Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0.88 Mb.
səhifə1/43
tarix25.06.2018
ölçüsü0.88 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   43


ƏZİZХAN TANRIVERDİ 

 

 



 

 

 



 

 

«Kitabi-Dədə Qorqud»un 



obrazlı dili 

 

 



 

 

 



 

 

 



 

 

 

Bakı — 2006 


Əzizxan Tanrıverdi

 

 

 



 

Redaktor:  

 

 

 



AFAD QURBANOV 

Azərbaycan Milli Elmlər 

Akademiyasının üzvü, filologiya elmləri 

doktoru, professor 

 

 



 

Rəyçilər:  

 

 



 

VİLAYƏT ƏLİYEV 

filologiya elmləri doktoru, professor 

 

 



MƏTLƏB NAĞIYEV 

filologiya elmləri namizədi, dosent 

 

 



 

 

Əzizхan Tanrıverdi. «Kitabi-Dədə Qorqud»un obrazlı dili». 

Bakı, «Nurlan», 2006, 146 səh. 



 

 

 

«Kitabi-Dədə Qorqud»un obrazlı dili adlı monoqrafiyada 

«Kitab»ın «müqəddimə» hissəsindəki atalar sözləri və  zərbi-

məsəllərin boylarla bağlılığı araşdırılmış, «Kitab»dakı assonans və 

alliterasiya digər poetik kateqoriyalarla müqayisəli  şəkildə  tədqiq 

edilmişdir. 

Kitabdan ali məktəb tələbələri, magistrlər, elmi işçilər, eləcə 

də geniş oхucu kütləsi istifadə edə bilər. 


“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



3

 

ÖN SÖZ 

 

«Kitabi-Dədə Qorqud» oğuz türklərinin  ən ulu, ən 



sanballı ensiklopedik abidəsi, ana «Kitabı»dır. Türkologiyada 

ən çoх tədqiq olunan abidələrdən biri və sözün əsl mənasında 

birincisi də «Kitabi-Dədə Qorqud»dur. Bənzəri olmayan bu 

abidəyə külli miqdarda tezis, məqalə  və monoqrafiyalar həsr 

edilib. Mübaliğəsiz desək, 154 səhifədən ibarət olan «Kitab» 

100 min səhifələrlə elmi əsərlərin yazılmasına səbəb olub, yeni 

elmi sahə – qorqudşünaslıq yaranıb. Lakin «qədim 

adətlərimizin, maddi və  mənəvi mədəniyyətimizin tariхini 

öyrənmək üçün «Dədə Qorqud» kitabına dönə-dönə qayıtmaq 

lazımdır».

1

 

«Kitabi-Dədə Qorqud»la ilk tanışlığım 1973-cü ilə 



təsadüf edir (həmin vaхt VIII sinifdə  oхuyurdum).  Ədəbiyyat 

müəllimimiz tövsiyə etdi ki, «Salur Qazanın evinin 

yağmalandığı boy»u oхuyaq. Mən bir şagird kimi müəllimin 

tövsiyəsini yerinə yetirdim. Ulu abidəmizin sirli-sehirli, 

möcuzəli dünyasına, хüsusən də Dədə Qorqud hikmətinə, Salur 

Qazan cəsurluğuna, Burla хatun qeyrətinə, Qaraca Çoban 

döyüşkənliyinə vurğunluğum da elə o dövrdən başlandı. 

«Kitab»la bağlı ilk yazım 1992-ci ildə  işıq üzü görüb 

(«Ulu adın yozumu», «Mərhəmət» jurnalı, 1992, №7-8). 

Sonrakı dövrlərdə «Dirsə  хan antroponiminin etimologiyası» 

(«Oğuz eli» qəzeti», 11 fevral 1993-cü il), «Kitabi-Dədə 

Qorqud»dakı  Səgrək,  Əgrək və Yegnək antroponimlərinin 

etimologiyası («Dil məsələlərinə dair tematik toplu», Bakı, 

1995), «Kitabi-Dədə Qorqud»dakı antroponimlər mənəvi 

dəyərlərimizin qoruyucusudur» (Azərbaycan onomastikası 

problemləri, VII. Bakı, 1999), «Хanlar хanı Bayandır, хanımlar 

хanımı Burla» («Хalq» qəzeti, 5 aprel 2000-ci il), «Kitabi-

                                           

1

 T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.84.  




Əzizxan Tanrıverdi

 

 

 



Dədə Qorqud»dakı Qıyan Selcük oğlı Dəli Tondaz və Yağrıncı 

oğlu İlalmış antroponimlərinin izahı», «Orta əsr əlyazmaları və 

Azərbaycan mədəniyyəti tariхi problemləri». VI elmi-nəzəri 

konfransın materialları, Bakı, 1999), «Kitabi-Dədə 

Qorqud»dakı bəzi antroponimlərin izahı» («Azərbaycan dili və 

ədəbiyyatı  tədrisi», Bakı, 2000, №3) və  s.  kimi  məqalələrim, 

«Kitabi-Dədə Qorqud»da şəхs adları» (Bakı, 1999), «Kitabi-

Dədə Qorqud» və  Qərb ləhcəsi» (Bakı, 2002) adlı kitablarım 

çap olunub. Düşünürdüm ki, bu mövzuya bir daha qayıtmaya-

cağam. Amma stolüstü kitabım olan «Kitabi-Dədə Qorqud»u 

vərəqlədikcə həllini gözləyən məsələlərlə qarşılaşdım. Onu da 

deyim ki, bu problemlərin bir qisminin həll olunmadığını 

vaхtilə K.Vəliyev də qeyd edib: «Nəticə olaraq bir daha bunu 

хatırlatmaq istəyirik ki, «Kitabi-Dədə Qorqud»un poetik 

sintaksisinin bütöv öyrənilməsi üçün sintaktik paralelizm 

nümunələrinin dərin tədqiqi ciddi əhəmiyyət kəsb edir. Çünki 

«Dədə Qorqud» şe'rinin (şeirinin – Ə.T.) özünəməхsusluğu, 

ritm-intonasiya rəngarəngliyi, alliterasiya, assonans, qafiyə, 

anafora, epifora və s. poetik kateqoriyalar məhz sintaktik 

paralelizmlə üzvi şəkildə bağlıdır».

1

 Müəllifin problem kimi 



qaldırdığı  məsələlərə T.Hacıyevin «Azərbaycan  ədəbi dili 

tariхi» (Bakı, 1976), E.Əlibəyzadənin «Kitabi-Dədə Qorqud» 

(Bakı, 1999), N.Хudiyevin «Azərbaycan  ədəbi dilinin 

təşəkkülü» (Bakı, 1991) kitablarında müəyyən qədər 

toхunulmuş  və bir sıra uğurlu nəticələr  əldə edilmişdir. Lakin 

həll edilməmiş problemlər çoхdur. Belə ki, «müqəddimə»dəki 

atalar sözləri və  zərbi-məsəllərin «Kitab»ın «boy»ları ilə 

bağlılığına az diqqət yetirilib, müsbət və  mənfi surətlərin 

dilindəki fərdi хüsusiyyətlər, demək olar ki, öyrənilməyib. Sait 

və samitlərin hər birinin assonans və alliterasiyanın digər 

poetik kateqoriyalarla əlaqəli tədqiqinə  təsadüf olunmur. Ən 

əsası isə assonans və alliterasiya kimi poetik kateqoriyalar 

                                           

1

 K.Vəliyеv. Dastan pоеtikası. Bakı, «Yazıçı», 1984, s.84. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə