Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

36 

 

bet razılaşma qəbul etmişdir. Mütəmadi olaraq təzələnən bu baza bir sıra dövlətlər, 



hətta  qeyri-üzv  ölkələr  tərəfindən  də  istifadə  olunur.  Bu  müqavilələr 

aşağıdakılardır: 

Strasburq 

müqaviləsi; 

Nitsa 

müqaviləsi; 



Vyana 

müqaviləsi;Lokarna müqaviləsi. 

Beynəlxalq  səviyyədə  intellektual  mülkiyyətin  qorunmasında  Ü MT  bir  sıra 

xarici  əlaqələr  vasitəsilə  sıx  əməkdaşlıq  şəbəkəsi  qurmuşdur.  Bura  ilk  növbədə 

aparıcı inkişaf etmiş ölkələrin dövlət qurumları və bir sıra iri beynəlxalq təşkilatlar 

aiddir. Məhz bu qurumların maliyyə dəstəsi nəticəsində təşkilat dünyada, xüsusən 

də  inkişaf  etməkdə  olan  ölkələrdə  bir  sıra  iri  layihələr  həyata  keçirir.  Dövlət 

orqanlarından sonra Ü MT-nın ikinci əsas kontragenti xüsusi sektor hesab olunur. 

Hətta  bir  sıra  iri  TMK-lar  təşkilatın  üzv-ölkələrinin  bütün  əsas  görüşlərində 

yaxından iştirak edir.



 

Dünya  təcrübsəi  göstəriri  ki,  yeni  texnologiyaların  yaradılması,  istehsal  və 

xidmət  sahələrində  tətbiq  edilməsi,  bundan  başqa  intellektual  fəaliyyətin 

nəticələrinin  bu  proseslərə  cəlb  olunması  sahəsində  geridə  qalan  ölkələr  dünya 

texnoloji  və  iqtiasadi  inkişafında  möhkəmlənə  bilmirlər.  Elmi-tətqiqat  və  layihə-

konstruktor  işlərinin  sifarişli  ödəniş  prosesinin  beynəlxalq  təcrübəsi  də  maraq 

doğurur. Son 10 il ərzində cost plus fee – dəyər plyus mükafatlandırma sisteminə 

kütləvi  keçid  müşahidə  olunmaqdadır.  Bu  sahədə  qabaqcıl  ölkə  ABŞ  hesab 

olunmalıdır. Ümumiyyətlə bu ölkədə elmi-tətqiqat işlərini bir qayda olaraq dövlət 

maliyyələşdirir. Yaponiyanın da bu sahədə təcrübəsi kifayət qədərdir. 1957-ci ildə 

burada  texnoloji  informasiya  mərkəzi  yaradılmışdır.  Mərkəzin  əsas  vəzifəsi  4000 

yapon  və  7000  xarici  jurnalın,  15000-ə  qədər  müxtəlif  konfransların  texniki 

hesabat raportların monitorinqini həyata keçirilməsidir. Bu araşdırmaların yekunu 

olaraq hər il 500 000-ə qədər illik yekun hesabatları müxtəlif firma-təşkilatlara və 

banklara göndərilir. 



37 

 

Ümumiyyətlə Yaponiyanın bu təcrübəsində bir sıra digər aparıcı dövlətlər də 



istifadə  etmişdir.  Belə  dövlətlərdən  biri  də,  Koreyadır.  Öz  yaxın  qonşusunun  bu 

uğurlu  təcrübəsinə  əsaslanaraq  1966-cı  ildə  Koreya  höküməti  Koreya  Elm  və 

Texnologiyalar  (KET )  institunu  təsis  etdi.  Bu  təşkilatın  yaranması    Koreyanın 

inkişafının  erkən  mərhələsində  ölkənin  sənayeləşdirilməsi  sahəsində  xarici 

texnologiyaların  ölkəyə  cəlb  olunaraq  ondan  səmərəli  istifadəsi  üçün  şərait 

yaratmış  oldu.  KET -nin  tətqiqat  və  inkişafla  bağlı  fəaliyyəti  əsasən  xarici 

texnologiyaların  istifadəsi  ilə  bağlı  ümumi  və  praktiki  problemlərin  həlli 

istiqamətində yönəlmişdi. 

Elmi  tədqiqatlar  innovasiyalar  üçün  mövcud  mənbələrdən  biri  hesab  oluna 

bilər.  Texnoloji  aktivliyin  ilkin  mərhələsində  firmalar  elmi  tətqiqat 

departamentlərinin yaradılmasında maraqlı olmurlar. Çünki müxtəlif elmi sınaqlar, 

monitorinqlər, güclü texnologiyaların idxal olunması iri həcmli maliyyə resursları 

tələb  edir.  Buna  görə  də  elmi-tətqiqat  şöbələrinin  yaradılması  bir  qayda  olaraq 

texnoloji aktivliyin ikinci mərhələsində həyata keçirilir. Bu isə artıq firmaların yeni 

və  daha  təkmil  məhsullar  istehsal  etmək  məqsədilə  yeni  texnologiyaların  cəlb 

olunması ilə izah olunmalıdır.  

Bugünkü  innovasiyaların  əsas  agentləri  hesab  olunan  iri  müəssisələr  bu 

sahədəki fəaliyyətlərini heç də izolyasiya halında icra etmirlər. Bu firmaların digər 

firmalar,  elmi-tətqiqat  institutları,  standartlaşma  və  meteorologiya  komitələri  ilə 

formal  və  qeyri-formal  münasibətləri  mövcud  olur  [45].  nnovasiyaların  həyata 

keçirilməsi sahəsiondə dövlətin beynəlxalq ticarət, rəqabət və investisiya sahəsində 

siyasəti nəzərə alınır, təhsil-təlim sistemindən insan resursları toplanır. 



 

 

 

 


38 

 

 



 

Cədvəl 2. Dünya iqtisadiyyatında elmi-texniki yeniliklərin qloballaşması. 

Kateqoriya 

ş

tirakçılar 



Forma 

Milli istehsal 

innovasiyalarının 

beynəlxalq istismarı 

Gəlir axtarışında olan milli və 

beynəlxalq firmalar 

Ə

n yeni məhsulların ixracı 



Lisenziya və patent güzəşti 

Ölkə daxilində hazırlanmış və 

təkmilləşmiş məhsulun xarici 

istehsalı 

Beynəlxalq elmi-texniki 

ə

məkdaşlıq 



Universitetlər və elmi-tətqiqat 

mərkəzləri 

 

Milli və transmilli 



kompaniyalar 

Birgə elmi layihələr 

Elmi mübadilə 

Tələbələrin beynəlxalq axını 

Xüsusi layihələr üçün birgə 

müəssisələr 

Texniki informasiya və ya 

avadanlıqların mübadiləsi əsasında 

istehsal razılaşmaları 

nnovasiyaların 

beynəlmiləlləşdirilməsi 

TMK-lar 


Öz ölkəsində və xaricdə elmi 

tətqiqat və layihə konstruktor  

fəaliyyəti 

Mövcud elmi tətqiqat işlərinin əldə 

olunması  

Mənbə: UNCTAD

 

 

nnovasiyaların  və  elmi-texniki  biliklərin  qloballaşdırılması  üç  formada 



həyata keçirilə bilər. Birinci kateqoriya milli müəssisələr və TMK-lar fərdi olaraq 

öz  ölkələrində  təkmilləşdirilmiş  texnologiyaların  beynəlxalq  kommersiyalaş-

dırılması  ilə  məşğul  olur.  kinci  kateqoriya  yerli  müəssisə  və  TMK-ları,  elmi-

araşdırma  mərkəzlərini  özündə  cəmləşdirən  xüsusi  və  dövlət  elmi  institutlarının 

beynəlxalq əməkdaşlığı aiddir.  

 

 



 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə