Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   18   19   20   21   22   23   24   25   26

77 

 

dövründə bu ölkələr arasında qarşılıqlı idxal-ixrac əməliyyatları həddən artıq ciddi 



nəzarətdə idi. 

Beynəlxalq  razılaşmaların  şərtləri.

  Çoxtərəfli  razılaşmaların  icrası  zamanı 

iştirakçı  ölkələr  texnologiyaların  satışına  ciddi  nəzarət  edir.  Burada  əsas  məqsəd 

texnologiyanın  kimyəvi,  bakterioloji,  raket  silahlarının  hazırlanmasında  potensial 

vasitə  kimi  istifadə  edilmə  ehtimalını  aradan  qaldırmaqdır.  Bu  tip  silah-sursatın 

hazırlanması ciddi qadağalar və ya sərt beynəlxalq nəzarət altındadır.  

Beynəlxalq razılaşmalara uyğun olaraq daha bir qrup texnoloji avadanlıqların 

idxal  və  ixracı  nəzarətdə  olur.  Bu  tip  texnologiya  və  informasiyalara  sülh 

məqsədilə  istifadə  olunan  mateial,  avadanlıqların  istehsalında  istifadə  olunan, 

bununla  belə  kütləvi  qırğın  silahlarının  hazırlanmasında  istifadəsi  mümkün  olan 

texnologiyalar aiddir.  

nnovasiyaların  və  elmi-texniki  biliklərin  qloballaşdırılması  üç  formada 

həyata keçirilə bilər. Birinci kateqoriya milli müəssisələr və TMK-lar fərdi olaraq 

öz  ölkələrində  təkmilləşdirilmiş  texnologiyaların  beynəlxalq  kommersiyalaş-

dırılması  ilə  məşğul  olur.  kinci  kateqoriya  yerli  müəssisə  və  TMK-ları,  elmi-

araşdırma  mərkəzlərini  özündə  cəmləşdirən  xüsusi  və  dövlət  elmi  institutlarının 

beynəlxalq əməkdaşlığı aiddir.  

Dünya  Bankının  tədqiqatlarında 

KT  sektorunun  MDM-də  payı 

iqtisadiyyatın  keyfiyyət  xarakteristikası  göstərəcilərindən  birini  təşkil  edir.  Bu 

gəstəricinin  5-10  %  arasında  olmsı  ölkəni  “effektiv  iqtisadiyyat”  kateqoriyasına, 

aşagı  səviyyəsi  isə  “amil  iqtisaiyyatına”  aid  etməyə  əsas  verir.  KT  sektorunun 

regional  tendensiyalarını  əsas  xidmətlərə  qiymətlərin  aşagı  düşməsi  və  yeni 

texnologiyaların artımı təşkil edir.  

Hazırda dünyada   KT əsaslı mal və xidmətlərin ixracında əsas ölkələr Asiya 

regionun iki əsas ölkəsi Hindistan və Çindir. 

 

2012-ci  ildə  Asiya  və  Sakit  Okean  regionu  ölkələrində  informasiya 



texnologiyalarının  rolu  artan  tendensiyalarla  xarakterizə  olunur.  Dünya  Bankı  və 


78 

 

qtisadi  nkişaf  və  Əməkdaşlıq  Təşkilatı  son  illərin  hesabatlarında    Avropa  və 



Ş

imali  Amerika  ilə  müqayisədə  regionun  böyük  potensialının  əhəmiyyətini 

xüsusilə  qeyd  edir.  Effektiv  iqtisadiyyata  yönəlmə  baxımından  Asiya  və  Sakit 

Okean  regionu  ölkələri  (Çin  və  Hindistan)  korporasiyaları  inkişaf  etmiş  ölkələrlə 

müqayisədə  yeni  rəgabət  üstünlükləri  əldə  etməkdədirlər.  Belə  bir  imkanlar 

Avropa  və    Şimalı  Amerika  trans  milli  şirkətləri  üçün  regionda  əməkdaşlıq 

potensialını artırır. 

Apple, Samsung Elektroniks qrupu, LG Group, HTC, BlackBerry  və Sony 

Corporation

 

 yüksək texnologi üstunluklərə malik olan aparıcı telekommunikasiya, 



informasiya  və  kompyuter  avadanlıqları  istehsalçı  korporasiyaları  kimi  dunya 

bazarında hakim mövqelerə malikdir. 

Milli  informasiya  və  kommunikasiya  infrastrukturunun  mütərəqqi 

texnologiyalar  əsasında  müasirləşdirilməsi,  informasiya  cəmiyyətinin  inkişafı 

Azərbaycanda  inkişaf  strategiyasının  əsas  istiqamətlərindən  biridir.  Inforasiya  və 

biliklərə  əsaslanan  raqabətədavamlı  iqtisadiyyatın  qurulması,  ölkənin informasiya 

məhsulları  və  xidmətlərinə  tələbatının  dolgun  ödənilməsi  məqsədilə  KT 

infrastrukturuna və xidmətlərinə çıxışın təmin olunması əsas prioritetlərdən birinə 

çevrilmişdir.  Bu  strategiyanın  reallaşdırılması  öz  növbəsində  beynəlxalq  

ş

irkətlərlə əlaqələrin inkişafını şərtləndirir.    



Azərbaycan  Respublikasında  güclü  iqtisadiyyatın  yaradılması,  cəmiyyətin 

demokratikləşməsi,  əhalinin  rifahının  yüksəldilməsi  və  insan  inkişafının  təmin 

edilməsi  istiqamətlərində  çoxşaxəli  fəaliyyət  həyata  keçirilir.  Görülən  işlər,  eyni 

zamanda,  Azərbaycanın  siyasi,  hüquqi,  iqtisadi,  sosial  və  digər  sahələrində 

beynəlxalq əlaqələrinin genişlənməsinə, qloballaşan dünyada etibarlı tərəfdaş kimi 

mövqeyinin möhkəmləndirilməsinə xidmət edir və ölkənin müdafiə qabiliyyətinin 

artırılmasına,  ərazi  bütövlüyünün  bərpa  edilməsinə  və  qorunub  saxlanılmasına, 

davamlı inkişafının təmin edilməsinə yönəlmişdir.

 

Qeyd  olunan  məsələlərin  həllində  rabitə  və  informasiya  texnologiyalarının 



xüsusi  yeri  vardır  və  sahənin  inkişaf  səviyyəsi  qarşıya  qoyulan  məqsədlərə 

çatmağa  təsir  edən  amillərdəndir.  Müxtəlif  dövlətlərdə,  xüsusən  də  inkişaf  etmiş 




79 

 

dövlətlərdə  bu  məqsədlə  informasiya  cəmiyyətinin  və  biliklərə  əsaslanan 



iqtisadiyyatın  formalaşdırılmasına  səy  göstərilir  və  bu  fəaliyyət  BMT-nin 

Minilliyin Sammitində müəyyən edilmiş inkişaf məqsədləri ilə tam uzlaşır. 

Azərbaycan Respublikasında da bu sahədə məqsədyönlü fəaliyyət aparılır və 

informasiya  texnologiyaları  sahəsi  ölkənin  inkişaf  prioritetlərinə  daxil  edilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti tərəfindən 2003-cü il  fevralın 17-də  1146 

nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə 

informasiya-kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003-2012-ci 

illər)” və yaxın 10 il ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirmişdir. 

Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyaları  sahəsi  son 

illərdə  ardıcıllıqla  inkişaf  etdi.  Bu  illər  ərzində  bu  sahəyə  ümumi  investisya 

qoyuluşunun  həcmi  təxminən  500  milyon  ABŞ  dolları  təşkil  etmişdir  və  bunun 

70%-i  xarici  investisyalar  olmuşdur.  Xüsusi  qeyd  olunmalıdır  ki,  daxili 

investisyaların  həcmi  də  artmaqdadır.  Nəticədə  müxtəlif  sahələrdə  fəaliyyət 

göstərən  yeni  birgə  müəssisələr  yaradılmışdır.  Ölkədə  mobil  telefon  operatorları 

kimi  “Azercell  Telekom  MMM”  BM  və  “Bakcell  LTD”  MMC,  yerli  telefon 

rabitəsi  sahəsində  isə  “AzEuroTel”,  “Catel”,  “Ultel”  birgə  müəssisələri 

yaradılmışdır və xidmət göstərirlər.  

Respublikada  rabitə  sahəsinin  ÜDM-dəki  payı  2,3%-dir,  inkişaf  etmiş 

ölkələrdə  bu  göstərici  təxminən  5-7%  təşkil  edir.  Rabitə  infrastrukturunun 

modernləşdirilməsi əsas məsələlərdən biridir. 

Hazırda  respublikada  kosmik  texnika  və  texnologiyaların  yaradılması  və 

aerokosmik  məlumatlardan  istifadə  etməklə,  müxtəlif  tətbiqi  məsələlərin  həlli  ilə 

bilavasitə  məşğul  olan  dövlət  qurumu  —  Azərbaycan  Respublikası  Müdafiə 

Sənayesi  Nazirliyinin  (MSN)  tabeliyində  Milli  Aerokosmik  Agentliyi  (MAKA) 

fəaliyyət  göstərir.  Öz  fəaliyyəti  dövründə  MAKA-da  kosmik  cihazqayırma, 

peykaltı  sistemlərin  və  komplekslərin  yaradılması  istiqamətində  mühüm 

nailiyyətlər  əldə  edilmiş,  keçmiş  SSR   Hərbi  Sənaye  Kompleksinin,  Müdafiə 

Nazirliyinin,  Maşınqayırma  Nazirliyinin  və  Elmlər  Akademiyasının  qurumları  ilə 

sıx  əlaqə  yaradılmış,  müxtəlif təyinatlı layihələr həyata keçirilmişdir.  MAKA-nın 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə