Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   2   3   4   5   6   7   8   9   ...   26

12 

 

ə



mtəə  mübadiləsi  zamanı  kapital,  yüksək  ixtisaslı  elmi-texniki  kadrların 

miqrasiyası  zamanı  əmək,  hasilatı  və  emalı  zamanı  yüksək  texnologiyalardan 

istifadə olunmuş təbii resursların ticarəti zamanı torpaq kimi çıxış edir. 

Texnologiyaların beynəlxalq mübadiləsinə iki səviyyədə baxmaq olar [17]: 

  Geniş mənada – ölkələrarası elmi-texniki biliklərin və istehsal təcrübəsinin 

mübadiləsi; 

  Dar  mənada  –  konkret  texnoloji  proseslərə  aid  olan  elmi-texniki  biliklərin  

və  təcrübənin  ötürülməsi.  Bu  halda  texnologiya  kommersiya  və  qeyri-

kommersiya yolları ilə ötürülə bilər. 

Geniş  mənada  texnologiya  əsasən  qeyri-kommersiya  yolu  ilə  ötürülür.  Bu 

formalara aşağıdakılar aiddir: 

o

  Elmi-texniki nəşrlər; 



o

  Sərgi-yarmarkaların və simпoziumların keçirilməsi; 

o

  Mütəxəssislərin miqrasiyası; 



o

  Elm və texnika sahəsində əməkdaşlığa dəstək olan beynəlxalq təşkilatların 

fəaliyyəti. 

Elm və texnikanın dar mənada mübadiləsi bir qayda olaraq kommersiya yolu 

ilə həyata keçirilir. Bu formaya isə aşağıdakıları aid etmək olar [9]: 

  Sistemləşdirilmiş  elmi-texniki  informasiyadan  istifadənin  beynəlxalq 

razılaşmalar  əsasında  ötürülməsi  (transferi).  Bura  nou-hau,  patent, 

qeydiyyata alınmış əmtəə nişanları, sənaye nümunələri və s. aiddir. 

  Yeni texniki-texnoloji biliklər əsasında maşın və avadanlıqların yaradılması 

(texnologiyanın əşyalaşdırılması); 

  xtisaslı işçi qüvvəsinin hazırlanması; 

  njinirinq xidmətləri; 

  darəetmə müqavilələri və s. 



13 

 

Texnologiya özündə sistemləşdirilmiş elmi-texniki bilikləri əks etrdirən qeyri-



maddi  bir  obyektdir.  Buna  baxmayaraq  texnologiya  beynəlxalq  münasibətlər 

kanalında  məhz  bu  və  ya  digər  maddi-əşya  formasında  iştirak  edir.  Elmi-texniki 

biliklərin beynəlxalq mübadiləsi BMT-nin ticarət və inkişaf Konfransı (UNCTAD) 

tərəfindən  hazırlanmış  “Texnologiyaların  ötürülməsi  haqqında  beynəlxalq 

kodeks”lə müəyyənləşir. Texnologiyaların  və  texniki  yeniliklərin  mübadiləsini 

tənzimləyən sövdələşmələrin növləri bu kodeksdə öz əksini tapmışdır: 

1.

  stehsal  mülkiyyətinin  bütün  formalarının  lisenziya  əsasında  ötürülməsi, 



satışı  və  ya  təqdim  olunması.  Bu  zaman  əmtəə  nişanları  və  firmaya  məxsus 

nişanlar  istisna  təşkil  edir.  Müasir  lisenziya  razılaşmaları  kəşfin,  ixtiranın 

lisenziarın  istifadəsinə  verilməsi  ilə  kifayətlənmir,  bütünlükdə  lisenziara  texniki 

təcrübənin, istehsal sirlərinin ötürülməsini özündə əks etdirir. 

2.

  “Nou-hau”nun və texniki təcrübənin verilməsi. “Nou-hau” müqavilələri ilə 



lisenziya sövdələşmələri arasında müəyyən fərqlər mövcuddur. Bu fərqin əsasında 

texnologiya və ya ixtira sahibinin onu patentləşdirməyərək texnologiyanın birbaşa 

satılmasından gəlir əldə edilməsi durur. 

3.

  Arenda,  alış,  lizniq  və  ya  digər  bir  yolla  əldə  olunmuş  yarımfabrikat  və 



materialların, maşın və avadanlıqların montaj və istifadə olunması üçün zəruri olan 

texnoloji biliklərin təqdim olunması. 

4.

  Maşınların,  avadanlıqların,  yarımfabrikatların  və  materialların  texniki 



tərəfləri ilə bağlı sənaye və texniki əməkdaşlıq. 

5.

  njinirinq  xidmətlərinin  göstərilməsi: elmi-texniki  konsultasiyalar; tikinti, 



investor  və  texniki  nəzarət;  qısa  və  uzunmüddətli  məsləhət  xidmətləri;  yeni 

texnologiyaların  layihələşdirilməsi;  dəqiq  ixtisaslaşdırılmış  işlərin  həyata 

keçirilməsi ilə bağlı texniki əməkdaşlıq. 



14 

 

6.



  Elmi-texniki  və  istehsal  kooperasiyası  çərçivəsində  texnologiyaların 

ötürülməsi (müqavilə əsasında və ya birgə müəssisələrin yaradılması formasında).  

7.

  nvestisiya  əməkdaşlığı  çərçivəsində  texnologiya  mübadiləsi.  Bu  zaman 



təkcə  texnologiyaların  maddi  formada  reallaşdırılması  deyil,  həm  də  “təmiz 

formada” – mütəxəssislərin hazırlanması, tikintilərdə şef-nəzarətçilərin qoyulması, 

iş çertyojlarının təqdim olunması və s. formalarda mübadiləsi baş verir. 

Elmi-texniki  biliklərin  beynəlxalq  mübadiləsi  bir  qayda  olaraq  bir  neçə 

mərhələdən keçir: 

  Texnologiyanın seçilməsi və əldə edilməsi; 

  Texnologiyanın mənimsənilməsi və adaptasiyası; 

  Texnologiyanın  təkmilləşdirilməsi  və  onun  elm  və  texnikanın  qabaqcıl 

sahələrində tətbiq edilməsi. 

Ümumilikdə  isə  elmi-texniki  biliklərin  ötürülməsi  bir  sıra  kanallarla  həyata 

keçirilə bilər ki, bu kanallara aşağıdakıları aid etmək olar: 

 

Şə



kil 2.

 Elmi-texniki biliklərin ötürülməsi  kanallarы 

 

Xarici  ticari  kanallar  –  texnologiyanın  maşın  və  avadanlıqlarla  birlikdə 



ötürülməsi.  

Elmi-texniki 

biliklərin 

ötürülməsi  

kanallarы

Xarici ticari 

kanallarы

Firmadaxaili

Firmalararası


15 

 

Firmadaxaili.  Yeni  texnologiyaların  TMK-ların  filialları  və  ya  qız 



kompaniyaları arasında ötürülməsi. Təqribən dünya lisenziya ticarətinin 2/3 hissəsi 

məhz bu kanallar vasitəsilə reallaşdırılır. 

Texnologiyanın  TMK-lar  arasında  bu  tipli  aktiv  yerdəyişməsi  bir  sıra 

amillərlə bağlıdır: 

 

Yeni  texnologiyalardan  daha  geniş  və  sərbəst  istifadə  olunması.  Bu  zaman 



elmi-texniki nəaliyyətlərin verdiyi “inhisarçılığın” itirilməsi təhlükəsi olmur; 

 

Elmi araşdırmalar və layihə-təcrübə işlərinə sərf olunan xərclər azaldılır; 



 

Ana  kompaniyanın  gəlirləri  artır.  Beləki,  bir  sıra  ölkələrdə  yeni 

texnologiyaların əldə olunmasına çəkilən xərclər vergilərdən azad olunur. 

Bundan  başqa  texnologiyanın  satılması  zamanı  TMK-lar  üçün  ölkələrin 

gömrük  sərhədlərindəki  “maneələr”  aradan  qalxır.  Beləki  texnologiyanın  ardınca 

həmin idxalçı ölkələrə əmtəə və xidmətlər də daxil olur. 

Firmalararası.  Bu halda  söhbət  xarici  firmalar  arasında  əməliyyat,  idarəetmə 

və digər sahələrdə lisenziya sövdələşmələrindən gedir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə