Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Referat 



 

Dissertasiya  işinin  mövzusunun  aktuallığı.  Elmi-texniki  məhsullarla 

dünya ticarəti “yeni iqtisadiyyatın” həlledici elementidir. Elmi-tədqiqatlar və elmi-

texniki  kooperasiya  sferasında  TMK-ların  rolu  müasir  mərhələdə  sürətlə  inkişaf 

edərək  genişlənir.  Beynəlxalq  iqtisadi  münasibətlərin  inkişafının  müasir 

mərhələsində  dünya  bazarında  iqtisadi  artımın  və  rəqabət  qabiliyyətinin  təmin 

olunmasında  elmi-texniki  biliklər,  texnologiyalar  və  innovasiyalar  aparıcı  rola  və 

yerə malikdir.  

Bununla  bağlı  olaraq,  qloballaşma  şəraitində  beynəlxalq  elmi-texniki 

biliklərlə  mübadilənin  forması  kimi  beynəlxalq  lisenziya  müqavilələrinin  rolu  və 

TMK gəlirlərinin davamlı artımı müşahidə olunur. Bu baxımdan TMK-lar elmi –

texniki  inkişafin,  iqtisadi  artımın  və  texnoloji  modernləşmənin  aparıcı  qüvvəsi 

kimi dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan üçün iqtisadi prioritetlərə 

daxil olan məsələlərin həllində əsas rola və yerə malikdir.  

Azərbaycan üçun problemin əhəmiyyəti və mürəkkəbliyi ölkənin beynəlxalq 

elmi-texniki  məhsullar  bazarına  çıxışının  yeni  bir  proses  kimi  yaranması  və  bu 

bazarda  rəqabətin  kəskinliyi  ilə  bağlıdır.  Azərbaycanın  bu  sferada  TMK-larla 

ə

məkdaşlıq  perspektivləri  geniş  qiymətləndirilə  bilər.  Bu  istiqamətdə  elmi 



tədqiqatların aktuallığı artmaqdadır.   

Tədqiqatın  əsas  məqsədləri  –  Müasir  beynəlxalq  elmi-texniki  məhsullar 

bazarının  tədqiq 

edilməsi, 

Azərbaycan 

üçün  imkan  və  təcrübənin 

qiymətləndirilməsi, yeni imkanların müəyyən edilməsidir.   

Bu məqsədlərə uyğun aşagıdakı əsas vəzifələr müəyyənləşdirilmişdir: 

1.

  Beynəlxalq elmi-texniki mübadilə və onun müasir formalarının təhlili; 



2.

  Müasir beynəlxalq elmi-texniki məhsullar bazarlarında yeni meyllərin və 

proseslərin tədqiqi; 

3.

  Bu  sferada  TMK-ların  beynəlxalq  birbaşa  investisiyalarının  rolunun 



qiymətləndirilməsi; 


 

4.



  Azərbaycanda  beynəlxalq  elmi-texniki  məhsullarla  ticarətin    inkişaf 

modelinin müəyyənləşdirilməsi; 

5.

    Azərbaycanın  beynəlxalq  elmi-texniki  məhsullar  və  xidmətlər  



bazarında TMK-larla əməkdaşlıq formaları və perspektivlərinin tədqiqi. 

Dissertasiya  tədqiqatının  obyektini-beynəlxalq  elmi-texniki  məhsullar 

bazarı,  beynəlxalq  texnologiya  mübadiləsi,  beynəlxalq  informasiya  və  

telekommunikasiya sferası təşkil edir. 

Dissertasiya tədqiqatının predmetini- beynəlxalq elmi-texniki məhsullarla 

mübadilə formaları, texnoloji biliklərin ötürülməsi kanalları,  bu  sferada fəaliyyəti 

prosesində    müxtəlif  səviyyələrdə  yaranan    iqtisadi,  təşkilati  və  rəqabət  siyasəti 

münasibətləri təşkil edir.  



Tədqiqatın metodologiyasını  iqtisadi-statistik  təhlil metodları və məntiqi 

metod təşkil edir.  



Dissertasiyanın elmi yeniliyini aşağıdakılar təşkil edir: 

1.

  Beynəlxalq  elmi-texniki  sferada  mübadilə  prosesləri  kompleks 



yanaşmada- elmi-texniki biliyin istehsal prosesində istifadəsi metodları, 

onun təşkili və idarə olunması əsasında təhlil edilmişdir. 

2.

  Bu  sferada  mübadilənin  inkişafı  dünya  təsərrüfatına  inteqrasiya  amili 



kimi nəzərdən keçirilmişdir. 

3.

  Beynəlxalq elmi-texniki sferada iqtisadi fəaliyyətinin səmərəlilik şərtləri 



müəyyənləşdirilmişdir. 

4.

  Elmi-texniki  və  innovasiya  məhsulları  bazarında    TMK-ların  rəqabət 



xüsusiyyətləri və əsas meyarları göstərilmişdir. 

5.

  Texnoloji  yeniliklərin  qloballaşması  şəraitində  elmi-texniki  məhsullarla 



beynəlxalq 

mübadilənin 

tənzimlənməsinin 

problemləri 

qeyd 

olunmuşdur. 



6.

  Azərbaycanın  beynəlxalq  elmi-texniki  məhsullar  və  xidmətlər  

bazarında. 

 TMK-larla əməkdaşlıq formaları və perspektivləri qiymətləndirilmişdir. 




 

Dissertasiya  tədqiqatının  informasiya  bazasını  Iqtisadi  Inkişaf  və 

Ə

məkdaşlıq  Təşkilatı  (OECD),  Dünya  Bankı  (WB),  BMT  (UNCTAD),  Dünya 



Ticarət  Təşkilatı  (WTO)  və  Azərbaycan  Dövlət  Statistika  Komitəsi,  Azərbaycan 

Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası 

qtisadiyyat və Sənaye Nazirliyinin son dövr hesabat materialları təşkil edir. 

Dissertasiya işi 85 kompyuter çapı vərəqi həcmində yerinə yetirilmişdir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

G R Ş 



 

Qlobal inkişaf yeni texnoloji imkanların genişləndirilməsi ilə sıx bağlıdır. XX 

ə

srdə elmi-texniki inqilabın təsiri altında istehsal münasibətlərində baş verən köklü 



dəyişikliklər 

təsərrüfatın 

maddi-texniki 

bazasının 

və 

ə

sas 



fondların 

yeniləşdirməsinin  qeyri-ənənəvi  metodlarından  istifadəni  zəruri  etdi.  Bu  tip 

metodların əsasında isə elmi-texniki biliklərin beynəlxalq mübadiləsi durur. 

Yüksək  texnologiyaların  və  elmi  ixtiraların  mövcud  olduğu  bir  dövrdə 

beynəlxalq iqtisadi münasibətlərin bu sahəsi öz aktuallığı ilə fərqlənir. Azərbaycan 

iqtisadiyyatının mövcud sahəsi dünya elmi-texniki biliklər bazarında həddən artıq 

passiv  iştirak  etməsinə  baxmayaraq,  bizim  ölkənin  perspektiv  inkişafında  elmi-

texniki  biliklərlə  beynəlxalq  mübadilə  özünəməxsus  rol  oynaya  bilər.  Yuxarıda 

sadalananların  aktuallığı  nəzərə  alınaraq  dissertasiya  işinin  mövzusu  kimi  elmi-

texniki  biliklərlə  beynəlxalq  mübadilə  və  onun  müasir  prinsipləri  və  inkişaf 

meylləri  seçilmişdir.  Bir  sıra  iri  neft-qaz  layihələrinin  həyata  keçirilməsi,  bu 

sahədə  əldə  olunan  irihəcmli  maliyyə  vəsaitlərinin  qeyri-neft  sektoruna  cəlb 

olunması  sahəsində  aparılan  dövlət  siyasəti  xarici  kompaniyaların  sürətlə 

Azərbaycan bazarına  meyl  etməsi ilə nəticələnir.  Təbii ki, bu zaman  iri  TMK-lar 

öz maliyyə vəsaitləri ilə yanaşı, ən son texnologiyaları və elmi yenilikləri də milli 

iqtisadiyyatımızın  müxtəlif  sahələrində  istifadə  etmiş  olurlar.  Təəssüf  ki,  elmi-

texniki ixraca eyni sözləri aid etmək mümkün deyil. 

Hal-hazırda  elmi-texniki  biliklərlə  beynəlxalq  mübadilədə  dünyanın  əksər 

ölkələri iştirak edir. Bu dövlətlərin iştirak dərəcəsi isə, ilk növbədə iqtisadi inkişaf 

və elmi-texniki potensialla müəyyən olunur. Təsadüfi deyil ki, qərbin inkişaf etmiş 

ölkələrinin  payına  dünya  tüxnologiyalar  bazarının  90%-dən  çoxu  düşür.  Yüksək 

rəqabətədavamlı, elmtutumlu məhsullar istehsal edən kompaniyaların ən yeni elmi-




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə