunmasının təmin 



edilməsi; 

 

ölkənin digər peyk şəbəkələrindən asılılığının aradan qaldırılması; 



 

yüksəksürətli peyk internet xidmətinin təşkili; 

 

fövqəladə  hallar  zamanı  ölkənin  istənilən  bölgəsindən  informasiyanın  əldə 



olunması və idarəetmənin təşkili; 

 

kosmik informasiyanın qəbulu, emalı, qorunması, paylanması və istifadəsinə 



xidmət  edən  yerüstü  infrastrukturun  yaradılması  və  inkişafı  yollarının 

müəyyən edilməsi; 

 

məhsul  istehsalında  və  xidmətlərin  göstərilməsində  peyk  şəbəkəsindən 



istifadənin təşkili; 

 

mobil  abonentə  multimedia  peyk  yayımı  xidmətlərinin  təqdim  edilməsi 



(interaktiv video); 

 

kadr  hazırlığının  təmin  edilməsi  və  insan  kapitalının  inkişafı  üçün  yeni 



imkanların yaradılması. 

 

 



 

 

 



 

 

 



 

 

 




75 

 

NƏT CƏ VƏ TƏKL FLƏ



 

Aparılan  tədqiqatın  nəticələri  əsasında  elmi-texniki  məhsullar  bazarının 

fəaliyyət modeli və TMK –ın elmi-texniki sferada hərəkətverici rolu aşağıdakılarla 

xarakterizə olunur.  

Elmi-texniki məhsullar bazarı mal və xidmətlər bazarından aşağıdakılarla fərqlənir: 

1.

  Təbiətinə görə bu bazar “satıcı” bazarıdır. Tələbin təklifdən üstunlüyü halları 



mövcuddur;

 

2.



   Elmi-texniki məhsulların alıcıları professionallardır. Alışın məqsədi məhsulu 

ə

ldə edən müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsidir;



 

3.

  Mal bazarına nısbətən bu bazar  törəmə  bazardır, başqa sözlə yeniliyə  tələb 



mala  (xidmətə)  olan  tələblə  müəyyən  olunur.    Buna  görə  də  elmi-texniki 

məhsullar  bazarının  həcmi  yeniliyin  makro  və  mikro  səviyyədə  tətbiqinin 

fəallığından asılıdır;

 

4.



  Bu  bazarın  xarakterık  cəhəti  elmi-texniki  məhsulun  təqdim  olunduğu 

müəyyən  “yerin”      və  ya  mal  bazarı  terminologiyasında  olduğu  kimi  satış 

kanalları  formasının  mövcud  olmamasıdır.  Belə  məhsullarin  mübadiləsi  hər 

ş

eydən əvvəl infrastruktur inkişafın vacibliyini zəruri edir;



 

5.

  Elmi  texniki  məhsullar  bazarında  satışın  spesifik  forma  və  metodlarından 



istifadə olunur;

 

6.



    Elm və texnikanın nailiyyətləri mal formasında məhduddur. 

 

Müasir  qloballaşan  dünya  iqtisadiyyatında  informasiyanın  və  ya  texnoloji 



biliklərin  ötürülməsi  bir  sıra  risklər  yaradır.  Buna  görə  də  yenilikləri  öyrənmək 

məqsədilə  xaricə  getmiş  hər  hansı  bir  firmanın  əməkdaşı  müəyyən  baryerlərlə 

qarşılaşmış olacaqdır. 

stehsalın  digər  amillərində  olduğu  kimi  texnologiyaların  beynəlxalq 

mübadiləsi  zamanı  da  bir  sıra  ciddi  maneələr  meydana  gəlir.  Hər  bir  dövlət 

texnologiyaları  mümkün  olduqca  öz  ölkəsi  sərhəddləri  daxilində  saxlamağa  səy 

göstərir. Bunun üçün isə texnologiyaların daşınmasına dövlət tərəfindən qadağalar 



76 

 

və ya məhdudiyyətlər qoyulur. Burada əsas məqsəd ölkənin maksimal həddə yeni 



texnologiyalarla “silahlanması” və bununla da beynəlxalq bazarlarda üstun duruma 

malik olmasıdır.  

Digər  amillərə  isə  milli  təhlükəsizlik,  siyasi  və  ideoloji  motivlər  aiddir.  Bir 

sıra dövlətlər isə texnologiya idxalını xarici rəqabətdən qorunmaq və işçi yerlərinin 

saxlanılması məqsədilə məhdudlaşdırır. Bundan başqa yerli texnoloji standartların 

xaricdən  gələn  texnologiyalarla  üst-üstə  düşməməsi  də  bu  tipli  məhdudiyyətlərə 

səbəb ola bilər. 

Bu sahədə dövlət və beynəlxalq tənzimlənmə bir sıra səbələrdən irəlisenziya 

gələ  bilər.  Ən  başlıca  səbəb  isə  təbii  ki,  beynəlxalq  bazarlarda  kəskin  rəqabət 

mübarizəsidir. 



Texnoloji  liderliyin  əldə  saxlanılması.

  Bu  səbəbdən  irəli  gələn  dövlət 

tənzilmlənməsi  əsasən  texnologiyalar  sahəsində  aparıcı  inkişaf  etmiş  ölkələrdə 

həyata  keçirilir.  Bu  zaman  hər  hansı  texnologiyaların  istehsalı  və  istifadə 

edilməsində  digərlərinə  nisbətən  üstün  durumda  olan  dövlətlər  texnologiyaların 

ölkədən  çıxarılmasını  tam  və  ya  qismən  məhdudlaşdırır  və  bununla  da  dünya 

bazarında  liderliyini  qorumuş  olur.  Amma  texnoloji  liderlik  hələ  iqtisadi  liderlik 

demək deyil. Texnoloji lider ölkələr kifayət qədər iri həcmli xərclərə malikdirlər. 

Bura bahalı işçi qüvvəsinin, patent və lisenziyaların əldə edilməsi və saxlanılması 

aiddir. Texnoloji liderliyə can atmayan ölkələr hər bir qiymətlə hazır texnologiyanı 

və bu texnologiyanın əsasında hazırlanan məhsulu əldə edə bilir. 

Milli təhlükəsizliyin qorunması.

 Dövlət hər şeydən öncə hərbi texnologiyanın 

təhlükəsizliyinin  qorunmasında  maraqlıdır.  Buna  nümunə  kimi  80-ci  illərin 

sonlarına  qədər  Fransa  istisna  olmaqla    NATO-nun  15  ölkəsinin  Koordinasiya 

komitəsi  tərəfindən    keçmiş  sosialist  ölkələrinə  xüsusən  hərbi  texnologiyanın 

ixracına  nəzarət  edilməsini  göstərmək  olar.  Ümumiyyətlə  “soyuq  müharibə” 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə