67
və etibarlı rabitə sistemlərinin yaranmasına və rəqəmli teleradio yayım
sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaratmışdır. 2000-ci ildən peyk
resurslarına olan tələbat bu sahədə yeni texnologiyaların tətbiqini daha da
sürətləndirmişdir.
2008-ci ilin sonuna dünyada təqribən 270 peyk fəaliyyət göstərir ki, bu
peyklərin transponderlərinin ümumi sayı beş mindən çoxdur. Telekommunikasiya
peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilmişdir. Hazırda 30-dan çox
ölkə belə peyklərə malikdir. Peyk rabitəsindən əldə olunan gəlir 1996-cı ildə 16
milyard ABŞ dolları təşkil edirdisə, 2002-ci ildə bu rəqəm 50 milyard ABŞ
dollarına, hazırda isə 100 milyard ABŞ dollarına çatmışdır.
2009-cu ilin əvvəlinə respublikada peyk tutumları təxminən 120 Mbs. təşkil
edir və onların yarıdan çoxu VSAT sistemlərində, xeyli qalan hissəsi isə dövlət və
özəl TV və radio yayımları üçün istifadə olunur. Növbəti 15 il üçün peyk
tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır.
Respublikada beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-
televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur.
Respublikanın ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu
və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq,
gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir.
Telekommunikasiya xidmətlərini təmin edən peyk stansiyaları ilə yanaşı,
respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının
həm respublikada, həm də respublikadan kənarda yayımlanması üçün DVB-S
texnologiyası əsasında qurulan peyk stansiyalarının tətbiqi yaxın bir neçə ildə daha
da genişlənəcəkdir.
2006-cı ildə Azərbaycana plandan kənar orbital mövqe və tezliklərin
ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və
nformasiya
Texnologiyaları Nazirliyi tərəfindən Beynəlxalq Telekommunikasiya ttifaqına
(BT ) ilkin müraciət edilmişdir.
Respublikada kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu
və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə,
68
təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq mərkəzinin yaradılması ilə
başlanılmışdır. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik
cihazqayırma məxsusi konstruktor bürosu» yaradılmış və kosmik tədqiqatların
aparılmasına başlanılmışdır. Hazırda respublikada kosmik texnika və
texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə,
müxtəlif tətbiqi məsələlərin həlli ilə bilavasitə məşğul olan dövlət qurumu —
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində Milli
Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərir. Öz fəaliyyəti dövründə MAKA-
da kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması
istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, keçmiş SSR Hərbi Sənaye
Kompleksinin, Müdafiə Nazirliyinin, Maşınqayırma Nazirliyinin və Elmlər
Akademiyasının qurumları ilə sıx əlaqə yaradılmış, müxtəlif təyinatlı layihələr
həyata keçirilmişdir. MAKA-nın Kosmik Cihazqayırma Təcrübi Zavodunda
hazırlanmış, rentgen və qamma şüalanmanın lokal mənbələrini aşkarlamağa imkan
verən «PulsarX-1» spektrometri 15 ilə yaxın «Salyut-7» və «Mir» orbital
komplekslərində fəaliyyət göstərərək, öz funksional imkanlarını müvəffəqiyyətlə
nümayiş etdirmişdir.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı « qtisadi
Ə
məkdaşlıq Sazişi» çərçivəsində MAKA-nın Kosmik Cihazqayırma Xüsusi
Konstruktor Bürosu və Rusiya Kosmik Cihazqayırma Elmi-Tədqiqat nstitutu
arasında bağlanılmış müqavilə əsasında UN SCAN-24 Kosmik Məlumatların
Qəbuledici Kompleksi 2007-ci ilin əvvəlində MAKA-da quraşdırılmışdır və hal-
hazırda fəaliyyət göstərir. Qəbuledici kompleksə xidmət edən yüksək hazırlıqlı
kadr
potensialı
formalaşmış,
alınmış
məlumatların
sistemləşdirilməsi,
arxivləşdirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində tətbiqi üçün mühüm
tədbirlər görülmüşdür. Kompleksin imkanlarının artırılması respublikanın torpaq-
bitki obyektlərinin inventarlaşdırılmasında, metroloji məsələlərin həll edilməsində,
təbii-dağıdıcı proseslərin qiymətləndirilməsində, yerüstü boru-kommunikasiya
şə
bəkələrinin monitorinqinin aparılmasında, rəqəmli elektron xəritələrin
69
yaradılmasında və onların yeniləşdirilməsində, həmçinin bir sıra digər iqtisadi,
strateji və müdafiə əhəmiyyətli məsələlərin həllində əvəzedilməz vasitə ola bilər.
Respublikada olan mövcud kosmik sənaye kompleksi, kosmik məlumatın
qəbulu və emalı üzrə texnologiya fiziki və mənəvi cəhətdən köhnəlmişdir. Bu
sahədə fəaliyyət göstərən zavodlarda, digər istehsal və təcrübə məntəqələrində yeni
istehsal və emal texnologiyasının yaradılmasında, idarəetmədə KT-nin tətbiqinə
ciddi zərurət yaranmışdır. Qeyd edilən sahənin Dövlət Proqramı əsasında yenidən
qurulması, ən yeni texnologiyaların mənimsənilməsi və yerli istehsalın təşkili
sahənin yaradılması və inkişafında vacib istiqamətlər kimi nəzərdə tutulur. Bu
sahədə 30 ildən artıq dövrdə əldə edilmiş potensialın təkmilləşdirilərək yenidən
qurulması və inkişaf etdirilməsi Proqramda xüsusi yer tutur.
Telekommunikasiya peykinin idarə edilməsi, kosmik sənaye sahəsində
istehsalın təşkili və idarə edilməsi, kosmik məlumatların qəbulu və emalı sahəsində
ilk mərhələdə xaricdə, sonradan isə respublikada yüksəkixtisaslı mütəxəssislərin
hazırlanmasına Proqramda əhəmiyyətli yer ayrılmışdır.
Dövlət Proqramının məqsədi. Dövlət Proqramının əsas məqsədi respublikada
kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk
rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına
artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması
və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni,
təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsidir. Kosmik sənaye sahəsində
beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye
potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə
xidmətlərinin təşkili, teleradio yayımı, Yerin məsafədən zondlanması,
hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik
tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş
perspektivlər yaradacaqdır.
Dünyada telekommunikasiya və KT sektorunun çox böyük inkişafı peyk
şə
bəkələrinin rəqabət qabiliyyətinin artırılması istiqamətində əməli tədbirlərin
Dostları ilə paylaş: |