25
idarə edilməsi (mühasibət, reklam və s.), tikinti, xidmət, evlərin təmiri və xidməti,
təhsil xidmətləri, istirahət və əyləncə və s.
Tətbiq olunduğu iqtisadiyyat sahəsindən asılı olaraq françayzinq sistemində
istehsalçı, topdansatış, pərakəndəsatış və xidmət-göstərən kimi subyektlər qarşılıqlı
münasibətdə olur (Şəkil 1).
Sahibkarlıqda françayzinq çox perspektivli sahə hesab olunur. Əgər adi
biznesdə yeni yaranan 100 şirkətdən 10-nun “yaşamaq” ehtimalı varsa,
françayzinqdə bu göstəricini 90/100 kimi qəbul etmək olar. Biznesdə françayzinq
artım üçün əlverişli sahə hesab olunur: beləki, sahibkar fəaliyyətə başlamaq üçün
“hazır iş” əldə etmiş olur [24].
Ümumdünya
Françayzinq
Assosasiyasının
məlumatlarına
ə
sasən
françayzinqin daha perspektivli sahəsi pərakəndə ticarət sektoru hesab olunur. Hal-
hazırda isə xidmət sahələri françayzinq sahəsində daha fəal görünür. stehsal
sahələri isə bu sahədə daha zəif təsir bağışlayırlar.
ABŞ-ın ÜDM-un 13%-ə qədəri françayzinq sisteminin payına düşür. Bu
ölkədə 1500-ə qədər françayzinq sistemi mövcuddur ki, bu sistem özündə tam 75
fəaliyyət sahəsini əhatə edir. Franşizə müəssisələrin sayı isə 350 000-i üstələyir. Bu
da hər françayzora 230 franşizə mərkəzinin düşməsinə bərabərdir. Buna
baxmayaraq əksər françayzorun mərkəzlərinin sayı yüzdən azdır. 80%-ə qədər
franşizə sistemi 50-250 min dollar həcmində investisiya tələb edir. Yuxarıda qeyd
olunan 75 iqtisadiyyat sahəsi arasında 45%-lik göstərici ilə ticarət digər sektorları
üstələyir. Burada isə sürətli xidmət göstərən restoran (fastfood) şəbəkələri 18%-lə
liderliyini qoruyur. kinci yer sənaye məhsulları mağazalarına (11%), beşinci yer
restoran və kafe şəbəkələrinə (9%), yeddinci yer ərzaq məhsulları mağazalarına
(7%) məxsusdur [38].
26
Françayzinq şəbəkəsinin sayına görə Avropada üçüncü olan Fransada 620
françayzor, təqribən 30 min franşizə qeydiyyata alınmışdır. Fransızlar avropa
françayzinq bazarının təqribən 40%-nə nəzarət edirlər ki, bu da 32-35 mlrd. dollara
bərabərdir.
Avropa üzrə göstəricilərə gəldikdə isə, son məlumatlara əsasən 4500
françayzinq sistemini və 180 000-dən çox franşizə mövcuddur. Bu sistemin ümumi
ticarət dövriyyəsi 150 mlrd. dolları üstələyir. Sadalanan göstəricilərin kifayət qədər
yüksək olmasına baxmayaraq Avropa françayzinqin inkişafına görə ABŞ-a uduzur.
Almaniya Françayzinq Assosasiyasınınn proqnozlarına əsasən XXI əsrin ilk
on ilində françayzinq sistemi stabil olaraq illik 10-15% sürətlə inkişaf edəcək. Bu
cür optimist proqnzaların verilməsinin əsasında isə müsbət istiqamətli statistik
rəqəmlər durur. Beləki son 5 il ərzində cəmi 8% françayzinq sisteminə daxil olan
müəssisə öz fəaliyyətini davam etdirə bilməmişdir.
27
1.3. Müasir elmi-texniki və innovasiya məhsulları bazarının
xüsusiyyə
tlə
ri: TMK-lar hə
rə
kə
tverici qüvvə
kimi
Elmi-texniki məhsullar bazarı mal və xidmətlər bazarından aşağıdakılarla fərqlənir:
1.
Təbiətinə görə bu bazar “satıcı” bazarıdır. Tələbin təklifdən üstunlüyü halları
mövcuddur;
2.
Elmi-texniki məhsulların alıcıları professionallardır. Alışın məqsədi məhsulu
ə
ldə edən müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsidir;
3.
Mal bazarına nisbətən bu bazar törəmə bazardır, başqa sözlə yeniliyə tələb
mala (xidmətə) olan tələblə müəyyən olunur. Buna görə də elmi-texniki
məhsullar bazarının həcmi yeniliyin makro və mikro səviyyədə tətbiqinin
fəallığından asılıdır;
4.
Bu bazarın xarakterık cəhəti elmi-texniki məhsulun təqdim olunduğu
müəyyən “yerin” və ya mal bazarı terminologiyasında olduğu kimi satış
kanalları formasının mövcud olmamasıdır. Belə məhsulların mübadiləsi hər
ş
eydən əvvəl infrastruktur inkişafın vacibliyini zəruri edir;
5.
Elmi texniki məhsullar bazarında satışın spesifik forma və metodlarından
istifadə olunur;
6.
Elm və texnikanın nailiyyətləri mal formasında məhduddur.
Cədvəl 1
Elmi-texniki və innovasiya məhsulları bazarının xüsusiyyətləri
Qiymətləndirmə kriteriyası
Bazar
Elmi-texniki məhsullar bazarı Innovasiya məhsulları bazarı
Bazarin obyekti
Elmi-texniki məhsul
Innovasiya məhsulu
Malın xüsusiyyəti
Bilik
(elmi bilik, ideya və s.)
Mal
(yeni proseslər, məhsullar,
xidmətlər və s.)
Bazarın əsas subyektləri
ET , sahə tədqiqat institutları,
Ali təhsil müəssisələri,
tədqiqat laboratoriyaları,
lahiyə müəssisələri, TMK-lar,
TMB və s.
TMK –ın elmi texniki
bölmələri və digər
Alıcılar
Elmi texniki məhsulları
istehsala tətbiq etmək
Bütün müəssisələr
28
imkanında olan müəssisələr
və digər
nfrastrukturun növləri
nformasiya təminatı sistemi, Maliiyə-iqtisadi təminat
sistemi, sertifikasiya sistemi, kadrların hazirlanmasi və
yenidən hazırlanması sistemi, inkişafin koordinasiyası və
tənzimlənməsi sistemi
nformasiya təminatının
xüsusiyyətləri
Elmi konfranslar, seminarlar,
simpoziumlar
Yarmarka və sərgilər,
rəqablər və eyni sahə
daxilində diqər müəssisələr
Şə
kil 4. Elmi-texniki və innovasiya məhsulları bazarının fəaliyyət modeli [ 32]
Müasir dünyada beynəlxalq ərazi miqyaslı ekspansiyaların 4 növ strategiyası
fərqləndirilir: çox ölkəli strategiya (multidomesticstrategy); beynəlxalq strategiya
(international strategy); qlobal strategiya (global strategy) və transmilli (çox milli )
strategiya (transnational (multinational) strategy) [4].
Mövqe strategiyaları üç aspekt üzrə - bazar seqmenti üzrə, istehlakçi
qrupları üzrə və bazara çıxış imkanları üzrə müəyyənləşdirilir (Şəkil 5).