Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   2   3   4   5   6   7   8   9   ...   26

19 

 

Birinci halda ödənişin həcmi lisenziya məhsulunun istehsalı və satışından əldə 



olunan  gəlirin  bir  hissəsi  kimi  müəyyən  olunur.  Bu  zaman  lisenziarın  gəlirdəki 

payı  kifayət  qədər  böyük  olub  10-50%  arasında  olur.  Bu  payın  həcmi  gəlir 

səviyyəsi,  patentin  qorunması  səviyyəsi  və  ümumiyyətlə  verilən  (lisenziata) 

hüquqların ölçüsü kimi qiymətəmələgətirən amillərdən asılıdır. 

Ə

gər  lisenziya  müqaviləsi  üzrə  obyekt  hələ  tam  hazır  olmayan  texnoloji 



prosesdirsə  və  bu  zaman  əsas  qiymətliliyi  patent  hüququ  daşıyırsa  o  zaman 

lisenziarın payı  lisenziatın  gəlirinin təqribən  20%-ni təşkli  edir.  Əgər  obyekt  tam 

mənimsənilmiş texnoloji prosesdirsə onda bu payın həcmi 35-50% ola bilər. Əgər 

lisenziata  yalnız  istifadə  hüququ  verilibsə  (digər  hüquqlar  lisenziarda  qalmqaq 

şə

rtilə) onda bu göstərici 20-30%-ə bərabər olur. 



Royalti əsasında isə istehsal olunan və satılan məhsulun maya dəyərindən asılı 

olaraq  intelektual  mülkiyyət  sahibinə  ayrılan  ödəniş  əsasında  müəyyənləşir. 

Royaltinin  hesablanma  qaydalarının  mövcud  olmasına  baxmayaraq  beynəlxalq 

təcrübədə  əsasən  emprik  metoddan  istifadə  olunur.  Beləki,  sənayenin  müxtəlif 

sahələri üçün orta standart qiymət səviyyəsi müəyyənləşdirilir. 

qtisadi  ədəbiyyatlarda  göstərilən  qiymətlər  bir  qayda  olaraq  0.5%-lə  14% 

arasında dəyişir. Məsələn, elektron sənayedə royalti ayırmaları 1-5%, farmakoloji 

sənayedə  2-7%,  təyyarəqayırmada  10%,  avtomobil  sənayesində  1-3%,    az 

yararlılıq müddəti olan istehlak mallarının hazırlanmasında 0.2-1.5%. 

Elmi-texniki  biliklərlə  beynəlxalq  mübadilənin  əsas  formalarından  biri  də, 

beynəlxalq  injinirinqdir.  Beynəlxalq  injinirinq  –  ixtisaslaşdırılmış  mühəndis-

konsultasiya,  tikinti  və  s.  şirkətlər  tərəfindən  həyata  keçirilən,  istehsal  xarakterli 

kompleks  əməliyyatların  həyata  keçirilməsidir.  njinirinq  xidmətləri  ilə  bağlı 

beynəlxalq  ticarətin  inkişafı  birbaşa  elmi-texniki  inqilabın  təsiri  nəticəsində  baş 

vermişdir. Bu fəaliyyət növünün 3 forması mövcuddur: 



20 

 

  Konsultativ  injinirinq  –  obyektlərin  layihələşdirilməsi,  tikinti  planlarının 



hazırlanması və işə nəzarət edilməsi ilə bağlı intelektual xidmətlərdir. 

  Texnoloji  injinirinq  –  sənaye  obyektinin  tikilməsi  və  istismara  verilməsi, 

elektrik və su təchizatının hazırlanması, nəqliyyat və s. bağlı texnika və ya 

texnologiyanın sifarişçiyə verilməsidir.   

  Tikinti  və  ya  ümumi  injinirinq  –  avadanlıq  və  texnikanın  çatdırılması, 

montaj  və  quraşdırma  işlərinin  icrası,  mühəndis  işlərinin  həyata 

keçirilməsidir. 

Bu  sahədə  aparıcı  şirkətlər  ABŞ,  Böyük  Britaniya,  Fransa,  Almaniya, 

Yaponiya və s. kimi ölkələri təmsil edir.  

Beynəlxalq  injinirinq  bir  sıra  özünəməxsus  xüsusiyyətlərə  malikdir:  stehsal 

xidməti  kimi  fəaliyyət  göstərməsi.  Yəni  injinirinq  istehsal  prosesində  birbaşa 

məhsul istehsalı ilə deyil, sadəcə istehsal prosesinin effektivliliyinin artırlıması ilə 

məşğul  olur:  lahiyələşdirmə,  məsləhət  xidmətləri,  təhsil  və  s.  njinirinq 

xidmətlərinin  lisenziya  və  “nou-hau”dan  əsaslı  surətdə  fərqlənir.  Beləki  lisenziya 

və  "nou-hau"nun  mübadiləsi  zamanı  satıcı  qismində  birbaşa  ixtiranın  sahibi, 

müəllifi  özü  çıxış  edir.  Bu  xidməti  və  ya  istehsal-texnoloji  prosesi  digər  bir  şəxs 

təklif  edə  bilməz.  njinirinq  zamanı  göstərilən  xidməti  isə,  eyni  zamanda  başqa 

firmalar da göstərə bilər. 

Lisenziya  müqavilələrində  olduğu  kimi  injinirinq  xidmətlərinin  qiymətinin 

hesablanması  problem  yaradır.  Bu  qiymətlərin  səviyyəsini  müəyyən  etmək  üçün 

dünya bazarının müxtəlif regionlarında olan rəqib firmaların qiymətləri araşdırılır. 

Ə

gər  xidmətin  heç  bir  analoqu  olmursa,  o  zaman  mütəxəssislərin  saat  hesabına 



ödənişləri baza kimi götürülür. Bu zaman qiymət səviyyələri belə ola bilər: yüksək 

sinif  mütəxəssislər  üçün  60-70  dollar,  orta  sinif  30-35  dollar,  aşağı  sinif  20-25 

dollar.  



21 

 

Beynəlxalq  təcrübədə  aparıcı  sahələrdən  biri  də  françayzinqdir.  Tərcüməsi 



fransızcadan güzəşt, təzminat deməkdir. 

Françayzinq  yaranma  tarixi  orta  əsrlərə  gedib  çıxır.  Krallar  öz  baronlarına 

müəyyən  xidmət  qarşılığında  vergilərin  toplanmasını  həvalə  edirdilər.  Sadə 

adamlar  isə  müəyyən  ödənişlər  qarşılığında  bu  və  ya  digər  bazarlarda  öz 

məhsullarını satmaq imkanı əldə edirdilər. Maraqlı fakt kimi qeyd etmək lazımdır 

ki,  Böyük  Britaniyada  qədim  franşizə  forması  hələ  də  mövcuddur.  Belə  ki,  bu 

franşizə növündə müəyyən ödənişlər qarşılığında müxtəlif yarmarka və sərgilərdə, 

bərə-körpülərdə, ayrı-ayrı bazarlarda yer götürmək mümkündür.  

Ticari  təcrübəyə  gəldikdə  isə,  XVII  əsrdə  Londonda  müasir  françayzinq 

sisteminə  bənzər  sistemlər  formalaşmağa  başladı.  XIX  əsrin  əvvəllərində  isə 

“əlaqəli,  bağlı  evlər”  sistemi  yaradıldı.  Sistemin  mahiyyəti  isə  ayrı-ayrı  fiziki 

şə

xslərə  dövlət  tərəfindən  spirtli  içkilərin  satışı  üçün  lisenziyaların  verilməsindən 



ibarətdir.  Buna  baxmayaraq  bir  sıra  sahibkarlar  xüsusi  lisenziya  əsasında  ev 

təsərrüfatlarını  daimi  şəkildə  inkişaf  etdirə  bilmirdi.  Bu  cür  problemlərin 

yaranmasından  isə  pivə  bişirilməsi  və  satışı  ilə  məşğul  olan  şəxslər  maksimum 

yararlandı.  Onlar özlərinə  məxsus olan həyətyanı  sahələri iri sahibkarlara icarəyə 

verir,  bunun  qarşılığında  isə  öz  pivələrini  və  digər  spirtli  içkilərini  satmaq  üçün 

bazarlar əldə edirdilər.  

Ümumilikdə,  françayzinq  kompaniya  üçün  genişlənmə,  əhatə  dairəsinin 

artırılması vasitəsidir. Bu sistem özündə böyük və kiçik biznesi birləşdirir. Bütün 

dünyada  françayzinq  biznesin  inkişaf  etdirilməsinin  təhlükəsiz  vasitəsi  hesab 

olunur. Bu halda yeni yaradılmış biznesin inkişafına şərait yaradılır, sahibkar ağır 

bazar  qanunlarının  mənfi  təsirindən  sığortalanmış  olur.

  Fəaliyyət  dairəsinin 

genişləndirilməsi  zamanı  kütləvi  adminstrativ  xərclərdən  vaz  keçilir. 

Françayzinqin bir neçə növü var: 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə