Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   2   3   4   5   6   7   8   9   ...   26

 

texniki  yenilik  və  ixtiraların  lisenziyalar  şəklində  əldə  olunaraq  istifadə  etməsi 



artıq adi hala çevrilmişdir. 

XXI əsrdə Azərbaycan iqtisadiyyatında baş verən məlum dəyişiklər və bunun 

nəticəsi kimi iqtisadi inkişafın təmayülləri milli iqtisadiyyatımızın dünya bazarının 

digər sektorlarında olduğu kimi, texnologiyalar bazarında da aktiv iştirak etməsinin 

ə

sas  səbəbidir.  Bu  müddətdə  köhnə  iqtisadi  münasibətlərin  qırılması,  ənənəvi 



istehsalın əsasən  dəyişməsi, sahibkarlığın yeni inkişafı,  investisiyaların artması və 

strateji  valyuta    ehtiyatları  elmi-texniki  biliklər  bazarının  əsaslı  bazasının 

yaradılması üçün real prosesə çevrilmiş oldu. 

Ümumiyyətlə,  müasir  elmi-texniki  biliklər  bazarının  dominant  qüvvələri 

TMK-lar  hesab  olunur.  TMK-ların  müxtəlif ölkələrdə  elmi-texniki təcrübələrə və 

araşdırmalara ayırdıqları maliyyə vəsaitləri müxtəlif məqsədlər daşıya bilər: 

o

  Adaptiv araşdırmalar; 



o

  Lokal  və  ya  regional  bazarlar  üçün  nəzərdə  tutulan  istehsal  prosesini 

təkmilləşdirən elmi araşdırmalar; 

o

  Qlobal istehsal üçün nəzərdə tutulan innovasiya tətqiqatları; 



o

  Texnoloji liderlik tətqiqatları. 

Adaptiv  tətqiqatlar  da  müxtəlif  istiqamətli  ola  bilər:  əsas  istehsal  prosesinin 

təchiz  edilməsi  və  ya  idxal  olunmuş  texnologiyanın  yenilənməsi.  Ümumiyyətlə, 

hər bir TMK texnoloji cəhətdən adaptasiya mərhələsini keçmək zərurəti ilə üzləşir. 

Bunu  zəruri  edən  əsas  şərtlərə  isə,  hər  bir  ölkənin  özünəməxsus  texnoloji  inkişaf 

səviyyəsi,  yerli  işçi  qüvvəsinin  texnologiyaları  mənimsəmə  dərəcəsi  və  s.  aid 

etmək  olar.  Texnoloji  inkişafın  müxtəlif  mərhələlərini  keçən  nəhəng  TMK-lar 

yekunda  ən  son  elmi-texniki  ixtiralar  və  onların  istehsal  prosesində  istifadəsinə 

görə dünya liderlərinə çevrilmiş olurlar. 



 


10 

 

I FƏS L. ELM -TEXN K  MƏHSULLARLA BEYNƏLXALQ T CARƏT N 



NK ŞAF AM LLƏR  VƏ XÜSUS YYƏTLƏR   

 

 



1.1.  Beynəlxalq elmi-texniki resurslarla mübadilə və onun iqtisadi 

ə

həmiyyəti



 

 

XX  əsrin  ortalarından  başlayaraq  beynəlxalq  iqtisadi  münasibətlərin  (B M) 

ə

nənəvi  formaları  olan  beynəlxalq  əmtəə  ticarəti,  kapital  və  işçi  qüvvəsinin 



beynəlxalq  hərəkəti  ilə  yanaşı  yeni,  elmi-texniki  biliklərlə  beynəlxalq  mübadilə 

yaranıb  inkişaf  etməyə  başladı.  ETT  və  beynəlxalq  əmək  bölgüsünün  (BƏB) 

dərinləşməsi  isə  bu  prosesin  inkişafının  əsasını  təşkil  etmiş  oldu.  Elmi-texniki 

biliklərin  artan  komersiyalaşdırılması  isə  bu  mübadilənin  ölkə  sərhədlərini 

aşmasına səbəb oldu. 

Ümumiyyətlə,  texnologiya  dedikdə  -  kompleks  elmi-texniki  biliyin  istehsal 

prosesində istifadəsi metodları, onun təşkili və idarə olunması başa düşülür [33].  

 

 



Şə

kil 1. Texnologiya anlayışının üç əsas forması

 

 



Texnologiya 

anlayışının üç 

ə

sas forması

ə

mtəə 

texnologiyası

proses 

texnologiyası

idarəetmə 

texnologiyası



11 

 

Bir qayda  olaraq texnologiya  anlayışının üç  əsas  forması  mövcuddur:  əmtəə 



texnologiyası,  proses texnologiyası və idarəetmə texnologiyası. 

Elmi-texniki  mübadiləyə  insan  fəaliyyətinin  bütün  əsas  istiqamətləri  (elm, 

texnika,  istehsal,  idarəetmə)  cəlb  olunmuşdur:  təbiətin  dərk  olunmasının

  nəzəri 

qanunauyğunluqları  (elm),  onun  yenidən  qurulması  (texnika),  maddi  tələbatların 

yaradılması  (istehsal),  istehsal  prosesində  bir  sıra  məsələlərin  həlli  üçün  rasional 

fəaliyyət  metodları  (idarəetmə).  Bu  halda  elmi-texniki  mübadiləyə  insan 

fəaliyyətinin konkret bir sahəsi və ya bir neçəsi cəlb oluna bilər [ 5]. 

Beynəlxalq ticari-iqtisadi münasibətlərdə yalnız xammal və ərzaq ticarəti bu 

və ya digər dərəcədə coğrafi mövqedən, faydalı qazıntılardan və iqlim şəraitindən 

asılıdır.  qtisadi münasibətlərin qalan hissəsinin əsasını isə BƏB təşkil edir. BƏB-

nün  bazisi  isə  texnologiyanın  qeyri-bərabər  səviyyədə  inkişafı,  bunun  nəticəsi 

olaraq əmtəə istehsalının keyfiyyəti və rəqabətədavamlılığı nəticəsində məhsulların 

satışından əldə olunan gəlir səviyyəsidir. 

Ə

gər  kütləvi  istehlak  mallarını  istisna  etsək  onda  beynəlxalq  iqtisadi 



münasibətlərin qalan hissəsini bu və ya digər dərəcədə elmi-texniki mübadilə təşkil 

edir.  Bu  isə  iki  formada  mövcuddur:  “təmiz  formada”-  bilik,  elmi-texniki 

informasiya və təcrübə; “əşyalaşmış formada” – material, maşın və avadanlıq  [24]. 

Xarici iqtisadi münasibətlərin bu sahəsi bir tərəfdən istehsalın texniki və texnoloji 

səviyyəsinin  artırılmasına  xidmət  edirsə  digər  tərəfdən  gəlir  əldə  etməyə 

istiqamətlənmişdir.  

Texnologiyanın  beynəlxalq  mübadiləsi  –  kommersiya  və  ya  qeyri-

kommersiya əsaslarıyla elmi-texniki biliklərin ölkələrarası hərəkətidir. 

Beynəlxalq iqtisadiyyatda texnologiya daşıyıcıları ayrı-ayrı hallarda əmtəələr 

və  digər  istehsal  amilləri  ola  bilər.  Məsələn,  yüksəktexnologiyalı  əmtəələrlə 

beynəlxalq  ticarət  zamanı  texnologiya  əmtəə,  yüksəktexnologiyalı  kapitaltutumlu 



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə