Microsoft Word ett dissertasiya docx



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix10.11.2017
ölçüsü0,67 Mb.
#9579
1   ...   18   19   20   21   22   23   24   25   26

67 

 

və  etibarlı  rabitə  sistemlərinin  yaranmasına  və  rəqəmli  teleradio  yayım 



sistemlərinin və şəbəkələrinin qurulmasına imkan yaratmışdır. 2000-ci ildən peyk 

resurslarına  olan  tələbat  bu  sahədə  yeni  texnologiyaların  tətbiqini  daha  da 

sürətləndirmişdir. 

2008-ci  ilin  sonuna  dünyada  təqribən  270  peyk  fəaliyyət  göstərir  ki,  bu 

peyklərin transponderlərinin ümumi sayı beş mindən çoxdur. Telekommunikasiya 

peyklərinin əsas hissəsi geostasionar orbitdə yerləşdirilmişdir. Hazırda 30-dan çox 

ölkə  belə  peyklərə  malikdir.  Peyk  rabitəsindən  əldə  olunan  gəlir  1996-cı  ildə  16 

milyard  ABŞ  dolları  təşkil  edirdisə,  2002-ci  ildə  bu  rəqəm  50  milyard  ABŞ 

dollarına, hazırda isə 100 milyard ABŞ dollarına çatmışdır. 

2009-cu  ilin  əvvəlinə  respublikada  peyk  tutumları  təxminən 120  Mbs.  təşkil 

edir və onların yarıdan çoxu VSAT sistemlərində, xeyli qalan hissəsi isə dövlət və 

özəl  TV  və  radio  yayımları  üçün  istifadə  olunur.  Növbəti  15  il  üçün  peyk 

tutumlarına yaranacaq tələbatın 1700 Mbs. təşkil edəcəyi proqnozlaşdırılır. 

Respublikada  beynəlxalq  və  şəhərlərarası  rabitənin  bir  hissəsi,  radio-

televiziya  yayımının  isə  əsas  hissəsi  peyk  rabitəsi  vasitəsilə  təşkil  olunur. 

Respublikanın ərazi relyefinin 50 faizindən artıq hissəsinin dağlıq ərazi olduğunu 

və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyünü nəzərə alsaq, 

gələcəkdə bu xidmətə olan tələbatın daha da artacağı gözlənilir. 

Telekommunikasiya  xidmətlərini  təmin  edən  peyk  stansiyaları  ilə  yanaşı, 

respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının 

həm  respublikada,  həm  də  respublikadan  kənarda  yayımlanması  üçün  DVB-S 

texnologiyası əsasında qurulan peyk stansiyalarının tətbiqi yaxın bir neçə ildə daha 

da genişlənəcəkdir. 

2006-cı  ildə  Azərbaycana  plandan  kənar  orbital  mövqe  və  tezliklərin 

ayrılması  ilə  bağlı  Azərbaycan  Respublikasının  Rabitə  və 

nformasiya 

Texnologiyaları  Nazirliyi  tərəfindən  Beynəlxalq  Telekommunikasiya  ttifaqına 

(BT ) ilkin müraciət edilmişdir.  

Respublikada  kosmik  sənayenin  yaradılması,  kosmik  informasiyanın  qəbulu 

və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, 




68 

 

təbii  ehtiyatların  tədqiqi  üzrə  Cənub-Şərq  mərkəzinin  yaradılması  ilə 



başlanılmışdır. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində «Kosmik 

cihazqayırma  məxsusi  konstruktor  bürosu»  yaradılmış  və  kosmik  tədqiqatların 

aparılmasına  başlanılmışdır.  Hazırda  respublikada  kosmik  texnika  və 

texnologiyaların  yaradılması  və  aerokosmik  məlumatlardan  istifadə  etməklə, 

müxtəlif  tətbiqi  məsələlərin  həlli  ilə  bilavasitə  məşğul  olan  dövlət  qurumu  — 

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində Milli 

Aerokosmik Agentliyi (MAKA) fəaliyyət göstərir. Öz fəaliyyəti dövründə MAKA-

da  kosmik  cihazqayırma,  peykaltı  sistemlərin  və  komplekslərin  yaradılması 

istiqamətində  mühüm  nailiyyətlər  əldə  edilmiş,  keçmiş  SSR   Hərbi  Sənaye 

Kompleksinin,  Müdafiə  Nazirliyinin,  Maşınqayırma  Nazirliyinin  və  Elmlər 

Akademiyasının  qurumları  ilə  sıx  əlaqə  yaradılmış,  müxtəlif  təyinatlı  layihələr 

həyata  keçirilmişdir.  MAKA-nın  Kosmik  Cihazqayırma  Təcrübi  Zavodunda 

hazırlanmış, rentgen və qamma şüalanmanın lokal mənbələrini aşkarlamağa imkan 

verən  «PulsarX-1»  spektrometri  15  ilə  yaxın  «Salyut-7»  və  «Mir»  orbital 

komplekslərində  fəaliyyət  göstərərək,  öz  funksional  imkanlarını  müvəffəqiyyətlə 

nümayiş etdirmişdir. 

Azərbaycan  Respublikası  ilə  Rusiya  Federasiyası  arasındakı  « qtisadi 

Ə

məkdaşlıq  Sazişi»  çərçivəsində  MAKA-nın  Kosmik  Cihazqayırma  Xüsusi 



Konstruktor  Bürosu  və  Rusiya  Kosmik  Cihazqayırma  Elmi-Tədqiqat  nstitutu 

arasında  bağlanılmış  müqavilə  əsasında  UN SCAN-24  Kosmik  Məlumatların 

Qəbuledici  Kompleksi  2007-ci  ilin  əvvəlində  MAKA-da  quraşdırılmışdır  və  hal-

hazırda  fəaliyyət  göstərir.  Qəbuledici  kompleksə  xidmət  edən  yüksək  hazırlıqlı 

kadr 

potensialı 



formalaşmış, 

alınmış 


məlumatların 

sistemləşdirilməsi, 

arxivləşdirilməsi  və  iqtisadiyyatın  müxtəlif  sahələrində  tətbiqi  üçün  mühüm 

tədbirlər  görülmüşdür.  Kompleksin  imkanlarının  artırılması  respublikanın  torpaq-

bitki obyektlərinin inventarlaşdırılmasında, metroloji məsələlərin həll edilməsində, 

təbii-dağıdıcı  proseslərin  qiymətləndirilməsində,  yerüstü  boru-kommunikasiya 

şə

bəkələrinin  monitorinqinin  aparılmasında,  rəqəmli  elektron  xəritələrin 




69 

 

yaradılmasında  və  onların  yeniləşdirilməsində,  həmçinin  bir  sıra  digər  iqtisadi, 



strateji və müdafiə əhəmiyyətli məsələlərin həllində əvəzedilməz vasitə ola bilər. 

Respublikada  olan  mövcud  kosmik  sənaye  kompleksi,  kosmik  məlumatın 

qəbulu  və  emalı  üzrə  texnologiya  fiziki  və  mənəvi  cəhətdən  köhnəlmişdir.  Bu 

sahədə fəaliyyət göstərən zavodlarda, digər istehsal və təcrübə məntəqələrində yeni 

istehsal  və  emal  texnologiyasının  yaradılmasında,  idarəetmədə  KT-nin  tətbiqinə 

ciddi zərurət yaranmışdır. Qeyd edilən sahənin Dövlət Proqramı əsasında yenidən 

qurulması,  ən  yeni  texnologiyaların  mənimsənilməsi  və  yerli  istehsalın  təşkili 

sahənin  yaradılması  və  inkişafında  vacib  istiqamətlər  kimi  nəzərdə  tutulur.  Bu 

sahədə  30  ildən  artıq  dövrdə  əldə  edilmiş  potensialın  təkmilləşdirilərək  yenidən 

qurulması və inkişaf etdirilməsi Proqramda xüsusi yer tutur. 

Telekommunikasiya  peykinin  idarə  edilməsi,  kosmik  sənaye  sahəsində 

istehsalın təşkili və idarə edilməsi, kosmik məlumatların qəbulu və emalı sahəsində 

ilk  mərhələdə  xaricdə,  sonradan  isə  respublikada  yüksəkixtisaslı  mütəxəssislərin 

hazırlanmasına Proqramda əhəmiyyətli yer ayrılmışdır. 

Dövlət Proqramının məqsədi. Dövlət Proqramının əsas məqsədi respublikada 

kosmik  sənayenin  yaradılması  və  inkişaf  etdirilməsi,  dövlət  strukturlarının  peyk 

rabitəsinə  olan  tələbatının  ödənilməsi,  regionlarda  əhalinin  teleradio  yayımına 

artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması 

və  kosmik  fəzadan  səmərəli  istifadə  etməklə  iqtisadi,  sosial,  elmi,  mədəni, 

təhlükəsizlik  və  s.  sahələrin  inkişaf  etdirilməsidir.  Kosmik  sənaye  sahəsində 

beynəlxalq  əməkdaşlığın  genişləndirilməsi,  respublikanın  kosmik  sənaye 

potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə 

xidmətlərinin  təşkili,  teleradio  yayımı,  Yerin  məsafədən  zondlanması, 

hidrometeorologiya,  ekoloji  monitorinq,  fövqəladə  hallara  nəzarət,  kosmik 

tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu sahənin inkişafına geniş 

perspektivlər yaradacaqdır. 

Dünyada  telekommunikasiya  və  KT  sektorunun  çox  böyük  inkişafı  peyk 

şə

bəkələrinin  rəqabət  qabiliyyətinin  artırılması  istiqamətində  əməli  tədbirlərin 




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə