Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   2   3   4   5   6   7   8   9   ...   26

16 

 

1.2. Elmi-texniki məhsullarla və biliklərlə beynəlxalq mübadilənin formaları 



 

Elmi-texniki  biliklərin  beynəlxalq  mübadiləsi  aşağıdakı  formalarla  həyata 

keçirilə bilər [4]: 

Patent  razılaşmaları

  –  xtiradan  istifadə  olunmasının  öz  sahibindən  patent 

alıcısına  verilməsini  şərtləndirən  beynəlxalq  ticarət  sövdələşməsidir.  Bu  tip 

razılaşmalara bir qayda olaraq kiçik firmalar üstünlük verir. Beləki, kəşf olunmuş 

yeniliyin, ixtiranın təkmilləşdirilməsi və ondan praktik məqsədlərlə istifadə etmək 

belə firmaların imkanları xaricində olur. 



Lisenziya  razılaşmaları

  –  yeni  texnologiyadan  istifadənin  qarşı  tərəfə 

müəyyən çərçivədə verilməsini nəzərdə tutan beynəlxalq ticarət sövdələşməsidir. 

“Nou-hau

”  –  stehsal  sirrlərinin  və  texniki  təcrübənin  təqdim  olunması.  Bu 

halda istehsalın texnoloji, idarəetmə,  maliyyə xarakterləri bütünlükdə digər tərəfə 

təqdim  olunur.  Alqı-satqı  predmeti  kommersiya  qiyməti  olan  patentləşdirilməmiş 

ixtira olur. 

njinirinq

  –  Alınmış  və  ya  icarəyə  götürülmüş  maşın  və  avadanlıqların 

montaj-quraşdırılma  və  istifadəsi  üçün  zəruri  olan  texnoloji  biliklərin  təqdim 

olunması.  Bura  layihənin  texniki-iqtisadi  əsasının  hazırlanması,  nəzarət, 

konsultasiya,  layihələşdirmə,  təcrübə,  zəmanət  xidmətlərinin  görülməsi  kimi 

kompleks tədbirlər aiddir. 

Beynəlxalq səviyyədə elmi-texniki biliklərin mübadiləsinin ən geniş yayılmış 

forması  lisenziya  ticarətidir.  Beynəlxalq  ticarətin  bu  növü  özündə  “nou-hau”, 

patent və ixtira lisenziyaları sövdələşmələrini əks etdirir. 

Lisenziya  ticarətinin  predmeti  isə,  texnoloji  təcrübədən,  ixtiradan  istifadə 

lisenziyası,  istehsal  sirrləri,  əmtəə  nişanları  və  s.  olur.  xtira,  texniki  biliyin,

 

təcrübənin,  əmtəə  nişanlarının  ölkə  sərhədlərindən  kənarda  satılması  xarici 



lisenziyalaşdırma adlanır. 


17 

 

Lisenziya  sövdələşmələri  lisenziar  və  lisenziat  arasında  həyata  keçirilir. 



Lisenziar  –  Müqavilə  predmetindən  istifadə  hüquqlarını  müəyyən  olunmuş 

səviyyədə öz kontragentinə (lisenziata) verən ixtira, patent, texniki bilik sahibi olan 

hüquqi şəxsdir. Lisenziat isə bu hüquqları müəyyən olunmuş şərtlər daxilində əldə 

edən  hüquqi  şəxs  hesab  edilir.  Texnologiyadan  istifadənin  xarakteri  və  lisenziata 

verilən hüquqların həcminə görə lisenziyanın qeyri-məhdud (sadə), məhdud və tam 

növü vardır. Qeyri-məhdud lisenziya lisenziara predmetdən özünün istifadəsini və 

digər bir maraqlı şəxsə verməsini şərtləndirir. Məhdud lisenziya müəyyən ərazidə 

ixtiradan  və  ya  istehsal  sirrindən  istifadəyə  inhisarçı  istifadə  hüququ  verir.  Bu 

zaman  lisenziar  lisenziyanın  istifadə  və  satışını  həyata  keçirə  bilməz.  Tam 

lisenziya isə müqavilə müddəti ərzində lisenziata ondan tam istifadə hüququ verir.  

Lisenziya  razılaşması  –  lisenziya,  “nou-hau”,  əmtəə  nişanından  istifadə 

hüququnun digər tərəfə verilməsidir. 

Lisenziya razılaşmaları aşağıdakı xüsusiyyətlərinə görə fərqlənirlər: 

a)

  Lisenziya  məhsulunu  ixracına  icazə  verilir,  tam  və  ya  qismən  məhdudiyyət 



qoyulur; 

b)

  Lisenziya  obyekti  ilə  bağlı  yeni  təkmilləşmə  və  yeniliklərin  mövcudluğu 



haqqında informasiyanın lisenziata təqdim olunur və ya olunmur; 

c)

  Texnologiyanın  təqdim  olunma  metoduna  görə  -  lisenziya  sərbəst  şəkildə 



təqdim  olunur  və  ya  obyektin  tikilişi,  quraşdırılması,  injinirinq  xidmətləri 

həyata keçirilir. 

Lisenziya müqavilələrində bir qayda olaraq aşağıdakı şərtlər yerləşdirilə bilər: 

a)

  Lisenziyanın istifadə ərazisi (ölkənin bir hissəsi, bir və ya bir neçə ölkə), 



b)

  Lisenziya obyektindən istifadə forması, 

c)

  Lisenziyadan istifadə müddəti və s. 




18 

 

Müqavilədə  bundan  başqa  texniki  sənədlərin  göndərilməsi,  mütəxəssislərin 



hazırlanması,  texniki  köməyin  göstərilməsi,  nümunələrin  təqdim  edilməsi  və  s. 

göstərilə bilər. Bundan başqa ödənişin həcmi və formaları da müqavilədə öz əksini 

tapır. 

Təcrübədə lisenziya ödənişlərinin hesablanmasının bir neçə növündən istifadə 



olunur: 

  Lisenziyadan  istifadə  müddətində  əldə  olunan  gəlir  səviyyəsinə  uyğun 

olaraq  gəlirdən dövri çıxılmalar (royalti); 

  Birdəfəlik  ödəniş  –  bu  zaman  lisenziyadan  istifadə  müddətində  əldə  oluna 

biləcək  iqtisadi  effektivliliyi  nəzərə  alaraq  müəyyən  bir  məbləğ 

müəyyənləşdirilir.  Bu  ödəniş  növü  bir  dəfəyə  və  ya  hissə-hissə  həyata 

keçirilə  bilər.  Bu  ödəniş  forması  lisenziara  bir  sıra  üstünlüklər  verir: 

ödənişin qısa müddətə əldə olunması və bu zaman riskin aradan qaldırılması.

 

  Lisenziyaların qarşılıqı mübadiləsi; 



  Qiymətli kağızların və texniki sənədlərin təqdim olunması. 

Bu  ödəniş  formalarından  ən  geniş  istifadə  olunanı  royaltidir.  Royalti  – 

lisenziya  razılaşması  müddətində  lisenziat  tərəfindən  müəyyən  olunmuş  zaman 

intervalıyla gəlirdən ayırmalardır. Beynəlxalq təcrübdə royaltinin həcmi bir qayda 

olaraq sənaye sahəsinin növünə görə müəyyənləşdirilir.  

Ümummiyyətlə  lisenziyanın  qiyməti  dedikdə  bir  qayda  olaraq  lisenziat 

tərəfindən qarşı tərəfə (lisenziara) verilən ödənişlərin ümumi məbləği başa düşülür. 

Beynəlxalq  lisenziya  ticarətində  lisenziyanın  qiymətinin  hesblanmasının  iki  əsas 

forması mövcuddur: 

1)

  Lisenziatın gəlirinin səviyyəsinə əsasən; 



2)

  Royalti əsasında. 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə