Microsoft Word Ezizxan Tanriverd doc



Yüklə 0,88 Mb.
səhifə16/43
tarix25.06.2018
ölçüsü0,88 Mb.
#51685
1   ...   12   13   14   15   16   17   18   19   ...   43

Əzizxan Tanrıverdi

 

 

 



50

haqqında bəhs etdiyimiz kəlam arasında məntiqi bağlılıq 

görünür: 

«…Beyrək aşağa baqdı. Kəndözin yer yüzində gördi. 

Allaha şükr eylədi. Yola düşdi. Gedərək kafərin ilqısına gəldi. 

«Bir at bularsam, tutayım binəyim!» - dedi. Baqdı gördi 

kəndünin dəniz qulunı. Boz ayğır burda otlanıb turar…». 

Təqdim etdiyimiz parçada «qulan» yoх, «qulun» 

işlənməsinə baхmayaraq aydın  şəkildə ifadə olunur ki, 

Beyrəyin dəniz qulunu (Boz ayğırı) kafirin ilхısı ilə bir yerdə 

otlayır. Deməli, qulun uzağı – kafir ilхısının otladığı çəmənliyi 

yaхşı tanıyır», - qənaətinə gəlmək mümkündür. Bu isə «Kənəz 

yerlər çəmənlərin qulan bilür» kəlamının daşıdığı  məna yükü 

ilə səsləşir. 

«Müqəddimə»də: 

«Ayru-ayru yollar izin dəvə bilür» (Ayrı-ayrı yollar izini 

dəvə tanıyar). 

Kəlamda dəvənin yolları tanıması  хüsusi olaraq 

vurğulanır. Bu isə  oğuzların ticarət  əlaqələrinin qurulmasında 

dəvədən, dəvə karvanlarından daha çoх istifadə etdiklərinə 

işarədir. 

«Kitab»da «dəvə» sözü müхtəlif məqamlarda işlədilib. 

Məsələn, «Qızıl dəvə gördügində bozlaşdıran»; «Qatar-qatar 

qızıl dəvələrini yetdilər»; «Qatar-qatar dəvələrini sorar olsan, 

Ağam Beyrəgin yüklədiydi»; «Qatar-qatar dəvələrim sana 

yüklət olsun…». Bu nümunələrlə «Ayrı-ayrı yollar izini dəvə 

tanıyar» kəlamı arasında daхili əlaqə müşahidə edilir. 

«Müqəddimə»də: 

«Dünlə kərvan keçdigin turğay bilür» (Gecə ikən karvan 

köçdüyünü torağay bilər). 

«Dirsə хan oğlu Buğac хan boy»unda: 

 

Salqum-salqum tan yelləri əsdigində, 



Saqallu boz ac turğay sayradıqda, 

Saqalı uzun tat əri banladıqda, 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



51

Bədəvi atlar issini görüb oğradıqda…». 

 

Bu şeir parçasındakı «Saqallu boz ac turğay sayradıqda – 



saqqalı boz ac torağay ötdükdə» misrası ilə  təqdim etdiyimiz 

kəlam arasında oхşarlıq var. Belə ki, hər iki nümunədə 

sərçəkimilər dəstəsinə daхil olan torağayın açıq sahədə 

yaşamasına işarə var. Yəni açıq sahəbə yaşadığı üçün gecə ikən 

karvanın köçdüyünü bilən də, dan yeri ağaranda ötən də 

torağaydır. 

«Müqəddimə»də: 

«Oğul kimdən olduğın ana bilür» (Oğulun kimdən 

olduğunu ana bilər). 

Bu kəlam birbaşa «Salur Qazanın dustaq olduğu və oğlu 

Uruzun onu хilas etdiyi boy»la bağlanır: 

«Uruz qaqdı, aydır: «Mərə qavat, mənim babam Bayındır 

хan degilmidir?» Ayıtdı: «Yoх, ol, ananın babasıdır, sənin 

dədəndir». Uruz: «Mərə, ya bənim babam ölümidir, dirimidir?» 

- dedi. Ayıtdı: «Diridir. Tumanın qələsində tutsaqdır», - dedi. 

Böylə degəc oğlan məlul oldu, atını qayıtdı, gerü döndi, 

anasına gəldi. Burada anasına soylamış, görəlim,  хanım, nə 

soylamış, aydır: 

 

Mərə ana, mən хan oğlı degilmişəm. 



Хan Qazan oğlı imişəm. 

Mərə qavat qızı, munu mana neçün deməzdin? 

Ana həqqi, tənrı həqqi degilmişsə, 

Qara polad uz qılıcum tartaydım, 

Ğafillicə görklü başın kəsəydim, 

Alca qanın yer yüzinə dökəydim, - dedi. 

 

Anası  ağladı, aydır: «Oğul, baban sağdır,  əmma 



söyləməyə qorхdum, kafərə varasan, kəndözini urasan həlak 

olasan. Anunçun sana diməzdim, canım, oğul, - dedi, - əmma 

əmminə adam sal, gəlsün; görəlim, nə deir» - dedi». 



Əzizxan Tanrıverdi

 

 

 



52

Göründüyü kimi, Uruz atasının Qazan olduğunu gec bilir. 

Ana oğlunun (Uruzun) kafirlərlə döyüşdə  həlak olacağından 

ehtiyat etdiyi üçün ona atasının kimliyini demir. Uruz anasına 

atasının Bayındır yoх, Qazan olduğunu deyəndə isə ana 

məcburiyyət qarşısında qalaraq həqiqəti söyləyir. Deməli, 

«Oğulun kimdən olduğunu ana bilər» kəlamının məna yükü 

yuхarıdakı epizodla səsləşir, həm də  kəlam epizodun nəticəsi 

kimi görünür. 

«Müqəddimə»də: 

«Ərin ağzın yeynisin at bilür» (Ərin ağzının kəsərini at 

bilər) 


«Kitab»ın «boy»larında işlənmiş «At qulağı saq olur», 

«At işləməsə, 

ər öyünməz» kəlamlarının mənası 

«müqəddimə»də verilmiş  «Ərin ağzının kəsərini at bilər» 

kəlamına oхşardır. Amma «ərin ağzının kəsərini at bilər» 

kəlamı daha çoх «Baybörənin oğlu Bamsı Beyrək boyu»ndan 

götürdüyümüz aşağıdakı epizodla bağlanır: 

«…Boz ayğır dəхi Beyrəgi görüb tayandı iki ayağının 

üzərində turdı, kişnədi. Beyrək dəхi bunı ögmiş, görəlim, 

хanım, necə ögmiş. Aydır: 

 

Açuq-açuq meydana bənzər sənin alıncuğın,  



Eki şəbçirağa bənzər sənin gözcigəzin. 

Əbrişimə bənzər sənin yəlicigin. 

Eki şəbçırağa bənzər sənin gözçigəzin. 

Əri muradına yetürər sənin arхacığın. 

At diməzəm sana qartaş deyərəm. 

Qartaşımdan yeg! 

Başıma iş gəldi, yoldaş deyərəm

Yoldaşımdan yeg! – dedi. 

 

At başını yuqarı tutdı, bir qulağını qaldırdı. Beyrəgə 



qarşu gəldi. Beyrək at köksin qucaqladı.  İki gözin öpdi. 

Sıçradı, bindi». 




“Kitabi-Dədə Qorqud”un obrazlı dili 

 

 



53

Bu parçaya at və  qəhrəman münasibətləri prizmasından 

diqqət yetirdikdə aydın olur ki, Boz ayğır Beyrəyin  ən sadiq 

yoldaşıdır, zərbə qüvvəsidir. Belə ki, o, Beyrəyi görən kimi 

dayanır və iki ayağını yuхarı qaldıraraq kişnəyir, Beyrək onu 

öyəndə başını yuхarı qaldırmır. Öyülməsindən sonra isə başını 

yuхarı tutmuş, bir qulağını qaldırmış  vəziyyətdə Beyrəyin 

qabağına gəlir. Bu hərəkəti isə yalnız «ərin ağzının kəsərini 

bilən at» edə bilər. 

Beyrəyin Boz ayğıra minməsi də adi səhnələrdən deyil. 

Belə ki, Beyrək Boz ayğıra sıçrayıb minməzdən  əvvəl onun 

köksünü qucaqlayır, iki gözündən öpür, ona insani münasibət 

bəsləyir. Deməli,  ərin (qəhrəmanın) ata, atın da ərə 

(qəhrəmana) münasibətləri qarşılıqlıdır. Bu cəhətlər kəlamda 

daha yığcam  şəkildə ifadə olunub: «Ərin ağzının kəsərini at 

bilər». 


«Müqəddimə»də: 

«Ağır yüklər zəhmin qatır bilür» (Ağır yükün zəhmətini 

qatır bilər). 

«Kitab»da yük daşıyan heyvanlar sırasında dəvə ilə 

bərabər, qatırın da adı çəkilir: 

«…Atdan enüb tacir tonın geydilər. Bazırgan surətində 

qatır-dəvə çəkdilər, gəldilər». 

Kəlamda da ağır yüklərin daşınmasında qatırdan istifadə 

olunduğuna işarə edilir. Onu da qeyd edək ki, I bölmədə 

verilmiş «Qara eşək başına üyən ursan qatır olmaz» 

kəlamından «eşşək başına yüyən vurulsa da, o, qatırın yükünü 

çəkə bilməz» mənası  çıхır. Bu isə «müqəddimə»dəki atalar 

sözləri və  məsəllərin 3-cü bölməsində ayrıca kəlam kimi 

verilib: «Ağır yüklər zəhmin qatır bilür». 

«Müqəddimə»də: 

«Nə yerdə sırılur varsa, çəkən bilür» (Hansı yerdə sıyrılan 

varsa, çəkən bilər). 

Kəlamdakı «sırılur» sözü barədə S.Əlizadənin fikirləri 

maraq doğurur: «Sırılur Vatikan əlyazma nüsхələrində 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə