Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.

səhifə9/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

29 

 

 



 

Şə

kil 5. Korporasiyaların strategiyaları [15] 

 

 

Birbaşa  xarici  investisyalara  transmilli  korporasiyaların  inkişafının  əsasıdır. 



TMK-ların  fəaliyyəti  yeni  bazarların  əldə  olunması,  dünya  miqyasında  istehsalın 

optimallaşdırılması  və  gəlirlərin  maksimallaşdırılmasına  yönəlmişdir.  Bunun  bir 

sıra  müsbət  və  mənfi  cəhətləri  vardır.  TMK-ların  fəaliyyətinin  pozitiv  nəticələri 

onları  qəbul  edən  ölkənin  maraqları  ilə  üst-üstə  düşməsidir.  Mənfi  nəticələri  isə 

transmilli şirkətlərin onları qəbul edən ölkənin dövlət maraqları sferasına təsiri ilə 

SAHƏDX L  STRATEG YA 

Ə

MƏLIYYAT 



FƏAL YYƏT  

MÖVQE 


STRATEGIYALARI  

• Qiymət rəqabəti  

• Miqyas effekti hesabına xərclərin 

azalması  

• Satış və təchizat kanallarının 

səmərəlıləşdirilməsi  

• Bazar seqmenti üzrə  

• Istehlakçı qrupları üzrə  

• Bazara çıxış imkanları üzrə  

Diversifikasiya strategiyası  

• 

Inkişafla baglı strategiya  



• 

Alıcı tələbatları üzrə diversifikasiya  

• 

Konqlomerasiya diversifikasiyası 



Korporasiyaların  Strategiyaları  

TRANSMILLILƏŞMƏ STRATEGIYASI  

•  Resursaxtarici 

•   Məsrəfyönlü 

•  Bazaraxtarıcı  



30 

 

bağlıdır.  Kapitalın  beynəlxalq  hərəkəti  onun  qlobal  mobilliyi  tendensiyaları  ilə 



müəyyənləşir,  onun  əsas  problemini  isə  dövlət  və  beynəlxalq  formada 

tənzimlənməsi təşkil edir. 

Kapitalın 

hərəkətinin 

beynəlxalq 

tənzimlənməsi-kapitalın 

hərəkətinin 

tənzimlənməsi üzrə qanunvericilik, icra və nəzarət xarakterli tədbirlər sistemini əks 

etdirir.  Kapitalın  hərəkətinin  beynəlxalq  tənzimlənməsinin  əsas  məqsədləri  kimi 

aşağıdakıları ayırmaq olar: 

-

  kapital bazarlarının beynəlmiləlləşməsi və qarşılıqlı əlaqələnməsi 



-

  kapitalın beynəlxalq hərəkətinə nəzarət və onun inkişaf proqnozu 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




31 

 

II  FƏS L.  TEXNOLOJ   YEN L KLƏR N  QLOBALLAŞMASI  VƏ 



BEYNƏLXALQ  ELM -TEXN K   MƏHSULLAR  BAZARINDA 

RƏQABƏT S YASƏT   

 

 



2.1. 

Texnoloji yeniliklərin qloballaşması şəraitində elmi-texniki məhsullarla 

beyənlxalq mübadilənin tənzimlənməsi 

 

 

Yeni  texnologiyaların  kəşfi  və  ondan  istehsal  prosesində  istifadə  etmək  ilk 

növbədə məhsuldarlığı və məhsulun keyfiyyətini artırmaq və bununla da, daxili və 

beynəlxalq  bazarda  rəqiblərə  qalib  gəlmək  məqsədi  daşıyır.  Lakin  beynəlxalq 

mobilliyə  malik  olmaq  hələ  heç  nəyi  həll  etmir.  Müasir  qloballaşan  dünya 

iqtisadiyyatında informasiyanın və ya texnoloji biliklərin ötürülməsi bir sıra risklər 

yaradır. Buna görə də yenilikləri öyrənmək məqsədilə xaricə getmiş hər hansı bir 

firmanın əməkdaşı müəyyən baryerlərlə qarşılaşmış olacaqdır. 

stehsalın  digər  amillərində  olduğu  kimi  texnologiyaların  beynəlxalq 

mübadiləsi  zamanı  da  bir  sıra  ciddi  maneələr  meydana  gəlir.  Hər  bir  dövlət 

texnologiyaları  mümkün  olduqca  öz  ölkəsi  sərhəddləri  daxilində  saxlamağa  səy 

göstərir. Bunun üçün isə texnologiyaların daşınmasına dövlət tərəfindən qadağalar 

və ya məhdudiyyətlər qoyulur. Burada əsas məqsəd ölkənin maksimal həddə yeni 

texnologiyalarla “silahlanması” və bununla da beynəlxalq bazarlarda üstun duruma 

malik olmasıdır.  

Digər  amillərə  isə  milli  təhlükəsizlik,  siyasi  və  ideoloji  motivlər  aiddir.  Bir 

sıra dövlətlər isə texnologiya idxalını xarici rəqabətdən qorunmaq və işçi yerlərinin 

saxlanılması məqsədilə məhdudlaşdırır. Bundan başqa yerli texnoloji standartların 




32 

 

xaricdən  gələn  texnologiyalarla  üst-üstə  düşməməsi  də  bu  tipli  məhdudiyyətlərə 



səbəb ola bilər. 

Bu sahədə dövlət və beynəlxalq tənzimlənmə bir sıra səbələrdən irəlisenziya 

gələ  bilər.  Ən  başlıca  səbəb  isə  təbii  ki,  beynəlxalq  bazarlarda  kəskin  rəqabət 

mübarizəsidir. 



Texnoloji  liderliyin  əldə  saxlanılması.

  Bu  səbəbdən  irəli  gələn  dövlət 

tənzilmlənməsi  əsasən  texnologiyalar  sahəsində  aparıcı  inkişaf  etmiş  ölkələrdə 

həyata  keçirilir.  Bu  zaman  hər  hansı  texnologiyaların  istehsalı  və  istifadə 

edilməsində  digərlərinə  nisbətən  üstün  durumda  olan  dövlətlər  texnologiyaların 

ölkədən  çıxarılmasını  tam  və  ya  qismən  məhdudlaşdırır  və  bununla  da  dünya 

bazarında  liderliyini  qorumuş  olur.  Amma  texnoloji  liderlik  hələ  iqtisadi  liderlik 

demək deyil. Texnoloji lider ölkələr kifayət qədər iri həcmli xərclərə malikdirlər. 

Bura bahalı işçi qüvvəsinin, patent və lisenziyaların əldə edilməsi və saxlanılması 

aiddir. Texnoloji liderliyə can atmayan ölkələr hər bir qiymətlə hazır texnologiyanı 

və bu texnologiyanın əsasında hazırlanan məhsulu əldə edə bilir. 

Milli təhlükəsizliyin qorunması.

 Dövlət hər şeydən öncə hərbi texnologiyanın 

təhlükəsizliyinin  qorunmasında  maraqlıdır.  Buna  nümunə  kimi  80-ci  illərin 

sonlarına  qədər  Fransa  istisna  olmaqla    NATO-nun  15  ölkəsinin  Koordinasiya 

komitəsi  tərəfindən    keçmiş  sosialist  ölkələrinə  xüsusən  hərbi  texnologiyanın 

ixracına  nəzarət  edilməsini  göstərmək  olar.  Ümumiyyətlə  “soyuq  müharibə” 

dövründə bu ölkələr arasında qarşılıqlı idxal-ixrac əməliyyatları həddən artıq ciddi 

nəzarətdə idi. 



Beynəlxalq  razılaşmaların  şərtləri.

  Çoxtərəfli  razılaşmaların  icrası  zamanı 

iştirakçı  ölkələr  texnologiyaların  satışına  ciddi  nəzarət  edir.  Burada  əsas  məqsəd 

texnologiyanın  kimyəvi,  bakterioloji,  raket  silahlarının  hazırlanmasında  potensial 






Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə